


Sanderlend klubunun keçmiş futbolçusu Adam Conson məhkəmənin qərarı ilə 6 aylığa həbs edilib. Buna səbəb onun yetkinlik yaşına çatmayan qız fanatı ilə cinsi əlaqədə olmasıdır.
28 yaşlı futbolçu 6 ay zindanda yatmaqdan başqa 50 min funt sterlinq cərimə də ödəyəcək.
Bradfordda baş tutan məhkəmədə Conson ona qarşı yönəldilən 4 ittihamdan ikisini qəbul edib. Hakim Conatan Rouzun məlumatına görə Conson qızın yetkinlik yaşına çatmamasını bilməsinə baxmayaraq onunla intim əlaqədə olub.
Qərarın verilməmişdən əvvəl Sanderlend futbol klubu və bundan başqa adidas şirkəti də futbolçu ilə əməkdaşlığı pozub.
