• 15:00 – Əbülfət İslamı xatırlayarkən 
  • 19:00 – Şair qəlbindən süzülən büllur kimi misralar 
  • 17:30 – Qarabağla bağlı Rusiya planının gerçəkləşməsi Sərkisyanın öz kreslosunda möhkəmlənməsindən sonra işə düşə bilər 
  • 16:00 – Ərindən qisas almaq üçün görün nə etdi... 
  • 14:30 – Əgər bunları etsəniz səhhətiniz üçün daha faydalıdır 
  • 12:30 – Türkiyə hərbi əməliyyatlara başlaya bilər 
  • 11:00 – İlham Əliyev sərəncam imzalayıb 
  • 10:00 – Gürcüstan höküməti Azərbaycan prezidenti İlham Əliyevə minnətdarlıq etdi 

BMT-nin tribunası Azərbaycandadır

BMT-nin tribunası Azərbaycandadır BMT-nin tribunası Azərbaycandadır İlham ƏLİYEV: “Fərəhlənirik ki, bu gün 140-dan artıq ölkənin nümayəndəsi Sivilizasiyalar Alyansı ilə bağlı mühüm məsələlərin müzakirəsi üçün Bakıda toplaşıb”

Dörd il bundan öncə - 2012-ci il may ayının 4-də Nyu Yorkda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə BMT Təhlükəsizlik Şurasının yüksək səviyyəli iclası keçirildi. İclasda Azərbaycanın təşəbbüsü ilə “Terror aktlarının beynəlxalq sülh və təhlükəsizliyə yaratdığı təhdidlər” mövzusunda müzakirələr aparıldı.
Bəli, bir daha vurğulayırıq, BMT Təhlükəsizlik Şurasının iclasına Azərbaycan Prezidenti cənab İlham Əliyev rəhbərlik edirdi və həmin iclasda dünyanı hədələyən terror təhlükəsi barədə məsələ müzakirə olunurdu!
Əvvəlcə iki məqama diqqət yetirək:
* Azərbaycan Prezidenti ali qurumda iclasa sədrlik etmək üçün hansı proseslərdən keçmişdi;
* Ötən dövr ərzində müzakirə olunan məsələ ilə bağlı dünyada nə kimi dəyişikliklər baş vermişdi.
Azərbaycan çox çətin sınaq və maneələri dəf edərək dövlət müstəqilliyinə nail oldu. Bununla bağlı 18 oktyabr 1991-ci ildə Konstitusiya Aktı qəbul edildi. Həmin dövrdə dövlət müstəqilliyi deklarativ xarakter daşıyırdı. Həqiqi müstəqilliyə nail olmaqdan ötrü çox iş görmək, çox çalışmaq gərək idi. Hətta 1993-cü ildə təkcə müstəqilliyi üçün yox, bütövlükdə bir dövlət kimi Azərbaycanın özünün mövcudluğu təhlükəsi yaranmışdı. Yalnız xalqın arzu və tələbi ilə ümummilli lider Heydər Əliyevin ölkə rəhbərliyinə qayıtması müstəqilliyimizi əbədiliyə və dönməzliyə çevirdi. Bu il şərəfli müstəqillik tarixinin 25-ci ildönümünü qeyd edəcəyik.
Müstəqillik dövründə iqtisadi, siyasi, hüquqi sahədə çox işlər görüldü, o cümlədən beynəlxalq münasibətlər və diplomatiya sahəsində. 1992-ci il martın 2-də BMT Baş Məclisinin 46-cı sessiyasında Azərbaycanın təşkilata üzv qəbul olunması haqqında qətnamə qəbul edildi. Nyu Yorkda - BMT-nin iqamətgahı qarşısında təşkilatın 181-ci üzvünün - Azərbaycanın bayrağı qaldırıldı. Mayın 6-da isə təşkilatda Azərbaycan nümayəndəliyi fəaliyyətə başladı.
Azərbaycanın dünya birliyinə sıx inteqrasiyası, Avropanın enerji təminatında etibarlı tərəfdaşa çevrilməsi, mühüm transmilli layihələrin təşəbbüsçüsü və maliyyəçisi rolunda çıxış etməsi, Cənubi Qafqazın ən müasir və qüdrətli dövlətinə çevrilməsi onun beynəlxalq nüfuzunu qat-qat artırdı. 2011-ci ilin oktyabrında 16 raundluq “döyüşdə” qalib çıxaraq 155 dövlətin dəstəyini qazanan Azərbaycan BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçildi! Beləliklə, müstəqillik dövründə xarici siyasətin ən böyük uğuruna imza atmış oldu!
2012-ci ilin 1 yanvarından ölkəmiz Təhlükəsizlik Şurasında öz səlahiyyətlərinin icrasına başladı. Beləliklə, ABŞ, Çin, Rusiya, Böyük Britaniya və Fransa kimi daimi üzvlərlə birgə Azərbaycanın da dünyanın bir nömrəli beynəlxalq təşkilatının ən ali qurumunda iştirakı ölkəmizin tutduğu yolun dünya tərəfindən dəstəklənməsinin əyani təsdiqinə çevrildi. Əslində, bütün bunlar Prezident İlham Əliyevin müdrik, uzaqgörən, qətiyyətli və prinsipial siyasətinin məntiqi nəticəsi idi!
Şübhə yoxdur ki, cənab İlham Əliyev xarici siyasətin bütün məqamlarında Azərbaycan xalqının və dövlətinin maraqlarını güdür, qoruyur. Eyni zamanda, onun irəli sürdüyü bütün təşəbbüslər və çağırışlar dünyada sülhə və təhlükəsizliyə, bəşəriyyətin əmin-amanlığına xidmət edir. Məhz buna görə də bütün beynəlxalq qurum və təşkilatlar, dünya siyasətçiləri tərəfindən müdafiə olunur, dəstək verilir.
BMT Təhlükəsizlik Şurasının ilk iclasına sədrlik edən cənab İlham Əliyev hüququndan istifadə edərək Azərbaycan Prezidenti kimi bəyanat verdi. Həmin bəyanatın bəzi məqamlarına bir daha diqqət yetirək:
“Terrorçuluq beynəlxalq sülh və təhlükəsizliyə, o cümlədən bütün üzv dövlətlərdə insan hüquqlarının, fundamental azadlıqların, demokratiyanın, siyasi müstəqilliyin, suverenliyin, ərazi bütövlüyünün və nəhayət, sosial və iqtisadi inkişafın bərqərar olunmasına ciddi təhdiddir”.
“Azərbaycan terrorçuluğun bütün forma və təzahürlərini qəti surətdə pisləyir. Biz hesab edirik ki, bütün terror aktları ağır cinayətdir, onlar pislənməli və bunu törədənlər isə cəzalandırılmalıdırlar”.
“Terrora qarşı mübarizə hər hansı konkret din və ya mədəniyyətə hücum çəkmək üçün istifadə edilə bilməz”.
“Azərbaycan sivilizasiyaların dialoqu işinə töhfə verməyə çalışır. Ölkəmiz müxtəlif dinlərin nümayəndələri arasında daha yaxşı anlaşmanın yaradılmasına xidmət edən çoxsaylı tədbirlər keçirir. Azərbaycan çoxmillətli və çoxkonfessiyalı ölkədir, bütün millətlərin və dinlərin nümayəndələri ölkəmizdə sülh, anlaşma şəraitində yaşayırlar”.
“Terrorçuluğun hazırkı siması və onun beynəlxalq sülh və sabitliyə təhlükə olan digər hədələrlə bağlılığı dövlətlər arasında daha sıx əməkdaşlığı, o cümlədən BMT-nin daha yaxşı, əlaqələndirilmiş, ahəngdar və sistemli yanaşmasını tələb edir”.
“Beynəlxalq ictimaiyyət beynəlxalq hüququn ümumi qaydada qəbul edilmiş normaları və prinsipləri əsasında münaqişələrin, xüsusən ərazi bütövlüyünün təmin edilməsi və dövlətlərin beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına aid məsələlərin həllinə çalışmalı və ölkələrə öz əraziləri üzərində suverenliyin bərpa edilməsinə yardım etməlidir”.
Təəssüf ki, bu xəbərdarlıqlara kifayət qədər diqqət yetirilmədi.

NƏTİCƏDƏ:
* Avropa qaçqınlar dənizində boğulmaq dərəcəsinə gəldi;
* Suriyada davam edən insan qırğınına son qoyulmadı;
* İŞİD-ə qarşı mübarizə lazımi səmərə vermədi;
* Parisdə, Ankarada, Brüsseldə terror aktları baş verdi, günahsız insanlar öldürüldü;
* Ermənistan ordusu Azərbaycan kəndlərini, mülki əhalini daha şiddətli atəşə tutmaqda davam etdi;

ÇÜNKİ:
* Dünyada baş verən proseslərə ikili standartlarla yanaşma davam edir;
* Hələ də “xristian” və “müsəlman” adlandırılmaqla terrorçular “növlərə” bölünür, onlara müxtəlif münasibət bəslənilir;
* Paris və Brüsseldəki ilə Ankara və İstanbuldakı terror aktları “fərqləndirilir”, onlara eyni mövqe nümayiş etdirilmir;
* Erməni terrorizmi cilovlanmır;
* Ermənistanın sülh danışıqlarından yayınmasına prinsipial qiymət verilmir.

Prezident İlham Əliyev budəfəki çıxışında da əsas diqqəti bəşəriyyəti gözləyən təhlükələrə və ona qarşı mübarizə məsələlərinə yönəltdi:

“Bizim aramızda bölüşdürəcəyimiz heç nə yoxdur. Hamımız eyni planetdə yaşayırıq. Bütün xalqlar sülh, əmin-amanlıq və təhlükəsizlik şəraitində yaşamağı, ailələrini qorumağı, övladlarını böyütməyi arzulayır. Bütün dinlər eyni dəyərləri - insanlıq, mərhəmət, həmrəylik və sülhü təbliğ edir. Bu gün dünyanın tələb etdiyi səylərimizin birləşdirilməsidir”.

“Bizim üçün multikulturalizm dövlət siyasətidir və bizim həyat tərzimizdir. Gəlin alternativlərə nəzər salaq: onlar nədən ibarətdir? Bunlar çox təhlükəli alternativlərdir - ksenofobiya, islamofobiya, antisemitizm, irqçilik, diskriminasiya, nifrət. Bu səbəbdən multikulturalizm dəyərlərinin gücləndirilməsi, hesab edirəm ki, müasir siyasətin çox müsbət meyli olacaqdır. Bütün məsuliyyətli siyasətçilər bu müsbət dinamikaya töhfələrini verməlidirlər”.

“Ermənistan və Azərbaycan arasındakı münaqişə beynəlxalq hüquq normaları, BMT Nizamnaməsi, BMT Təhlükəsizlik Şurasının qətnamələri və Helsinki Yekun Aktı əsasında həll edilməlidir. Ərazilərimiz azad edilməlidir, insanlarımız evlərinə geri dönmək imkanına malik olmalıdır”.

“Enerji təhlükəsizliyi və nəqliyyat kimi iqtisadi maraqlar, çətinliklərin öhdəsindən gələrək xalqlarımıza daha yaxşı şərait yaratmaq kimi dəyərlərin paylaşılması və bütün bunların təməlində birgə dəyərlərimiz olan dini dözümlülük, qarşılıqlı anlaşma və multikulturalizm əsasında qurulmuş beynəlxalq əməkdaşlıq formatları, hesab edirəm ki, region xalqlarının həyatını daha da yaxşılaşdıracaq”.

BMT Təhlükəsizlik Şurasının iclasındakı bəyanatında cənab İlham Əliyev problemlər və təhlükələr barədə açıq danışdı. Təəssüf ki, dünya gücləri öz əməllərindən qalmadılar. Bu gün terror harada yaşamasından, hansı iqtisadi, siyasi və hərbi imkanlara malik olmasına baxmayaraq, hər bir dövləti və ölkə vətəndaşını hədələyir. ABŞ-da, Fransada, Belçikada baş verənləri yada salmaq kifayətdir. Dünya hər zaman qarşıdurmalardan, ziddiyyətlərdən ziyan çəkib. Sabitlik, əmin-amanlıq inkişaf və tərəqqiyə xidmət edir. Bunu təmin etməkdən ötrü isə dünya qanunlar, beynəlxalq norma və prinsiplər əsasında idarə olunmalıdır. İşğalçılar, özgə torpaqlarına təcavüz edənlər, günahsız insanların qanını tökənlər, mülki əhalini ev-eşiyindən didərgin salanlar qınaq hədəfinə çevrilməli, beynəlxalq qurum və təşkilatların qərarları və imkanları ilə cəzalandırılmalıdır.
Hamını Allah yaradlb! İnsanları dini, irqi, milli əlamətlərə görə fərqləndirmək, baş verən hadisələrə ikili standartlardan yanaşmaq, qiymətləndirmək təhlükələrin qarşısını almır. Əksinə, mənfi meyillərə daha da rəvac verir.
BMT Sivilizasiyalar Alyansının Prezident İlham Əliyevin təşəbbüsü ilə Bakıda keçirilən Qlobal Forumu da məhz bu problemlərin həllinə töhfə verən, həmçinin milli, dini ayrı-seçkiliyə son qoymağa yönəlmiş qlobal müzakirə platforması oldu. Ölkə rəhbərinin forumda çıxışı da Azərbaycan həqiqətləri timsalında dünyadakı ikili standartların, ədalətsizliklərin kəskin ifşasına yönəldi. Prezident bütün bəşəriyyəti, dövlətləri, beynəlxalq təşkilatları ədalətli mövqeyə, haqlını dəstəkləməyə, zora və hərbə qarşı birgə fəaliyyətə səslədi.
Azərbaycan yenə də xəbərdarlıq edir:
Dünyanı qorumaq, düzgün məcraya yönəltmək gərəkdir.
Azərbaycan öz nümunəsi, xalqın əsrlər boyu keçdiyi həyat yolu əsasında düzgün istiqamət göstərir.
Prezident İlham Əliyev təkcə öz dövləti və xalqı üçün yox, bütün bəşəriyyəti təhdid edən hadisələri öncədən xəbər verir. Onu dinləmək və dediklərinə əməl etmək bəşəriyyətin gələcəyi üçün faydalıdır.
Bu gün BMT-nin Azərbaycanda qurulan tribunasından səslənən hər bir təklif, xəbərdarlıq hökmən nəzərə alınmalıdır!
Dünya salamat qalmaq, əmin-aman yaşamaq istəyirsə, sülh və əməkdaşlıqdan, beynəlxalq hüququn bütün prinsiplərinin bərqərar edilməsindən başqa yol yoxdur!
Bunu hamı bilməlidir!
Bəxtiyar SADIQOV
Azərbaycanскачать dle 10.6фильмы бесплатно

Rəy yazın:
ANALOQ TV