

Neftçala-Salyan avtomobil yolunun 25-ci km-də ağır yol nəqliyyat hadisəsi baş verib.Analoq.az virtualaz.org-a istinadən xəbər verir ki, “Mercedes” markalı minik avtomaşını ilə “Hyundai” markalı yük maşını qarşı-qarşıya toqquşub.Hadisə nəticəsində “Mercedes”in sürücüsü, Neftçala rayon Polis şöbəsinin müstəntiqi, polis mayoru, 58 yaşlı Məlahət Mehdiyeva hadisə yerində dünyasını dəyişib.Faktla bağlı Neftçala Rayon Prokurorluğunda cinayət işi qaldırılıb.