Haci İbrahimdən orduya maddi dəstək



Haci İbrahimdən orduya maddi dəstək
Analoq.az Unikal.org a istinadən xəbər verir ki, "Avesta" Konserninin prezidenti, iş adamı hacı İbrahim Nehrəmli Silahlı Qüvvələrə Yardım Fonduna əlli min manat məbləğində vəsait köçürüb.
Unikal.org xəbər verir ki, bu barədə musavat.com-un əməkdaşına etibarlı mənbədən məlumat daxil olub. Hacı İbrahim İbrahimov müxbirimizlə söhbətində məlumatı təsdiqləyib.
O qeyd edib ki, bu çətin günlərdə Azərbaycan xalqının hər bir nümayəndəsi Ali Baş Komandanın ətrafında sıx birləşməlidir. "Hesab edirəm ki, hansı sahədə çalışmasından asılı olmayaraq, hər bir azərbaycanlı torpaqlarımızın işğaldan azad edilməsi üçün əlindən gələni etməlidir. Bu bizim hər birimizin vətəndaşlıq borcumuzdur".
İş adamı zərurət yarandığı təqdirdə bundan sonra da Azərbaycan ordusuna yardım edəcəyini diqqətə çatdırıb. "Hesab edirəm ki, bu təşəbbüsə bütün iş adamlarımız qoşula bilər. Hər kəs bacardığını, əlindən gələni etməlidir. İş adamlarımızı bu təşəbbüsə qoşulmağa çağırıram. İnşallah, tezliklə işğal olunan torpaqlarımız cənab İlham Əliyevin uzaqgörən və qətiyyətli siyasəti nəticəsində işğaldan tamamilə azad olunacaq. O, torpaqlarda biz iş adamarı xalqımızın, dövlətimizin və cənab prezidentimizin dəstəyi ilə dünyanı heyran qoyan layihələr həyata keçirəcəyik", - deyə Hacı İbrahim Nehrəmli vurğulayıb.скачать dle 10.6фильмы бесплатно


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi