Şimali Koreyadan yeni sınaq



Şimali Koreyanın növbəti ballistik raket sınağı uğursuz alınıb.

Analoq.Az report-a istinadən bildirir ki, bu barədə Cənubi Koreyanın "Renxap" agentliyi yazıb.
Sınaq aprelin 15-i səhər, ölkənin ilk prezidenti Kim İr Senin ad gününə təsadüf edib. Məlumata görə, bu, 3 min km mənzilli "Musudan" raketi ola bilər.

"Reuters" xəbər verir ki, Amerikanın strateji komandanlığı Şimali Koreya raketinin uğursuz buraxılışını izləyib. Məlumatda qeyd olunur ki, buraxılış Şimali Amerika ərazisi üçün təhlükə xarakteri daşımayıb.

Bundan əvvəl KXDR-nin Kim İr Senin ad günü münasibəti ilə raket sınaqdan keçirə biləcəyi barədə məlumat verilmişdi.скачать dle 10.6фильмы бесплатно


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi