Xəyalə Sevil:"Sən də tam ola bilmədin"



Xəyalə Sevil:"Sən də tam ola bilmədin"
Məktub

Sən də tam ola bilmədin.
Tamamlaya bilmədin,
Ürəyimin yarim qalan hissəsini...

Toxuna bilmədiyi xəyallarını
Gözləriylə qucaqlayan
Qadınlar var yer üzündə.
Müstəmləkə ürəklərin
Məhəbbəti böyük olur.
Böyük sevgiləri də
Böyük ürəklər alır.
Sənin ürəyin balaca,
Məhəbbətin balaca,
Cəsarətin balaca...

Sən də tam ola bilmədin.
Məni sevmək asan deyil!
birdənə

****************

Evim kimi qucaq yoxdu

Yenə tutulub göy üzü,
Tutulub, yağan olub.
Dəymədüşər buludlar
Yaman ağlağan olub.

Ağaclar payız fəslidi,
Yarpaqlar sarı qız kimi.
Torpağın soyuq qoynuna
Yıxılır qarı qız kimi.

Bir tənha külək üşüyür,
Qızınmağa ocaq yoxdu...
Pəncərəmi açıq qoydum,
Evim kimi qucaq yoxdu.

****************

Dərdi də sevəsən gərək

Göz yaşımı
Gözlərimin arasında paylayıram.
Biri sənin, biri sənin,
Eyni boyda ağlayın.
Dərdi də sevəsən gərək,
Əvvəlcə qucaqlayın.
Yanağımdan yaş uzanır yol kimi,
Baxıram itirdiklərimin arxasınca...
Ahh! Həyat,
Adamlarından soyudum,
Çəkildim qırağa.
Yaxşı ki, öz çiynim qalıb,
Başımı söykəyib ağlamağa.скачать dle 10.6фильмы бесплатно


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi