• 14:30 – 32 ili pedaqoji xidmətlərə həsr edilmiş, şərəfli 60 il! 
  • 15:30 – KASKO BUTİK elektron sığorta platforması ictimaiyyətə təqdim edildi 
  • 21:30 – Millət vəkili:"Özünün 60,oğlunun 40 yaşı var" 
  • 17:00 – Quba-Qusar-Xaçmaz bölgəsinə səfər edən məktəblilər səfərlərini uğurla başa vurdular 
  • 15:30 – Bu zəhrimar Koroğlunu görməzdik... 
  • 14:00 – Mərakeş Krallığının Azərbaycan Resublikasinda fövqəladə və səlahiyyəti Səfiri Naxçıvan Muxtar Respublikası daimi nümayəndəliyinin rəhbəri Bəxtiyar Əsgərovla görüşüb. 
  • 23:59 – Serj Sarkisyan Putinlə görüşdə nədən danışacaq 
  • 17:30 – Azərbaycan Respublikası kənd təsərrüfatı nazirinin müavini Seyfəddin Talıbov İsrail Dövlətinin Azərbaycan Respublika- sındakı Fövqəladə və Səlahiyyətli səfiri Dan Stav ilə görüşüb. 

Azərbaycanda döyüşmək istəyən yəhudi

Azərbaycanda döyüşmək istəyən yəhudi Azərbaycanda döyüşmək istəyən yəhudi
"Mən Azərbaycan ordusunda zabit kimi xidmət etmişəm”.Bu sözləri Avropa Yəhudiləri İcmasının rəhbəri Gennadi Zelmanoviç deyib.

Gennadi Zelmanoviçin sözlərinə görə, Azərbaycanın artıq çıxış yolu qalmayıb:“Biz Azərbaycanda yaşayırıq və Azərbaycan vətəndaşlarıyıq.

Buna görə də Azərbaycan torpaqlarını qorumaq bizim vəzifəmizdir.22 ildir ki,torpaqlarımız düşmən tapdağı altındadır.Ötən illər ərzində münaqişənin həlli istiqamətində heç bir addım atılmadı.

Azərbaycanın yeganə çıxış yolu müharibə yolu ilə öz torpaqlarını qaytarmaqdır.Cənab prezident də dəfələrlə bildirib ki,biz torpaqlaımızı ilk növbədə sülh yolu ilə qaytarmaq istəyirik.

Bu alınmasa, müharibə yoluna əl atacağıq.Mən Azərbaycan Ordusunda zabit kimi xidmət etmişəm.İndi də bir vətəndaş kimi Qarabağda döyüşməyə hazıram”.

O,sonda bildirdi ki,icma olaraq Qarabağla bağlı həqiqətlərin dünyaya çatdırılması üçün səylə çalışırlar:“Mən dünyanın müxtəlif ölkələrində, o cümlədən İsraildə Dağlıq Qarabağla bağlı həqiqətləri daima dilimə gətirmişəm.

Dəfələrlə görüşlər təşkil etmişik.Hazırda dünya yəhudiləri Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğunu bilir”.

Qeyd edək ki,Azərbaycanda üç yəhudi icması var:Dağ yəhudiləri,Avropa yəhudiləri və Gürcü yəhudiləri icmaları.Bütövlükdə ölkədə yəhudilərin sayı 16 min nəfərdir
femida.azскачать dle 10.6фильмы бесплатно

Rəy yazın:
ANALOQ TV