• 14:30 – 32 ili pedaqoji xidmətlərə həsr edilmiş, şərəfli 60 il! 
  • 15:30 – KASKO BUTİK elektron sığorta platforması ictimaiyyətə təqdim edildi 
  • 21:30 – Millət vəkili:"Özünün 60,oğlunun 40 yaşı var" 
  • 17:00 – Quba-Qusar-Xaçmaz bölgəsinə səfər edən məktəblilər səfərlərini uğurla başa vurdular 
  • 15:30 – Bu zəhrimar Koroğlunu görməzdik... 
  • 14:00 – Mərakeş Krallığının Azərbaycan Resublikasinda fövqəladə və səlahiyyəti Səfiri Naxçıvan Muxtar Respublikası daimi nümayəndəliyinin rəhbəri Bəxtiyar Əsgərovla görüşüb. 
  • 23:59 – Serj Sarkisyan Putinlə görüşdə nədən danışacaq 
  • 17:30 – Azərbaycan Respublikası kənd təsərrüfatı nazirinin müavini Seyfəddin Talıbov İsrail Dövlətinin Azərbaycan Respublika- sındakı Fövqəladə və Səlahiyyətli səfiri Dan Stav ilə görüşüb. 

94 müasir yaşayış kompleksi, 243 min nəfər üçün mənzil...

  • Tarix: 26.04.2016, 10:00,
  • Bölmə: Manşet
  • Baxılıb: 5687
94 müasir yaşayış kompleksi, 243 min nəfər üçün mənzil... 94 müasir yaşayış kompleksi, 243 min nəfər üçün mənzil... Qaçqın və məcburi köçkünlərin sosial müdafiəsi daim dövlətin diqqətindədir

Yurd nisgili ürəklərində qubar etmiş qaçqın və məcburi köçkünlər çoxillik həsrətlərinə tezliklə son qoyulacağına indi daha qəti şəkildə əmindirlər. Çünki dövlətin hər keçən ay, il ərzində daha da gücləndiyinə şahidlik edir, özləri də bu prosesdə iştirakçılara çevrilirlər. Belə güclü dövlətin ərazi bütövlüyünün uzun müddət pozulmuş vəziyyətdə qalmasının mümkünsüzlüyünə əmindirlər.
Bilirlər ki, doğma yurd həsrətinə son qoyulacaq günə, ata-baba torpaqlarının doğma havasını yenidən sinə dolusu ciyərlərinə çəkəcəkləri, qaçqın, məcburi köçkün adının üzərlərindən birdəfəlik götürüləcəyi vaxta çox az qalıb. Buna qədər isə yenə ölkə rəhbərliyinin hər cür qayğısını görür, gündəlik həyatlarında hiss edirlər. Məhz bu qayğı onların ölkə rəhbərliyi ətrafında daha sıx birləşməsinə, Prezident İlham Əliyevin siyasətinə hər zaman böyük dəstək vermələri ilə də müşayiət olunmaqdadır.
Cəbhədə son hadisələr zamanı Azərbaycan ordusunun düşmən üzərində böyük zəfəri isə məcburi köçkünlər arasında da böyük ruh yüksəkliyinə səbəb olub. Onlar Dağlıq Qarabağ münaqişəsi ilə bağlı aparılan sülh danışıqlarının nəticə verməyəcəyi təqdirdə, müzəffər ordumuzun qısa zamanda zəbt olunmuş torpaqları azad etməyə tam qabil olduğuna bir daha əmin oldular.
Aprelin 2-5-də ordumuzun həyata keçirdiyi əməliyyat nəticəsində qoşunların təmas xəttində yerləşən işğalçı Ermənistan ordusunun əsgərləri qorxu içərisində geri çəkilməyə məcbur oldular. Silahlı Qüvvələrimiz cəbhədə mühüm hərbi-strateji yüksəklikləri ələ keçirib, qısa müddətdə qarşısına qoyulan missiyanı uğurla yerinə yetirdi. Təkcə bu faktın özü yurd həsrətinə son qoyulacaq günün uzaqda olmadığından xəbər verir.
Yurd-yuvalarına qayıtdıqdan sonra da dövlətin onların yanında olacağını yaxşı bilən məcburi köçkünlər bu zaman da mənzil-məişət və digər sosial problemlərin az vaxtda həll ediləcəyinə əmindirlər. Axı, məhz bu dövlət qaçqın, məcburi köçkün həyatı yaşadıqları müddət ərzində onların bu qəbildən olan problemlərinin dünyada ən yaxşı şəkildə həllini həyata keçirib. Məhz bu dövlət, onun Prezidenti sayəsində Azərbaycanda çadır şəhərcikləri çoxdan ləğv olunub, əvəzində müasir, yaraşıqlı və bütün zəruri infrastrukturla təmin olunmuş onlarca qəsəbə, yaşayış məskənləri yaradılıb.
Sözügedən proses indi də uğurla davam etməkdə, minlərlə məcburi köçkünün yeni mənzillərə köçürülməsi ilə müşayiət olunmaqdadır. Məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması üçün indiyə qədər görülən və bundan sonra görüləcək işlər isə bu kateqoriyadan olan soydaşlarımızın hər zaman Prezident İlham Əliyevin diqqət və qayğısı ilə əhatə olunduğunu göstərir. Məcburi köçkünlər yaxşı bilirlər ki, onların müvəqqəti yaşayış yerləri və çadırlardan müasir tələblər səviyyəsində inşa edilən qəsəbələrə köçürülməsi dövlətin bu insanlara göstərdiyi diqqətin təzahürüdür.
Təkcə ötən il qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması məqsədilə beş müasir tipli qəsəbə salınıb, 15 min məcburi köçkün yeni mənzillərlə təmin edilib. Ümumilikdə qaçqın və məcburi köçkünlərin problemlərinin həllinə 430 milyon manat vəsait xərclənib. Xatırlatmaq yerinə düşər ki, Prezidentin 2004-cü il 1 iyul tarixli sərəncamı ilə “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”, 2007-ci il 31 oktyabr tarixli 2475 nömrəli və 2011-ci il 21 fevral tarixli 1346 nömrəli sərəncamları ilə həmin dövlət proqramına əlavələr təsdiq edilib.
Ötən illər həyata keçirilən tədbirlər nəticəsində həmin dövlət proqramı, ona edilmiş əlavələr və normativ aktlar uğurla icra edilib və bu sahədə nəzərdə tutulan digər işlər davam etdirilir. Bütün bunlar ölkə rəhbərinin respublikanın iqtisadi uğurlarından bəhrələnməklə qaçqın və məcburi köçkünlərin həyat səviyyəsini yüksəltməyə, onların güzəranını yaxşılaşdırmağa xüsusi önəm verdiyinin, üzləşdikləri sosial məsələlərin həllinə böyük diqqət yetirdiyinin bariz nümunəsidir.
Bu diqqətin nəticəsidir ki, məcburi köçkünlər üçün ümumilikdə 94 müasir yaşayış kompleksi salınıb, 49 min ailə və ya 243 min nəfər məcburi köçkün mənzillə təmin olunub. Təkcə ötən ildə bir nəfər məcburi köçkünə xərclənən vəsaitin həcmi təxminən 840 manat təşkil edib ki, bu da dünyanın digər münaqişə zonaları ilə müqayisədə ən yüksək göstəricidir.
Məcburi köçkünlərin mənzil-məişət şəratinin yaxşılaşdırılması üçün atılan addımlar getdikcə daha çox bu qəbildən olan insanı əhatə edir. Bunun daha bir təzahürünü Qazax rayon ərazisindəki müxtəlif obyektlərdə müvəqqəti məskunlaşan soydaşlarımızın rayon ərazisindəki məcburi köçkünlər üçün salınmış 304 ailəlik müasir tipli qəsəbəyə köçrülməsində də görmək olar. Onu da qeyd edək ki, sərhəd bölgəsi olan Qazax rayonu ərazisində müvəqqəti məskunlaşan məcburi köçkün ailələri üçün rayonun Qazaxbəyli kəndinin səfalı guşəsində geniş bir ərazini əhatə edən və bütün zəruri sosial-texniki infrastruktur obyektləri ilə birlikdə salınmış, artıq öz sakinlərini qəbul edən şəhərcik bütün tələblərə tam cavab verir. Layihəyə uyğun olaraq, ərazidə 10 dördmərtəbəli, 304 mənzilli bina tikilib. Binalarda 52 birotaqlı, 156 ikiotaqlı, 88 üçotaqlı, 8 dördotaqlı mənzillər var. Ərazidə bundan əlavə, 220 şagird yerlik məktəb binası, 50 yerlik uşaq bağçası, tibb məntəqəsi, ATS binası və klub-icma mərkəzi üçün də binalar inşa olunub. Yaşayış kompleksi qaz, su, müasir istilik sistemi və elektrik ilə tam təchiz edilib, 3,6 hektarı əhatə edən ərazidə yaşıllaşdırma işləri aparılıb. Yaşayış binasının tikintisinə 2015-ci ilin aprelində başlanılıb və dekabrında başa çatdırılıb. Qazax rayonu ərazisindəki yataqxana və məktəblərdə, inzibati binalarda və uşaq bağçalarında məskunlaşan soydaşlarımızın köçürülməsinə isə artıq start verilib. Bu qəbildən olan tədbirlər il ərzində davam etdiriləcək.
Həyata keçirilən tədbirlərin nəticəsidir ki, məcburi köçkünlər arasında yoxsulluq həddi son 12 ildə 75 faizdən 12 faizədək azalıb. Cari ildə də müxtəlif təbəqədən olan insanlara, aztəminatlı ailələrə, eləcə də məcburi köçkünlərə verilən müavinətlərin artırılması dövlətin sosial yönümlü siyasətə prioritet önəm verməsinin daha bir təzahürüdür.
Ümumiyyətlə, respublikanın müxtəlif yerlərində məcburi köçkünlər üçün salınan yaşayış qəsəbələri bir reallığı aydın şəkildə ortaya qoyur ki, Azərbaycan hökuməti hər zaman vətəndaşlarının qayğısına qalır, onların problemlərinin həlli dövlət siyasətinin mühüm istiqamətini təşkil edir. Belə qəsəbələrin hamısının elektrik enerjisi, içməli su və qaz təchizatı ilə bağlı hərtərəfli iş aparılır. Qəsəbələrdə müasir yol-küçə infrastrukturu qurulur, məktəblərdə şagirdlərin yüksək səviyyədə təhsil almaları üçün hərtərəfli şərait yaradılır.
Məcburi köçkünlər dövlət başçısının bu qayğısından böyük məmnuniyyət duymaqla yanaşı, onun qətiyyətli siyasəti nəticəsində tezliklə doğma yurdlarına qayıdacaqları günü səbirsizliklə gözləyirlər.

Elçin CƏFƏROV,
“Azərbaycan”скачать dle 10.6фильмы бесплатно

Rəy yazın:
ANALOQ TV