• 22:44 – Bayramın- İladi Öməroğlundan bir poetik sovqat 
  • 16:58 – Dəhşətli yanğında ölən azərbaycanlıların sayı 5-ə çatıb 
  • 11:16 – Namiq Hacıheydərli “Canlı əfsanə”-sini təqdim etdi 
  • 11:16 – Namiq Hacıheydərli “Canlı əfsanə”-sini təqdim etdi 
  • 00:24 – Bir zaman ayılıb görəcəyik ki,...Təhminə Serra yazır- 
  • 12:54 – Bəlkə,bu yer kürəsi tənhaları sevmir-İltimas Səmiminin şeirləri 
  • 22:08 – Aşıq Ələsgərin yaşının azaldılmasına Aşıqlar Birliyinin sədrindən sərt reaksiya 
  • 15:26 – Xumar Qədimova geyimi ilə diqqəti cəlb etdi 

Düşmən bu dəfə Naxçıvanı atəşə tutdu - Rəsmi

Düşmən bu dəfə Naxçıvanı atəşə tutdu - Rəsmi Düşmən bu dəfə Naxçıvanı atəşə tutdu - Rəsmi Düşmən bu dəfə Naxçıvanı atəşə tutdu - Rəsmi
Aprelin 5-də saat 12.00-dan etibarən Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində hərbi əməliyyatların dayandırılması barədə tərəflərin əldə etdiyi razılaşmadan dərhal sonra Azərbaycan-Ermənistan dövlət sərhədində Silahlı Qüvvələrimizin Naxçıvan Muxtar Respublikasının Ordubad, Şahbuz və Babək rayonlarında yerləşən mövqeləri düşmən tərəfindən atəşə tutulub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Analoq.az-a verilən məlumata görə, aprelin 5-də saat 12.10-dan başlayaraq aprelin 6-sı saat 12.56-dək sutka ərzində bu rayonlardakı mövqelərimiz Ermənistan Respublikasının Mehri, Sisian və Cermuk rayonları ərazisindəki mövqelərdən iriçaplı silahlar və qumbaraatanlardan atəşə məruz qalıb.

"Əlahiddə Ümumqoşun Ordusunun həmin istiqamətlərdə yerləşən bölmələrinin dəqiq cavab atəşi ilə düşmən susdurulub. Ordubad rayonu istiqamətində yerləşən bölmələrimizin cavab tədbirləri nəticəsində düşmənin qarşı tərəfdəki atəş nöqtəsi və mühəndis-istehkam qurğusu dağıdılıb. Əməliyyat şəraiti Silahlı Qüvvələrimizin tam nəzarəti altındadır", nazirliyin məlumatında bildirilir.скачать dle 10.6фильмы бесплатно

Rəy yazın:
ANALOQ TV