Rusiyada Azərbaycanlı həkim naməlum şəxslər tərəfindən döyüldü.



Rusiya KIV -nin məlumatına əsasənRusiyanın Ufa şəhərində yaşayan, 35 yaşlı Ufa Elmi Tədqiqat Göz Xəstəlikləri İnstitutu cərrahiyyə şöbəsinin aparıcı elmi əməkdaşı, göz cərrahı Emin Usubov naməlum şəxslər tərəfindən vəhşicəsinə döyülüb. Azərbaycanda Tibb Universitetini bitirdikdən sonra Ufa Elmi Tədqiqat Göz Xəstəlikləri İnstitununda aspiranturiya qəbul olunub və orada dissertasiya müdafiə edərək elmlər namizədi dərəcəsi alıb, İşlədiyi müddətdə böyük elmi uğurlar qazanmışdır.İş yerində onlarla elmi işin müəllifi və dörd ixtiranı patentləşdirmişdir. Onu yüksək səviyyəli cərrah kimi xarakterizə ediblər.
Emin Usubov 4 patentin müəllifidir. Emin əslən Salyan şəhərindəndir.Ufada 2002-ci ildən yaşayır..O, rus millətindən olan xanımla ailə qurub, 8 yaşlı bir qızı da var.
Həkimin Bakıda yaşayan valideynləri ağır vəziyyətdə olan övladlarının yanındadırlar.
Hazırda Ufanın xəstəxanalarından birinə yerləşdirilən cərrahın vəziyyəti çox ağırdır. Zərərçəkən şəxsdə gicgah sümüyü, aşağı çənə və burunda çoxsaylı sınıqlar qeydə alınıb.
Hüquq-mühafizəçilər hücum edən şəxsləri axtarır, hadisənin təfərrüatları davam edən istintaqdan sonra məlum olacaq.скачать dle 10.6фильмы бесплатно


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi