• 16:00 – Tanınmış şair işdən çıxmaq üçün ərizə yazdı 
  • 17:36 – Erməni katalikosu:"Biz bunu Türkiyədən gözləyirik" 
  • 15:00 – Ramiz Mehdiyev:" Nazim İbrahimovun rəhbərliyi dövründə Gürcüstanda, Avropada,orta Asiya ölkələrində yaşayan azərbaycanlılarla heç bir iş görülməyib" 
  • 14:15 – Aydın Əliyev:"Cənab Prezident tamamilə düzgün qərar qəbul edib” 
  • 11:30 – Müğənni Samir Piriyev:"Ehtiyatlı olun" 
  • 15:00 – Sabunçu rayon Qaz idarəsi jurnalisti niyə incidir 
  • 19:00 – Rövşən Rzayev:"Əlimdən gələni edəcəyəm" 
  • 15:00 – Müxalifət lideri həbs edildi 

Qarabağ üçün son 28 min imza – Sən də qoşul

Qarabağ üçün son 28 min imza – Sən də qoşul Qarabağ üçün son 28 min imza – Sən də qoşul
2016-04-11 12:44:00

Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) tərəfindən aprelin 6-da Ağ Ev Administrasiyasının internet resursunda yerləşdirilən “Ədalətin bərqərar olunması və böyük fəlakətin qarşısının alınması naminə” adlı petisiyanı artıq 72 min nəfər imzalayıb.

Axar.az xəbər verir ki, petisiyaya cavab verilməsi üçün bir ay ərzində müraciəti ən azı 100 min nəfərin (elektron) imzalaması lazımdır. Bu petisiyaya isə cəmi 4 gün müddətində artıq 72 minə qədər imza toplaya bilib.

Petisiyaya dəstək kampaniyasına Türkiyənin “Fənərbaxça” klubu, “Barselona”nın məşhur futbolçusu Arda Turan və tanınmış aparıcı Acun İlıcalı da qoşulub.

Qeyd edək ki, petisiyada AŞPA-nın 2085 (2016) saylı qətnaməsində vurğulanan Azərbaycanın Dağlıq Qarabağ və digər ərazilərinin Ermənistan dövləti tərəfindən işğal edilməsi, Ermənistanın Azərbaycana qarşı qəsdən törətdiyi ekoloji böhranın ekoloji təcavüz olması faktı, Ermənistan silahlı qüvvələrinin işğal bölgəsindən dərhal geri çəkilməsi tələbi, Azərbaycanın işğal edilmiş ərazilərində yerləşən Sərsəng su anbarının hazırkı durumunun humanitar fəlakətlə nəticələnə biləcəyi xəbərdarlığı diqqətə çatdırılır. Həmçinin Obama Administrasiyasına AŞPA-nın 2085 (2016) saylı qətnaməsini dəstəkləməsi, Ermənistan tərəfindən işğal edilmiş torpaqlarımızın azad edilməsinə və bölgədə humanitar fəlakətin qarşısının alınmasına yardım olunması üçün çağırış edilir.

Yaşı 13-dən yuxarı olan şəxslər aşağıdakı link vasitəsilə petisiyaya səs verə bilərlər:

https://petitions.whitehouse.gov/petition/establish-justice-and-prevent-great-catastropheскачать dle 10.6фильмы бесплатно

Rəy yazın:
ANALOQ TV