• 18:00 – Savalan Talıblı:"Azad Bayramov harada üçbucaq görür onu dərhal masonluqla bağlayır" 
  • 15:00 – "Halal nemət min bərəkət” sosislərinin içindən görün nə çıxdı 
  • 14:00 – Dünən keçirilən Qarabağ”–“Kopenhagen” matçında yaşanan maraqlı hadisə 
  • 12:00 – Gülnarın nağlındakı Göyçək Fatma 
  • 23:16 – Dədə Şəmşir yaradıcılığına böyük məhəbbəti olan ziyalılarımızdan biri də Zakir Fərəcovdur 
  • 15:00 – İbrahim Peyğəmbər—Allahın elçisi haqqında bilmədiklərimiz 
  • 13:19 – Qazax rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun tapşırığı ilə baş tutan İncəgülü” saz-söz şöləni 
  • 12:00 – Kəndlilər şeytanı lənətləyiblər 

Professora “Şöhrət” ordeni verildi

  • Tarix: 08.04.2016, 19:18,
  • Bölmə: Manşet / Künc
  • Baxılıb: 5259
Professora “Şöhrət” ordeni verildi Professora “Şöhrət” ordeni verildi Professora “Şöhrət” ordeni verildi
Bu gün Təhsil naziri Mikayıl Cabbarov Prezident İlham Əliyevin sərəncamı ilə təhsil sahəsindəki uzunmüddətli səmərəli fəaliyyətinə görə “Şöhrət” ordeni ilə təltif olunmuş Asəf İsgəndərova bu ali mükafatı təqdim edib.

Analoq.az xəbər verir ki, nazir A.İsgəndərova uğurlar arzulayıb, Azərbaycan təhsilinin və elminin inkişafındakı xidmətlərindən söhbət açıb. Eyni zamanda, A.İsgəndərovun bundan sonra da elmi-pedaqoji fəaliyyətini davam etdirəcəyinə ümidvar olduğunu bildirib.

Asəf İsgəndərov onun əməyinə verilən yüksək qiymətə görə prezidentə dərin minnətdarlığını ifadə edib.

Asəf Daşdəmir oğlu İsgəndərov fizika-riyaziyyat elmləri doktoru, professordur. 2005-2016-cı illərdə Lənkəran Dövlət Universitetinin sabiq rektoru olub. İstedadlı alim Azərbaycanda riyaziyyat məktəbi yaradıb, bu sahədə çoxlu alimlərin yetişməsində gərgin əmək sərf edib. Dəfələrlə beynəlxalq elmi müsabiqələrin qalibi kimi yüksək qrant alıb. Almaniyanın Berlin, Bonn, Münhen və Frayberq Universitetlərində elmi məruzə və mühazirələr oxuyub.

2008-ci ildə isə Prezident İlham Əliyevin fərmanı ilə professor Asəf İsgəndərova əməkdar elm xadimi fəxri adı verilib.скачать dle 10.6фильмы бесплатно

Rəy yazın:
ANALOQ TV