Başına ağac düşən gənc faciəli şəkildə öldü



Analoq.az Xeber.az a istinadən xəbər verir ki, Qəbələ rayonunda ehtiyatsızlıq 19 yaşlı gəncin həyatına son qoyub. Hadisə rayonun Solquca kəndində qeydə alınıb. Solquca kənd icra nümayəndəsi İldırım Əhmədovun ANS PRESS-ə verdiyi məlumata görə, kənd sakini 1997-ci il təvəllüdlü Araz Etibar oğlu Aslanlı qonşunun həyətində ev tikintisinə kömək edərkən ağac onun başına düşüb:
"Mərhum, qonşusunun evinin damı döşənərkən bir neçə nəfərlə birgə ağacı qaldırmaq istəyib. Elə bu vaxt ağır ağac onların əlindən çıxıb. Digər şəxslər təhlükədən qaça bilsələr də, Araz qaça bilməyib və ağac onun üstünə aşıb. Xəstəxanaya aparsalarda, amma orada keçindi".
A. Aslanlının özündən başqa bir qardaşının olduğu bildirilir.
Faktla bağlı Qəbələ Rayon Prokurorluğunda araşdırma aparılır.
Bənzər hadisə bir müddət əvvəl Qubanın Möhüc kəndi ərazisində də baş verib. 25 yaşlı Möhüc kənd sakini Səddam Nazim oglu Şükürov meşədə odun qırarkən ehtiyatsızlıqdan ağac onun başına düşüb. Səddam hadisə yerində dünyasını dəyişib.скачать dle 10.6фильмы бесплатно


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi