• 18:30 – Messencerlərdəki yazışmalar izlənəcək 
  • 16:00 – Atəşkəsin pozulması göstərir ki, status-kvo dayanıqsızdır 
  • 15:00 – Göyçaylılar Göyçay-Avtonəqliyyat ASC-nin müdirindən şikayət edir 
  • 14:30 – Nazir vətəndaşları qəbul edib 
  • 12:00 – Millət vəkilləri AŞPA-nın yay sessiyasında iştirak edəcəklər 
  • 11:00 – Goranboyda təbii fəlakət təsərrüfata ciddi ziyan vurub 
  • 10:00 – İqor Dodon iyunun 22-də Fəxri xiyabanda Heydər Əliyevin məzarını ziyarət edib 
  • 22:05 – Azərbaycan və Türkiyə qoşunlarının Türkiyədə təlimlər keçirməsi isə Ermənistanı daha da təşvişə salıb. 

"İnklüziv cəmiyyət bəşəriyyət qarşısında duran əsas çağırışlardan biridir"

"İnklüziv cəmiyyət bəşəriyyət qarşısında duran əsas çağırışlardan biridir" "İnklüziv cəmiyyət bəşəriyyət qarşısında duran əsas çağırışlardan biridir" Analoq.az Trend-ə istinadən bildirir ki, bunu iqtisadiyyat naziri Şahin Mustafayev bu gün Bakıda keçirilən BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumu çərçivəsində Gənclər Forumunda çıxışında deyib.

Nazir qeyd edib ki, inklüziv cəmiyyət yoxsul, fiziki və əqli məhdudiyyəti olan insanların və cəmiyyətin digər həssas qrupunun maddi imkanının yaradılması, onlara sosial xidmətlərin göstərilməsi və rifahının artırılmasını nəzərdə tutur. Dünyada inklüziv cəmiyyətin inkişafı üçün bir sıra layihələr həyata keçirilir.

Ş.Mustafayev bildirib ki, ərazilərinin 20 faizi Ermənistan tərəfindən işğal olunan - bu, Cənubi Qafqaz regionunun inkişafına ən böyük maneədir - 1 milyondan çox qaçqın və məcburi köçkünü üçün həyat şəraiti quran Azərbaycan bu problemin nə qədər ağır olduğunu anlayır. Azərbaycan bunun üçün böyük vəsaitlər ayırıb, xarici təşkilatlarla da əməkdaşlıq edir.

O, əlavə edib ki, BMT ilə də həssas qrupun inkişafına yönəlmiş layihələr icra olunub. Nazir buna görə BMT-yə öz minnətdarlığını bildirib: "Ölkədə sadəcə iqtisadi artım deyil, cəmiyyətin bütün üzvlərinin iqtisadi rifahı mühümdür. Bu sahədə özəl sektorun da xüsusi rolu var. Yoxsulluğun aradan qaldırılması üçün özəl sektorun yaratdığı iş yerlərinin rolu danılmazdır. Son 10 ildə bizim ölkədə 1,5 milyon iş yeri açılıb. İşsizlik 5 faiz, yoxsulluq isə 8 dəfə azalıb. Layihələr yoxsul təbəqənin əməyə daha çox cəlb edilməsi, aşağı ixtisaslı iş yerlərinin açılması və peşə təhsilinin inkişafına yönəlməlidir".скачать dle 10.6фильмы бесплатно

Rəy yazın:
ANALOQ TV