Bizi izləməyi unutmayın

Manşet / #Ədəbiyyat

ELDAR NƏSİBLİ SİBİREL VƏ MƏN ANAMIZIN SİBİR BALALARIYIQ

25-04-2016, 02:48 | 2 4692 dəfə baxılıb.

ELDAR NƏSİBLİ SİBİREL VƏ MƏN ANAMIZIN SİBİR BALALARIYIQ

Bizi Azərbaycan ədəbiyyatının dostu, ədəbiyyatın Səməndər Quşu Giya Paçxataşvili tanış etdi. Mənə İlyas Tapdığın telefon nömrəsi və kitabı lazım idi
- Vəli, sənin bir elqızın var. Ona İlyas Tapdığın kitabı lazımdır?
- Kimdir? deyə Vəli müəllim dəstəyin o biri tərəfindən soruşdu.
- Al özündən soruş-deyib Giya müəllim telefonu mənə verdi.
Biz salamlaşdıq. O mənimlə çox isti münasibətlə danışdı. Babam sizin həmkəndlinizdir söylədim Vəli müəllimə. Babamı da tanıdı. Atamı da tanıdı. Hətta mənə irad da tutdu ki, siz ki, bizə qohumsunuz. Niyə bu vaxta kimi gəlib mənə tanışlıq verməmisən dedi. Danışıb sağollaşdıq. Bir az sonra Giya müəllim dedi Vəli dördüncü mərtəbədədir. Mən onunla görüşə getdim. Məni o qədər səmimiyyətlə qarşıladı ki, elə bildim bu dəqiqə Qazaxdayam. Mənə “sənə nə kömək lazım olsa heç nədən çəkinmə Vəli əmin burdadır” söylədi. İnana bilməzdim mən bu cür doğma bir münasibətlə qarşılanacam. Açığı indi kimə salam vermək istəsən bir az kənar gəzir. Salamı belə almaq istəmir. Fikirləşir bəlkə mənə bir işi düşüb deyə məni axtarır. Amma Vəli müəllim mənimlə görüşəndə heç də bu fikirdə olan insanlardan olmadı. Və mən bu hala çox sevindim. Sevindim ki, İLAHİ, RƏHMİNƏ ŞÜKÜR. İnsanlıq hələ tamam yer üzündən silinməyib. Hələ də mərd kişi addımlarıyla yeriyən, ayaqda durmağı bacaran bəndələrin var. Bu görüşdə elə bildim bütün doğmalarım, əzizlərim məni öz qaynar əhatələrinə alıblar. Bulud kimi dolan gözlərim leysan kimi axmağa başladı. Bu göz yaşlarım acizlikdən axmırdı. Bu göz yaşlarım insanlığın əzəməti qarşısında heyranlığından axırdı. Bu göz yaşlarım insanlığın günorta çıraqla gəzilən vaxtında qəfildən mənim də nəsibimə çıxdığından TANRIYA etdiyim ŞÜKÜRÜM idi.
İndi isə Vəli müəllimlə danışdığımız könül söhbətimizi sizlərə təqdim edirik.

- Ürəyi günəş kimi isti olan Vəli Xramçaylının Sibirdə doğulmağının səbəbi nə idi?
- Sibirdə doğulmağımın səbəbi atamla, nəslimin bəy nəsli olmaları idi. O zaman-Sovet dövründə bəyləri, qolçomaqları bir sinif kimi ləğv etmək istəyirdilər. Bizi də bu səbəbdən Sibirə sürgün etdilər. Biz iki dəfə sürgün edildik. Dalğalar deyirlər. O dalğaların ikisinin də qurbanı olduq. Birinci dalğa 1930-cu ildən 1937-ci ilə kimi, ikinci dalğa isə 1940-cı ildən 1956-cı ilə kimi. Anamgil, nənəmgil 1930-cu ildən 1937-ci ilə kimi Qazaxıstana sürgün olunub.1937-ci ilə kimi Qazaxıstanda sürgündə olublar. Qərar verilir. Anamgil Vətənə gəlirlər. Lakin 1940-cı ildə atamgili, anamgili yenidən Sibirə sürgün edirlər. Sibir özü boyda qəbir idi. Sibir lager idi. İnsanın üstündə hər saniyə avtomatlı dayanırdı. Sibir gedər-gəlməz bir yol, Sibir ölüm idi. O çətinliklərə baxmayaraq biz Sibirdən sağ-salamat qayıdıb gəldik. Stalinin vəfatından sonra fərman verildi. Sürgündə olan insanlar azad edildi. Biz 1956-cı ildə doğma yurda qayıda bildik. O zaman mənim cəmi bir yaşım var idi. Qardaşım Eldarın isə dörd yaşı var idi biz Vətənə qayıdanda. Eldar Nəsibli Sibirel və mən anamızın Sibir balalarıyıq. Eldarın Sibir haqqında müəyyən təsəvürləri var idi. Sibir onun körpə yaddaşına müəyyən izlər salmışdı. Mənim isə Sibir haqqında yaddaşımda heç nə yoxdur. Ancaq içimdə daimə bir Sibir sözü dolanır. Çünki ailəmizin Sibirlə bağlı ağrılı-acılı xatirələri, söz-söhbətləri daim mənim beynimdə dolanır. Mən ayaq tutub yeriyəndə doğma dədə-baba yurdum İkinci Şıxlıda, Kürün sahilində, Xramın qoynunda, Kürlə-Xramın birləşdiyi yerdə böyüdüm. Şıxlıda orta məktəbi bitirdim. Gəldim Bakıya, imtahan verdim, imtahandan kəsildim. Əsgərliyə getdim. Pribaltikada qulluq etdim-Tallində. Əsgərlikdən gəldim, BDU-nun filologiya fakültəsinə qəbul oldum. Əvvəl hüquq fakültəsinə imtahan vermək istədim. Qardaşım Eldar dedi ki, səndən prokuror olmaz. Bizim taleyimizə yazı-pozu düşüb, sənədlərini ver filologiya fakültəsinə. Mən də qardaşımın məsləhəti ilə razılaşdım.
- Qardaşınız niyə səndən prokuror olmaz dedi sizə? Xasiyyətinizin həlim, yumşaq olduğuna görəmi sizə filoloq olmağınızı məsləhət gördü?
- Nə isə də. Yəqin ki, sovet dövründə prokuror olmaqda maddi tərəfi düşünürdülər, qəddarlığı düşünürdülər, bağışlamamağı düşünürdülər. O da bizim xarakterimizə, kökümüzə-genimizə uyğun olmayan bir xasiyyət idi. Mən də qardaşımın məsləhəti ilə filologiya fakültəsinə qəbul oldum. BDU-nu bitirdim. Bir il işsiz qaldım. Bir ildən sonra iki il idi ki, C. Məmmədquluzadənin ev muzeyində elmi işçi işləyirdim. Mən mətbuata işə düzəlmək istəyirdim. O dövr işə düzəlmək çox çətin idi. Rəhmətlik O. Sarıvəlli iki-üç yerə demişdi. Bir gün də M. Araza dedi. M. Araz demişdi ki, yer olan kimi mütləq sizə deyəcəyəm. Bu söhbətdən bir il keçmişdi. M. Aslan orada məsul katib işləyirdi. O başqa yerə işə getdi. M. Araz O. Sarıvəlliyə zəng edib demişdi; “ O oğlan hardadı işə gəlsin. ” Məmməd Araz sözü kimi, özü də bütöv şəxsiyyət idi. Osman Sarıvəllinin köməyilə uşaqlıqdan sevdiyim, universitetdə oxuyanda sevdiyim, şeirlərini sevə-sevə oxuduğum bir şairlə işləmək mənə nəsib oldu. M. Arazdan mən çox şey öyrəndim. M. Araz böyük şair idi. O mənim ustadımdır. On yeddi il biz bir yerdə işlədik. Mən də yəqin ki, indiyə kimi onun etmadını doğrultmuşam. O xəstə yatanda jurnalın bütün işlərini görmək mənim öhtəmdə olurdu. Təbii ki, Məmməd Araz yenə də öz məsləhətlərini, öz nəzarətini edirdi.
- Məmməd Araz yolu ilə gedirsiniz.
- Hə, mənim yolum Məmməd Araz yoludur. Poeziyanın yolu ağrılı, daşlı-kəsəkli olsa da, həm də şərəfli yoldur.
- Bizim ilk görüşümüz yəqin yadınızdadır. Siz məni o qədər doğma qarşıladınız ki, mən göz yaşlarımı saxlaya bilmədim. O göz yaşları heç də əbəs yerə axmadı gözlərimdən. Səbəbi isə ilk dəfə ünsiyyətdə olduğum Vəli Xramçaylının doğma söhbəti göz önümdə bütöv Azərbaycanı, doğma Qazağı canlandırdı. Kürün səsini eşitdim. Xramçayının suyu ilə yuyunub, ruhən paklandım, ülviləşdim. Vətən sizin üzünüzə, simanıza, ürəyinizə bu qədər yansıyıb. Vətənə bu qədər oxşamağınızın səbəbi nədədir?
- Otuz ildir mən nəşriyyatda işləyirəm. Bu qədər vaxtı nəşriyyatda işləməyim, qırx ildən artıq bir sənəni Bakıda yaşamağım hələ mənim ləhcəmi dəyişməyimə səbəb ola bilməyib. Çox vaxt mən ləhcəmi dəyişmədiyimə görə bu dəyişilməzliyi mənə irad tuturlar. Ədəbi yazılar öz yerində. Mən yazılarımı ədəbi dil ilə yazıram. Amma danışığım elə Qazax ləhcəsidi. Və məni təzə görüb, mənlə yenicə söhbətə başlayan insan bir az söhbədən sonra məndən soruşur: - Rayonda yaşayırsan, Bakıya nə vaxt gəlmisən? Daha xəbəri yoxdur ki, mən qırx ildi Bakıda yaşayıram. Mənim Vətənə bağlı olmağımın bir səbəbi də yenə bizə genetik ötürülən bir xoşbəxtlikdir. Anam danışırdı ki, “ Fərman çıxanda biz vətənə qayıtmalıyıq, atan o zaman fermada çoban işləyirdi. Sovxoz direktoru İvolgin atana dedi ki, iki il də qal işlə, sənə Sosialist əməyi qəhrəmanı adını verək. Atana ad verilməsi haqqında bütün sənədlər də hazır idi. Mən heç cür razı olmadım. Dedim elimin-obamın istisi də, tüstüsü də mənə xoşdur. Elimin-obamın bircə daşı mənim üçün bütün dünya, eldə-obada yaşamağım isə mənim ən yüksək adım və şərəfimdir. Soyuq Sibirin min bir işgəncələrdən sonra verdiyi o ad mənim gözümdə isti günəş altında əriyən buz kimidir. ” Həm də anam orda qalmağı ona görə istəmədi ki, məndən böyük qardaş-bacım artıq yetginlik yaşına çatmışdılar. Anam fikirləşdi ki, biz burda qalsaq birdən uşaqlar ayrı millətlə ailə qurarlar. Ona görə Vətənə qayıtmağı Sibirdə verilən addan üstün tutdu. Bəlkə də Vətənə bu qədər oxşamağım ailəmizdə gördüyüm Vətən məhəbbətli tərbiyənin əvəzolunmaz xoşbəxt nəticəsidir.
- Siz sürgündən qayıdanda doğma ocağınıza qayıda bildinizmi?
- Xeyr, biz qayıdanda artıq babamgilin evlərini səkkiz illik orta məktəb kimi istifadəyə vermişdilər. Mən babamın evində səkkizinci sinifə kimi oxudum. Babamgilin məscidi var idi. Oranı da klub etmişdilər, mağaza etmişdilər.
- Babanızın məktəb kimi istifadəyə verilən həyətinin bir hissəsində məskunlaşdınız, yoxsa eyni kənddə, amma başqa məkanda məskunlaşdınız?
- Yox-yox babamgilin həyətini artıq sovet höküməti bizdən tamamilə almışdı. Biz kəndin aşağı hissəsində yeni yurd aldıq, orada məskunlaşdıq. O yurdda bizim heç kimimiz qalmadı.
- Hal-hazırda o yurdda hansısa məktəb, yaxud baxça fəaliyyət göstərir?
- Xeyr. İndi o yurdda insanlar ev tikib, yaşayış məqsədilə istifadə edirlər. Bizim qohumlardan isə təkcə babamın qardaşı Əmiraslan babamın nəvəsi o yurdda yaşayır. İkinci Şıxlıda Dəllər məktəbini mənim babam Nəsib koxa tikdirib. Babama popçitel ( himayədar ) deyirdilər. Nikolayın özünün razılığı olub həmin məktəbin tikilməsində. İsa bəy Abakarovu müəllim işləmək üçün özü gətirib kəndə.
- Demək babanız elmin inkişafının tərəfdarı olub.
- Hə, babam elmi inkişaf etdirməkdə xalq üçün əlindən gələn köməyi əsirgəməyib.
- O məktəb hansı illərdə tikilib?
- 1889-cu ildə məktəbin özülü qoyulub. 1906-cı ildə istifadəyə verilib. İlk dəfə həmin məktəbdə beş-altı nəfər müəllim işləyib. Onların maaşını hər ay babam Nəsib koxa ödəyib. 1924-cü ildə S. Vurğun o məktəbin direktoru olub. Mehdi Hüseyn, Osman Sarıvəlli o məktəbdə təhsil alıblar. Hamısı o məktəbin yetirmələridir. Ondan sonra Qazağa seminariyaya oxumağa gediblər.
- Şərif Şikəstə kim olub?
- Şərif Şikəstə mənim ana babam olub. Görünür bizə sözə, ədəbiyyata bağlılıq genetik ötürülüb. Şərif Şikəstə klassik şair olub. Firdovsidən tərcümələr edib. “ Şahnamə ”ni tərcümə edib. Şərif Şikəstəni 1937-ci ildə güllələyiblər. Ona görə də qorxularından onun şeirlərini heç bir mətbu orqanda çap etməyiblər. Babam Səməd Vurğunla çox yaxın olub. S. Vurğun gənc olub. Bütün şeirlərini, dərdini, sözünü, giley-güzarını hamısını Şərif Şikəstə ilə bölüşüb. Ona müəyyən şeirlər də ünvanlayıb. “ Başına döndüyüm əziz Şikəstə, Dinlə məni hali yaman olmuşam... ” O zaman Vurğunun Dürrəni sevən vaxtları olub. 1924-cü ildə babam da ona şeir ünvanlayıb; “ Yığvalından küsmə ay Vurğun Səməd, Dürrələr qarşında qul olacaqdır, Sinən bir millətə yol olacaqdır. ” Babam uzaq görən kişi olub. Doğrudan da Vurğunun poeziyası bir millətə yol oldu. Yaradıcılıq genetik koddur. Bizim ədəbiyyata bağlılığımız kökdən gəlir.
- İllərlə M. Arazla bir işlədiniz. Məmməd Araz məktəbi keçdiniz. Məmməd Arazın sözə, etibara düz kişi olduğundan danışdınız. Onu ədəbiyata necə doğma, necə ciddi yanaşmağından söhbət açdınız. Sonra “Ocaq” qəzetini yaratdınız. Eldar Nəsibli də sinəsində deyiləsi çox sözlərini özüylə apardı. O dövrdə ədəbiyyata gələn qələm əhli ilə indiki yazarlar arasında fərq çoxdur. Onlar sanki qarşısını heç bir qüvvənin ala bilməyəcəyi fövqəladi söz sahibləri idilər. Onlar hamısı ədəbiyyatda öz dəsti xəttini qoydu getdi bu dünyadan. Ədəbiyyatda M. Arazlar, M. Hüseynlər, B. Vahabzadələr, E. Nəsiblilər ilbəil azalır. Ədəbiyyatda yeni nəfəslərin duyulmamasının səbəbi nədədir? Bir qəzet redaktoru kimi, bir ustad şair kimi ədəbiyyata gələn gənclikdən razısınızmı?
- İlk olaraq onu deyim ki, “Ocaq” qəzetinin yaranmasına M. Araz öz məsləhətini və xeyir-duasını verdi. Ədəbiyyatda yeni nəfəslərin duyulmasına gəldikdə isə hal-hazırda əbəbi mühit yoxdur. Əvvələr ədəbi mühit var idi, mübahisələr var idi. Ədəbiyyat o mübahisələr, o təhlillər zamanı yetişirdi. İndi zaman dəyişib. Ancaq mən heç də şübhə etmirəm ki, yaxşı yaradıcı gənclər də yetişəcək. İndi acınacaqlı hal odur ki, kitablar oxunmur, qəzet, jurnal oxunmur. Mütaliə yoxdur. Mən özüm müşahidə edirəm. İndi demək olar ki, heç kim heç kimin kitabını oxumur. Bütün günü gənclər telefonla oyun oynayırlar. Şeirdən az da olsa anlayışı olmayanlar, şeiri dərk etməyənlər indi şeir yazırlar. Əslində o cür şeir yazanlar az da olsa şeiri dərk edə bilsələr qətiyyən şeir yazmazlar. Əllərinə qələm götürməzlər. İndi ədəbi təhlil çatışmır. Ədəbi təhlil mütləq olmalıdır. Ədəbiyyat gün-gündən məhvə gedir. Obyektiv təhlil, obyektiv tənqid olmalıdır. Böyük ədəbiyyat o zaman yetişir.
- Aslan Kəmərli, Eldar Nəsibli Sibirel, Valeh Musayev üç Qazaxlı, üç yazıb-yaradan ürək, üç yaşamaq-yanmaq eşqli insan. Hər üçü bölgə müxbiri. Aslan Kəmərli ilə Eldar Nəsibli Sibirel “Azərbaycan” qəzetinin bölgə müxbiri, Valeh Musayev isə “Xalq qəzeti”nin bölgə müxbiri. Valeh Musayev, Aslan Kəmərli ilə bir avtomobildə dünyadan köç etdilər. Eldar Nəsibli isə onlardan bir neçə il sonra, eyni yolda, Qazağa getdiyi yolda, onların öldüyü eyni ayda, eyni qəza ilə qarşılışıb dünyaya vida dedi. Üç eyni taleli qələm əhli. Ölümdə olan bu qədər doğmalığın sirrini siz nə ilə izah edərdiniz?
- Görünür torpaq özü çəkdi onları. Çox qəribədir üçü də Bakıdan Qazağa gedəndə dünyalarını dəyişdi. Aslan Kəmərli ilə mənim yaxın dost münasibətim var idi. Aslan Kəmərli uzun müddət “Pioner” jurnalının məsul katibi işləyib, sonra “Azərbaycan” qəzetində bölgə müxbiri işlədi. “Azərbaycan” qəzetinə bölgə müxbiri keçəndən bir müddət sonra dedi gedib kənddə qalacam. Valeh Musayev də uzun müddət “Xalq qəzeti”ndə işlədi. Torpaq onu da Qazağa getmək adıyla yola çıxarıb, öz qoynuna apardı. Aslan Kəmərlidən sonra Eldar “ Azərbaycan ” qəzetində bölgə müxbiri işlədi. O da Bakıya gəldi. Burada yaşadı. Söhbət əsnasında mənə dedi ki, elə bil torpaq məni özünə çəkir. Gedim kəndə, heç olmasa bir həftə qalım. Mən də dedim ay Eldar, başqa vaxt gedərsən. Dedi yox, gedəcəm. Ürəyim Qazağı istəyir. Çox qəribədir illər ayrı olsa da eyni qəzada, eyni ayda onlar bu dünyaya vida dedilər. Görünür torpaq şairini daha çox istəyir. Öz şairini, qələm əhlini özünə çəkir. Torpaq, Torpaq, Torpaq...
- “Xramçaylı kimdi, Vəli mənəm mən.” deyən Akif Səməddən danışın mənə. Onunla aranızda nə qədər doğmalıq var idi?
- Hə, Akif Səmədlə bizim aramızda çox doğmalıq var idi. Biz həm mənən, həm ruhən çox doğma idik. Biz eyni ruhun daşıyıcılarıyıq. Biz onunla çox yaxın olmuşuq. 1980-ci ildən demək olar ki, biz hər gün bir yerdə idik. Həm qələm dostu idik, həm badə dostu idik. Biz iki canda olan bir ürək idik. Akifin ölümü həm ədəbiyyatımıza, həm mənəviyyatımıza çox ağır zərbə oldu.
- Sizi Qazaxdan yollar ayırdı. Qazağa qədəm atanda, Şıxlıya tərəf səmt alanda ürəyinizdən hansı hisslər keçir?
- Məni Bakıya gətirən o yollar indi həsrətlə Qazağa qaytarır. Doğma el-obana yaxınlaşasan. Adam hansı hissləri keçirmir ki? Ən gözəl, ən ülvi hissləri keçirir. Yaxın bir müddətdən sonra mən də tamamilə köçüb kəndə gedəcəm. Daha Bakıda qala bilmirəm. Kənddə yaşamaq istəyirəm.
- Xramçayının görüşünə mütləq gedərsiz?
- Bəs nə? Xramın görüşünə getməyə bilərəmmi? Xram mənim ən doğma çayımdır. Həftə səkkiz, mən doqquz Xramın görüşünə gedirəm. Xram mənim çayımdır.
Bu çay mənə körpəlikdən tanışdır,
Pıçıltısı dünənimdən danışdı.
Sinəm üstə körükləndi, alışdı,
Keçən günü keçirdi ki, gözümdən.

Qızıl qaya karxışmışdı elə bil,
Sınıx Körpü sınıxmışdı elə bil,
Buraxmırdı, darıxmışdı elə bil,
Oxuyurdum hər daşının üzündən.
(Vəli müəllim şeiri elə həsrətlə söylədi ki, mən bu dəmdə kövrəlməyə bilmədim.)
- Qarayazı da yəqin sizin ən sevimli meşələrinizdən biri olub.
- Təbii. Mən “Təbiət” jurnalında işləyəndə Qarayazı meşəsi haqqında geniş bir tənqidi yazı yazmışdım. Mən Qarayazı meşəsini qarış-qarış gəzmişəm. Ümumiyyətcə “Təbiət” jurnalında işlədiyim vaxt mən Azərbaycanı qarış-qarış gəzdim, Azərbaycanın təbiəti ilə yaxından tanış oldum. Hər dağına-daşına, çiçəyinə-quşuna bələdəm. Uşaq vaxtı ən çox Xramın ətrafında balaca bir meşə var idi. Ora daha çox gedirdik. Bir az böyüyəndən sonra Kürü keçib, Qarayazıya gedirdik.
Bir məzar uyuyur Kür qırağında,
Uyuyur dövrünün gileyi kimi.
Qəmli ilhamını kövrək çağında,
Sanardı şeirinin taleyi kimi.

Çıxardar köynəkdən kimsə sazını,
Bir hava göynəyər axşam sərini.
Süküta qərq olan Qarayazının,
Özünə qaytarar nəğmələrini.
- Heç olubmu ki, ürəyinizə çox yaxın bildiyiniz bir insana sirr vermisiniz. Sonra o sirri başqalarının dilindən eşitmisiniz. Yəqin o zaman müəyyən təəssüf hissi keçirmisiniz. O anda üzünüzü söykəməyə üz tapmayanda nə edirsiniz?
Bu dünyanın namərdini,
Görüb tapammaz mərdini.
Öz içində öz dərdini,
Böldü bir Vəli, bir Vəli.

Yükü yükdü düz daşından,
Bir gün keçər öz başından.
Öz içində göz yaşından,
Göldü bir Vəli, bir Vəli.

Nə dünyadı bir gədə ki?
Onun önündə gedə ki.
Nə ağlayıb, eh nə də ki,
Güldü bir Vəli, bir Vəli.

Bu dünyanın köçündəcə,
Mən boyda, mən biçimdəcə,
Bu köksümümün içindəcə,
Öldü bir Vəli, bir Vəli.

- Belə gözəl yaz havası.Getdik xəyalən Xramçayını, Qarayazı meşəsini gəzdik. Yazırsız “İlk sevgi... kim onu itirməyib ki.” Siz də ilk sevginizi itirdiniz?
- Bəli itirmişəm...
O qız məni qoyub getdi,
Eşqi məni məndən etdi.
Ömür gəlib sona yetdi,
Öl ay Vəli, öl ay Vəli.

İçim bulud, çölüm bulud,
Gözlərim də bulud-bulud.
Qadan alım qadan unut,
Qaytar o qızı qaytar.

İçim dəniz, çölüm dəniz,
Çağlar gecə, çağlar gündüz.
Qabağında ölüm dəniz,
Qaytar o qızı, qaytar.

İçim yağış, çölüm yağış,
Başım üstən yağır qarğış.
Bir ünvana yığış-yığış,
Qaytar o qızı qaytar.

İçim çiçək, çölüm çiçək,
Quruyubdu ləçək-ləçək.
Üzü döndü üzü göyçək,
Qaytar o qızı qaytar.

Harayımı yayammadım,
Günahımı yuyammadım.
Neynim-neynim duyammadım,
Qaytar o qızı qaytar.
- O qız hara getdi?
- Ailə qurdu. Bakıda yaşayır. İllər sonra görüşdük.
- Sevginiz qarşılıqlımı oldu?
- Bəli qarşılıqlı oldu.
- Həyat yoldaşınız sizi qısqanmır ki?
- Mənim həyat yoldaşımın xoş xasiyyəti var. Qısqanclığı yoxdur.
- Bəs niyə ailə qurmadınız? Qız vəfasızmı oldu?
-... Bu talenin söhbətidir. Orda vəfa söhbəti yoxdur. Sevgi hökmən ər-arvad olmaq deyil ki. Mən birdən elə sevgi şeirlərinə rast gəlirəm ki, qarğışla, lənətlə dolu. Öz-özümə dəhşətə gəlirəm ki, sən o qızı sevmisənsə niyə ona qarğış edirsən? Sevgi lənəti sevmir. Bəzən mən o hissi insanlara başa sala bilmirəm. Sevgi tamam başqa hissdir, hər kəsin ona toxunmaq gücü olmayan bir hissdir. İnstitutu bitirməyimizin 25 illiyini keçirirdik. Onda o qız mənə zəng etdi və soruşdu ki, “ şeirlərindəki o qız mənmi idim? ” Mən də dedim: Onu ki, sən gözəl bilirdin. Mən də onda bir şeir yazdım:
İnana bilməzdim o qız qayıda,
Ömrümün-günümün bu çağındaca.
Yatmış yuxuları təzdən oyada,
ALLAHIM, öləydim qucağındaca.
Sonra mən “ Qaytar o qızı qaytar ” adlı bir şeir kitabı nəşr etdirdim. Ancaq sevgi şeirləri oldu o kitabda. Otuz illik bir tarixi var bu sevginin. Artıq o nənə olub. Mənim məhəbbətim nənə olubdu.
- İyirmi beş ildən sonra çoxmu dəyişib o qız?
- Xeyr. Gözəli o idi ki, mən onu iyirmi beş il öncə necə görmüşdümsə, indi də o cür cavanlığı və gözəlliyi özündə saxlamışdı. Əgər dəyişsəydi dəhşət onda olardı.
- Sevginiz dəyişə bilərdi?
- Xeyr dəyişməzdi. Heyifsilənərdim.
- Vəli müəllim futbolist olmaq istəyib.
- Düzdür. Arzu var idisə, o da bircə arzu idi. Futbolist olmaq arusu. Şairlik mənə İlahidən gələn bir səs oldu. Mənə söyləyirlər mən də yazıram. Əslində mən hər gün şeir yaza bilərəm. Söz bilirəm. Qafiyə bilirəm. Mən o şeirləri yazmıram. O şeir ki, özü gəlir məni yazır mən o şeirləri yazıram. Məni tale şair etdi.
- Bəs övladlarınızdan sizin yolunuzu davam edən varmı?
- Oğlumdan nə isə şübhələnirəm. Oğlum çox istedadlıdır. Yazdığı statusları oxuyuram. Bir-iki dəfə özünə demişəm Deyir; “nə olar ki, mən də şair oğluyam, genimizdə var şairlik.”
- Gələcəyimiz olan gənclərə arzu və tövsiyyələriniz.
- Vətəni Vətən kimi sevsinlər. Çoxlu mütaliə etsinlər. El üçün yaşamağı-yanmağı bacarsınlar. Xoş günlər, xoşbəxt gələcək arzu edirəm Azərbaycan gəncliyinə.
SÖZardı: Aprel ayının 27-də Vəli Xramçaylının 60 yaşı tamam olur. 60 illik bir ömürdən mən ruhən, mənən qidalanmaq istədim. Zəng edib Vəli müəllim, sizdən müsahibə götürmək istəyirəm dedim. O mənə yenə də öz simasına uyğun bir mərdliklə söylədi: “ Nə vaxt istəsən mən hazır. Vəli əmin ən yaxşı müsahibələrindən birini səninlə danışacaq. Mən bütün eloğlanlarımın, elqızlarımın qulluğunda dayanmağa hazıram.” Beləcə biz görüşdük, söhbətləşdik. Mən peşəkar deyiləm. Sadəcə bir şairin ilhamlı, qaynar, keşməkeşli həyat yolundan nələrisə öyrənmək və əziz oxucularımızla paylaşmaq istədim. Mən Vəli müəllimə peşəkarların verdiyi sualları verə bilmədim. Bir könül söhbəti etdim onunla. Mən onunla 40 illik yaradıcılıq yolunda hansı fəxri adları aldığından danışmadım. 60 yaşında sizi hansı fəxri ad gözləyir, hansı ünvanlarda yubiley gecəniz keçiriləcək deyə sual etmədim. Buna ehtiyac duymadım. Mənə elə gəlir Vəli Xramçaylı ən gözəl fəxri adları xalqın, elin gözündə almış ustad şairimidir. İnsanlarla qarşı-qarşıya alnı açıq, üzü ağ dayanıb xoş-mehriban söhbətlər danışdığı vaxtları, onu yazan şeirlərini sadə insanlara ürəkdən söylədiyi anları, saatları, günləri onun ən gözəl yubiley gecəli ünvanlarıdır.
Söhbətimizin sonunda o mənə bir xatirə danışdı; “Anam deyir Sibirdə arxdan su götürmək istədim. Su vedrəni əlimdən alıb apardı. Uşaq kimi hönkürüb ağlamağa başladım. Anam mənə dedi; a qızım nə olub, niyə ağlayırsan? O qədər var-dövləti, mal-qaranı, ev-eşiyi Şıxlıda qoyub gəldik, ağlamadın. İndi bir dəmir vedrədən ötrü özünü niyə ağlayıb öldürürsən. Onda mən anama dedim: Ana, sənin o dəmir dediyin vedrə mənə verdiyin cehiz idi. O vedrə mənim Şıxlıdan gətirdiyim yeganə yadigarım idi. Sibirin soyuq suları onu da mənə çox gördü, əlimdən aldı apardı” Danışdığınız bu xatirə məni Sibir sularının soyuqluğuna qərq etdi, məni xeyli düşünməyə vadar etdi Vəli müəllim. O cür Sibir şaxtasından keçən, Sibirdə dünyaya gətirdiyi balalarını gün kimi işıqlı, səma kimi aydın, dağlar qədər əzəmətli tərbiyə edən bir ananın ruhuna TANRIDAN min-min RƏHMƏT diləyirəm. Amin!
Bundan sonra yaşayacağınız ömürdə sizə ən gözəl nemət cansağlığı, yazıb yaratmaq eşqli dünya, sevgi dolu bir ömür arzu edirəm. Amin!

Sonsuz sevgi və sayğı ilə Səbinə YUSİF.скачать dle 10.6фильмы бесплатно

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi

REKLAM
RƏYLƏR

RƏY YAZIN

#Gündəm

Nazirin həbsi reallaşdı-Şok

Müəllif hüquqları qorunur.
ƏTRAFLI OXU

#Gündəm

Əməkdar artistin etirafı

Müəllif hüquqları qorunur.
ƏTRAFLI OXU








ƏN ÇOX OXUNAN

kiosk.com.az tap az турбо аз tap.az qab qacaq turbo az oxu az oxu az xeberler www oxu xabaraz новости азербайджана mp3 yukle big az azeri bass indir yukle mp3 mp3 milli az son xeberler xabaraz radikal müxalifət milli.az Azərbaycan xəbərləri dünya xəbərləri aktual hadisələr bu günün xəbərləri BiG.Az - Böyük Azərbaycan en son xeberler Azerbaycan xeberleri 2017 müsavat siyasət iqtisadiyyat azərbaycan hadisə son xəbər dağlıq qarabağ gündəm qəzet ilham əliyev Bakı haqqin az новости ильхам алиев haqqin az азербайджан объявления интим услуг в баку погода в баку hava haqqinda melumat day az day.az Azərbaycandan və dünyadan xəbərlər - Qafqazinfo.az qafqazinfo minimum əmək haqqı 2018 anar nagilbaz porno anar nagilbaz video anar nagilbaz Xəbərlər Araşdırma Müsahibələr Reportajlar Xəbərlər Gündəm Hadisə Siyasət Cəmiyyət İqtisadiyyat İdman Dünya Video Maqazin Müsahibə Media Araşdırma Maraqlı Mədəniyyət Gülən Təhlükə Bank Biznes Enerji Əmlak Tender Vakansiya namiq caniyev a24az niyə quran onun üçün müqəddəs deyil anar nağılbazın video a 24 a24.az Yenicag.Az son dəqiqə ən son xəbər xəbər xəbəri xəbərləri yenicag yeniçağ gündüz kərimov vüqar zifəroğlu qarabag roma canli yayim yenicag zakirə zakirqızı basqın Azərbaycan Aşkın Niderlandın ofisinə bildirib şəhərində Haaqa təşkilatının diaspor Diasporrəhbəri həmçinin Afrin aparılır edilib Hazırda araşdırma əməliyyatından millətindən ardıcıl spy satellite destroyed eu doner kebab north korea missile hit own city arzu nağıyev axar/az axar.az lentaz lent az xabaraz musavat.az xeberler musavat iqtidar 134 nomreli 134 mekteb məktəb nömrəli olay bilmir söyləyir edirəm deyir bilmirəm söylədiyi xəstəsən Yaşamağa davam bilir qollarımı əməlinə qazandırmaq istəyib məktəbli deyən kəsirəm Bunları Cavidan Anasının sinif xarakterli hərəkətləri cinayət oxuyan zorakılıq aidiyyatlı bağlı orqanlara şikayət şəhər daxil hadisə vermis naziri müdafiə Dadaş Rzayevin nəvəsidir prokurorluğunda bağlı Təhsil sinfində hüquq hadisə yayıb olmuş oxuyan cinayət mühafizə əlaqədə yerləşən ayının otağında dekabr cinsi geyinmə soyunub idman zalının