Müttəfiqlərimiz dəstəklənməyə layiqdir

Müttəfiqlərimiz dəstəklənməyə layiqdir


Müttəfiqlərimiz dəstəklənməyə layiqdir
Prezident Barak Obama tez-tez Yaxın Şərq, Əfqanıstan və Afrikadadakı qeyri-sabitliyi xatırladır, bu regionların terrorçu qruplaşmalar üçün təhlükəsiz sığınacaq ola biləcəyindən narahatlığını dilə gətirir. Lakin terrorçuluq təhlükəsi olmadıqda belə, sabitliyin olmaması etnik və digər münaqişələrlə nəticələnə bilər. Belə münaqişələr keçmiş Sovet İttifaqının, Yaxın Şərqin və Afrikanın müxtəlif regionlarında mövcuddur.

B.Obama sabitliyin olmamasından danışarkən “zəifləmiş dövlətlər”in getdikcə artığını nəzərdə tutur. Bu ölkələr qeyri-sabitlik üzündən faktiki olaraq qanunları icra edə bilmir, vətəndaşlarının əmtəə və digər əsas xidmətlərlə təminatını bacarmır, sərhədlərini və ölkənin təhlükəsizliyini qoruya bilmir.

Yaxın Şərq deyilənlərə əyani sübutdur. Bu bölgədə “ərəb baharı” çox tez zamanda ümumi etiraz doğuran “ərəb qışı”na çevrildi. Nəticədə İraq və Suriya kimi ölkələr xaosa sürükləndi. Həmin ölkələrdə təhlükəsizlik sisteminin dağılması İŞİD və digər terrorçu qruplaşmalara yaxşı mövqelər əldə etmək imkan verdi. Buna gör də, Qərb onlara qarşı yenidən çox bahalı, uzunmüddətli mübarizəyə qoşulmalıdır. Amma bu mübarizə yalnız bir ölkənin köməyilə aparıla bilməz.

Daha bir nümunə kimi Nigeriyanı göstərmək olar. Bu ölkənin hökuməti təhlükəsizliyi bərpa etmək qabiliyyətində olmadığından, dünyanın ən təhlükəli terror təşkilatlarından biri sayılan “Boko Haram” burada kifayət qədər möhkəmlənə bilib. “Boko Haram” daha çox insan təlafatı ilə nəticələnən terror aktlarına görə məsuliyyət daşıyır. Belə hallara qarşı ümumi strategiyası olmayan ABŞ isə bu cür hadisələrə məhəl qoymur.

Reallıqda ABŞ dünyanın hər bir problemli zonasında təhlükəsizliyin dəstəklənməsi üçün lazımi resurslara malik deyil. Buna görə də, qlobal təhlükəsizliyə öz töhfəsini verən və ABŞ ilə eyni dəyərlər sisteminə malik dövlətlərin diplomatik, siyasi və hərbi resurslarla təchizi strategiyasına uyğun hərəkət etmək lazımdır. Bu cür müttəfiqlik meyarlarına uyğun gələn ölkələrdən biri də Azərbaycandır.

Əgər Azərbaycan xalqı dahi siyasətçi Heydər Əliyevin rəhbərliyi ilə Qərbə istiqamətlənməsəydi, Sovet İttifaqının dağılmasından sonra müstəqilliyini bərpa edən Azərbaycan da “zəifləmiş dövlətlər”dən biri ola bilərdi. Heydər Əliyevin davamçısı olan İlham Əliyevin rəhbərliyi sayəsində Azərbaycan adi ölkədən uğurlu dövlətə, o cümlədən texnologiya, energetika, aviakosmik sahələrdə, hərbi sənayedə regionun liderinə, son dövrlərdə neftin qiymətinin aşağı düşməsinə baxmayaraq, regional iqtisadiyyatın lokomotivinə çevrilib.

Sovet İttifaqının kölgəsindən çıxan ölkə Avropa və ABŞ ilə yaxınlaşıb. Azərbaycan möhkəm müstəqil iqtisadiyyatını, öz xarici siyasətini qoruyub saxlayıb. Ölkə bütün region boyu əvəzolunmaz sabitləşdirici amilə çevrilib. Azərbaycan həmçinin qlobal terrorçuluqla mübarizədə Qərbin əsas strateji müttəfiqlərindən biridir. O Kosovo, İraq və Əfqanıstanda ABŞ və NATO ilə birgə hərbi əməliyyatlarda iştirak edib, nüvə silahının yayılmasının qarşısını almaqda onlarla əməkdaşlıq edib.

Azərbaycan ABŞ və NATO qüvvələrinin təyyarələri üçün hava məkanı verib, kəşfiyyat və hüquq-mühafizə sahəsində Qərblə əməkdaşlıq edib. Ölkə logistik dəstəkdən əlavə, Qərb kəşfiyyatına terrorçuların maliyyə mənbələri haqda da məlumatlar ötürüb.

OPEC-in, İranın və Rusiyanın nüfuzundan asılı olmayan Bakı-Tbilisi-Ceyhan kəməri vasitəsilə Azərbaycan Qərbin enerji təhlükəsizliyini təmin edir. ABŞ bu məsələdə Azərbaycanı dəstəkləyir. Ölkənin Xəzər dənizindəki böyük qaz mənbələrinin Avropaya birbaşa çatdırılması üçün Azərbaycan hazırda Qərb şirkətləri və dövlətləri ilə birgə qaz kəmərin tikintisinə başlayıb. Bununla da, Avropa geosiyasi və geoiqtisadi baxımdan həmişə “səs-küylü” olan Rusiyadan asılılığını azaldacaq.

Sovet İttifaqının dağılmasından sonra regionda baş vermiş bir çox müharibələri və zorakılıqları nəzərə aldıqda, Azərbaycanın xüsusilə də etnik tolerantlığı təqdirəlayiqdir.

Yadda saxlamalıyıq ki, Azərbaycanda demokratiya inkişaf edir. Zaman-zaman Azərbaycanın imicinin totalitar sovet rejimi və yeni yaranmış demokratik ölkə kimi təsviri uğrunda mübarizə gedir. Buna görə də, Azərbaycan da tez-tez digər postsovet və postkommunist ölkələri kimi, diqqət mərkəzində olur, tənqid edilir. Lakin “Fragile States Index”in hesabatına əsasən, Azərbaycan 2008-ci ildən bəri hər il sabit inkişaf göstəricisinə malikdir. Hesabatda ölkələr sosial, iqtisadi və siyasi göstəricilər daxil olmaqla, 12 meyar üzrə qiymətləndirilir. Başqa sözlə, Azərbaycan daha güclü və təhlükəsiz ölkəyə çevrilib.

ABŞ-ın bəzi ölkələr üçün heç bir nəticəsdi olmayan, boşuna ayırdığı vəsaitlərin miqdarını göz önünə gətirsək (misal olaraq İraqa xərclənən 2 trilyon dolları göstərmək olar), Birləşmiş Ştatların məhz qarşılıqlı fayda verəcək, bütün dünyaya xeyir gətirəcək bir ölkəyə dəstək göstərməsi daha yaxşı olardı.

Müəllif: Castin Emler (Cənubi Afrika Respublikasında doğulmuş, avstraliyalı məşhur yazar və beynəlxalq məsələlər üzrə ekspert. O, Yaxın Şərq, Avrasiya və postsovet ölkələri üzrə ixtisaslaşıb)скачать dle 10.6фильмы бесплатно

Rəy Yazın



0 Valid XHTML 1.0 Transitional ILK-10