• 22:44 – Bayramın- İladi Öməroğlundan bir poetik sovqat 
  • 16:58 – Dəhşətli yanğında ölən azərbaycanlıların sayı 5-ə çatıb 
  • 11:16 – Namiq Hacıheydərli “Canlı əfsanə”-sini təqdim etdi 
  • 11:16 – Namiq Hacıheydərli “Canlı əfsanə”-sini təqdim etdi 
  • 00:24 – Bir zaman ayılıb görəcəyik ki,...Təhminə Serra yazır- 
  • 12:54 – Bəlkə,bu yer kürəsi tənhaları sevmir-İltimas Səmiminin şeirləri 
  • 22:08 – Aşıq Ələsgərin yaşının azaldılmasına Aşıqlar Birliyinin sədrindən sərt reaksiya 
  • 15:26 – Xumar Qədimova geyimi ilə diqqəti cəlb etdi 

Ermənilər atəşkəsi 115 dəfə pozub

  • Tarix: 06.04.2016, 11:22,
  • Bölmə: Manşet / Ölkə
  • Baxılıb: 5339
Ermənilər atəşkəsi 115 dəfə pozub Ermənilər atəşkəsi 115 dəfə pozub
Ermənilər atəşkəsi 115 dəfə pozub

Erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan və artilleriya qurğularından da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 115 dəfə pozub.

“Qafqazinfo” xəbər verir ki, Müdafiə Nazirliyinin yaydığı xəbərə görə, Ermənistan Respublikası İcevan rayonu ərazisindəki adsız yüksəkliklərdə, Berkaber, Paravakar kəndlərində yerləşən mövqelərdən Qazax rayonu ərazisindəki adsız yüksəkliklərdə, Qızılhacılı kəndində, Ağstafa rayonunun Köhnəqışlaq kəndində, Berd rayonunun Mosesqex kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli, Ağdam kəndlərində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə atəşə tutulub.

Goranboy rayonunun Gülüstan, Tərtər rayonunun Göyarx, Yarımca, Çiləbürt, Ağdam rayonunun Şıxlar, Baş Qərvənd, Cəvahirli, Sarıcalı, Kəngərli, Novruzlu, Şuraabad, Mərzili, Yusifcanlı, Qaraqaşlı, Nəmirli, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Qaraxanbəyli, Horadiz, Qorqan, Aşağı Seyidəhmədli, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Göygöl, Goranboy, Xocavənd, Füzuli və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

Azərbaycan Silahlı Qüvvələri əməliyyat şəraitinə uyğun olaraq düşmənin mövqeləri və səngərlərinə 120 dəfə atəş zərbəsi endirib.скачать dle 10.6фильмы бесплатно

Rəy yazın:
ANALOQ TV