Akademik Zərifə Əliyevanın tədqiqatları, fundamental əsərləri dünya tibb elminin tarixində yeni səhifələr açıb » Bizim analoqumuz yoxdur!
 
  • 19:00 – Nazir Hətəmov şəhid Pəncəli Teymurovu ziyarət etdi 
  • 12:00 – Dövləti içindən dağıdan gizli dövlət 
  • 09:30 – Ağ Evdə Tramp Türkiyədən danışıdı 
  • 16:30 – Bakıxanov qəsəbə sakinləri Azərbaycan Respublikasının 1-ci Vitse Prezidenti xanım Mehriban Əliyevaya şikayət ünvanladı 
  • 15:30 – Baş Prokurorluq qəbul imtahanlarında pozuntularla bağlı məlumat yaydı 
  • 13:00 – Daimi Nümayəndəliyin rəhbəri:"Sosial şəbəkələrdə Naxçıvandakı toy mərasimləri ilə bağlı yayılan informasiyalar həqiqəti əks etdirmir” 
  • 12:00 – Çin ABŞ-la müharibəyə hazırlaşır 
  • 11:00 – Taksi şirkətinin təxribatı-Ətraflı videonu izlə 

Akademik Zərifə Əliyevanın tədqiqatları, fundamental əsərləri dünya tibb elminin tarixində yeni səhifələr açıb

  • Tarix: 29.04.2016, 13:30,
  • Bölmə: Manşet / Ölkə
  • Baxılıb: 5557
Akademik Zərifə Əliyevanın tədqiqatları, fundamental əsərləri dünya tibb elminin tarixində yeni səhifələr açıb Akademik Zərifə Əliyevanın tədqiqatları, fundamental əsərləri dünya tibb elminin tarixində yeni səhifələr açıb Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 93-cü ildönümü ilə əlaqədar Nərimanov rayonunda təşkil olunan silsilə tədbirlər çərçivəsində aprelin 28-də rayon ərazisində yerləşən Zərifə Əliyeva adına uşaq bağçasında anım tədbiri keçirilib.
Əvvəlcə rayon rəhbərliyi və qonaqlar akademik Zərifə Əliyevanın adını daşıyan uşaq bağçasının foyesində görkəmli oftalmoloq alimin büstü önünə gül dəstələri düzüb, onun əziz xatirəsini ehtiramla yad ediblər.
Rayon rəhbərliyinin, Milli Məclisin deputatlarının, nazirlik, komitə nümayəndələrinin və təşkilat rəhbərlərinin qatıldıqları tədbiri açan Zərifə Əliyeva adına uşaq bağçasının müdiri Sevinc Mustafayeva qayğıkeş insan, böyük ziyalı, sədaqətli həyat yoldaşı, gözəl ana, görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın mənalı ömür yolundan danışıb. O, Azərbaycan təbabət elminin böyük alimin elmi xidmətlərini və kəşflərini yüksək səviyyədə qəbul etdiyini, onun göz xəstəliklərinə dair təliminə yiyələnmiş yeni nəsillərin bu əvəzolunmaz alimin işıqlı elmi ideyalarını ayrı-ayrı ölkələrə yaydığını nəzərə çatdırıb.
Daha sonra çıxış edən Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev qeyd edib ki, akademik Zərifə xanım Əliyeva Azərbaycan oftalmologiya elmini dünya təbabətində beynəlxalq oftalmologiya elmi mühiti səviyyəsinə qaldırıb. Dünya oftalmoloqları görkəmli azərbaycanlı alim, akademik Zərifə xanım Əliyevanı öz sıralarında görüb, onu bu elmin ön cərgəsində qəbul ediblər. O, elmi-pedaqoji fəaliyyətində təkcə çoxşaxəli elmi-tədqiqat işləri aparmaqla kifayətlənməyərək, yüksəkixtisaslı gənc alim kadrların yetişdirilməsi və oftalmoloq həkimlərin ixtisaslarının artırılması işinə də xüsusi diqqət yetirib. Onun zəngin elmi irsi, oftalmologiyanın müxtəlif sahələri üzrə apardığı tədqiqatlar, qazandığı nailiyyətlər, yazdığı fundamental əsərlər nəinki Azərbaycan, eləcə də dünya tibb elminin tarixində yeni səhifələr açıb, əsərləri, elmi monoqrafiyaları bu gün də öz aktuallığını itirmir.
Qeyd edilib ki, Zərifə xanım Əliyeva müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, bütün mənalı ömrünü Vətəninin və xalqının tərəqqisinə həsr etmiş dahi şəxsiyyətin – xalqımızın ümummilli lideri Heydər Əliyevin vəfalı ömür-gün yoldaşı, sədaqətli dostu və etibarlı silahdaşı olub. Vaxtilə Azərbaycanın görkəmli dövlət xadimi, tibb elmləri doktoru, professor Əziz Əliyevin ailəsində görüb-götürdükləri yaxşı bir təcrübə kimi ölkənin birinci şəxsinin xanımı olduğu zamanlarda köməyinə çatıb. Zərifə Əliyeva ümummilli lider Heydər Əliyevin fəaliyyəti boyunca qarşılaşdığı bütün çətinlikləri onunla paylaşırdı.
Milli Məclisin deputatı Jalə Əliyeva mənalı ömür yolu, peşə fəaliyyəti və elmi yaradıcılığı insanlıq üçün mənəviyyat, kamillik, müdriklik örnəyi olan, xalqının tərəqqisinə, maariflənməsinə əvəzsiz töhfələr vermiş Zərifə xanım Əliyevanın qədirbilən xalqımızın qəlbində əbədi yaşayacağını, daim dərin ehtiramla, rəğbətlə anılacağını diqqətə çatdırıb. O, Zərifə Əliyevanın cəmiyyət üçün böyük dəyərlərə malik övladlar tərbiyə etdiyini, bunu onun fədakar ana olmasından irəli gəldiyini vurğulayib.
Tədbirin bədii hissəsində akademik Zərifə Əliyevanın mənalı ömür yolunu və zəngin elmi yaradıcılığını əks etdirən videoçarx nümayiş etdirilib.
Bağça uşaqlarının və əməkdaşlarının ifasında səslənən, Zərifə xanım Əliyevaya həsr olunmuş şeirlər onun parlaq obrazını göz önündə canlandırıb. Balaca istedadların ifa etdikləri rəqslər tədbir iştirakçılarında xoş təəssüratlar yaradıb.
Azərbaycanскачать dle 10.6фильмы бесплатно

Rəy yazın:
ANALOQ TV