• 15:00 – Abşeron rayonunda daha bir qeyri hadisə-20 manatı olanın şəkili şərəf lövhəsində 
  • 11:00 – Prezident İlham Əliyev:"Ermənistanı quldur dəstə idarə edir" 
  • 20:30 – Nisə Qasımova:"Eqoistəm, pis xasiyyətim var" 
  • 18:30 – Generaldan Aşura xəbərdarlığı: “İmkan verilməyəcək!” 
  • 15:00 – Ucarda şəhidin adını daşıyan məktəb Allahın ümidinə qalıb 
  • 13:30 – Toppuş bacı:"Hər an hər şey ola bilər... 
  • 11:30 – Böyük rayonun böyük problemləri- Abşeronda Təcili Tibbi Yardım çağıranda xəstəyə dərman, sifarişə isə avtomobil tapılmır-ŞİKAYƏT 
  • 09:30 – Nuru Paşanın Azərbaycanda döyüşmüş əsgərinin nəvəsi qohumlarını axtarır-Müraciət yaydı 

Sarkisyan 3 şərtini açıqladı

Sarkisyan 3 şərtini açıqladı Sarkisyan 3 şərtini açıqladı Ermənistan prezidenti Serj Sarkisyan Dağlıq Qarabağ münaqişəsinə dair danışıqların bərpa olunması üçün şərtlər irəli sürüb.

Analoq.az ANSPRESS - ə istinadən xəbər verir ki, bu gün Sarkisyanın iştirakı ilə Ermənistan Respublika Partiyasının (ERP) toplantısı keçirilib. Toplantıdan sonra ERP-nin mətbuat katibi, Ermənistan parlamentinin vitse-spikeri Eduard Şarmazanov jurnalistlərə açıqlama verərək, Serj Sarkisyanın Dağlıq Qarabağ münaqişəsi üzrə danışıqların bərpa edilməsi üçün 3 şərt irəli sürdüyünü bildirib.

Şarmazanovun sözlərinə görə, şərtlər aşağıdakılardan ibarətdir:

- İnsidentlərin araşdırılmasına dair mexanizmlərin tətbiq edilməsi;

- Ünvanlı bəyanatlar;

- Azərbaycanın Dağlıq Qarabağ əhalisinə qarşı aqressiyaya əl atmayacağına dair zəmanət.

Serj Sarkisyan bu şərtlərini şərh edən sabiq dövlət müşaviri, politoloq Qabil Hüseynli bildirib ki, Ermənistan prezidentinin bu açıqlaması siyasi oyunun bir hissəsidir. "İnanmıram ki, bu Sarkisyanın öz ağlının bəhrəsidir. Ona kənardan qəyyumları diktə edir. Onun dediklərinin hamısı hakimiyyətdə qalmaq üçün işlətdiyi fintlərdir”.

Politoloqun sözlərinə görə, Sarkisyan indi artıq ona inanmayan və hakimiyyətdə görmək istəməyən erməni xalqı qarşısında, onun mənafeyini qoruyan bir şəkildə görünmək istəyir.скачать dle 10.6фильмы бесплатно

Rəy yazın:
ANALOQ TV