Futbolçu ağır zədə alıb.



Ronaldu “Avro-2016”nı buraxa bilər


Madridin “Real” klubunun və Portuqaliya yığmasının hücumçusu Kriştianu Ronaldu “Avro-2016”nı buraxa bilər.

Analoq.Az Oxu. Az - a istinadən xəbər verir ki, bu barədə Portuqaliya komandasının həkimi Nunu Kumpuş bildirib

O qeyd edib ki, futbolçunun hazırki zədəsinin sağalması üçün 18-21 gün vaxt lazımdır.

“Lakin əgər Kriştianu Çempionlar Liqasının yarımfinal mərhələsinin “Mançester Siti”yə qarşı cavab oyununda iştirak etsə zədəsini ağırlaşdıra bilər. Bu zaman o, “Avro-2016”nı buraxmalı olacaq”, - Kampuş deyib.

Xatırladaq ki, Ronaldu aprelin 20-də İspaniya Çempionatında “Vilyarreal”a qarşı matçda zədələnib (3:0).

Qeyd edək ki, “Mançester Siti” ilə cavab qarşılaşması mayın 4-də keçiriləcək.

Ronaldu bu mövsüm 44 oyunda 47 qol vurub.скачать dle 10.6фильмы бесплатно


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi