• 22:52 – Qurd ;"Cavidan tir-tir əsirdi" 
  • 19:17 – Həkim müğənnini döydü 
  • 16:51 – Harvard Medical Schoolda təhsil alan ilk Azərbaycanlı-Bəxtiyar Qəhrəmanov 
  • 19:13 – Bütün Türkiyə bu çay stəkanından danışır-Xəbərin ardını oxu 
  • 22:31 – Azər Mirzəyev: "11 ildir Federasiyada seçkilər keçirilmir" 
  • 14:40 – Etibar Məmmədov İsa Qəmbərin istefa ərizəsini görün necə təqdim edib 
  • 13:22 – Naxçıvanın Bakıdakı daimi nümayəndəliyində “Qurtuluş - 25 ” adlı tədbir keçirilib 
  • 13:06 – Gülnar Səmanın xaricdə monoqrafiyası çap olundu 

ANAMA hesabat hazırlayıb.

  • Tarix: 03.05.2016, 10:30,
  • Bölmə: Manşet / Ölkə
  • Baxılıb: 5348
ANAMA hesabat hazırlayıb. ANAMA hesabat hazırlayıb. Cəbhəboyu rayonlar minalardan təmizlənir


Cəbhəboyu rayonlarda 13 partlayış yeri yoxlanılıb.

Analoq.Az bildirir ki, Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) Oxu.Az-a verilən məlumata görə, bu barədə mayın 1-də Agentlik tərəfindən Tərtər və Füzuli rayonlarında aşkar olunan partlamamış hərbi sursatlar (PHS) haqqında hesabatda deyilir.

Tərtər rayonu

Buruc kəndi - 2 ev və həyatyanı sahədə dərinliyi 180 sm olan partlayış çalasına baxış keçirilib, tam partlamış sursatın qalıqları aşkar edilib, mərmi düşən ərazi və ona yaxın ərazilər də daxil olmaqla 12000 kv.m ərazi təmizlənib.

Köçərli kəndi - 4 otlaq sahəsinə baxış keçirilib, 4 partlayış çalasından hər birində 1 ədəd top mərmisinin partlamış qalıqları aşkar edilib. Ümumilikdə 620 kv.m ərazi təmizlənib.

Qarağacı kəndi - Kənd orta mətəbinin həyətində 2 çalaya, 2 ev və həyatyanı sahənin hər birində 1 çalaya baxış keçirilib, 16 000 kv.m ərazi təmizlənib və partlamamış hərbi sursat aşkar edilməyib.

Cəmi: 4 ev və həyətyanı sahə, 4 otlaq sahəsi və 1 orta məktəbin həyətinə baxış keçirilib. Nəticədə 10 partlayış yeri aşkar edilib, 28 620 kv.m ərazi təmizlənib və partlamamış hərbi sursat aşkar edilməyib.

Füzuli rayonu

Alixanlı kəndi - 3 əkin sahəsində 3 partlayış yerinə baxış keçirilib, partlamamış hərbi sursat aşkar edilməyib. Nəticə etibarı ilə 400 kv.m. ərazi yoxlanılıb.

Cəmi: 3 əkin sahəsində, 3 partlayış yeri, 400 kv. m ərazi yoxlanılıb və partlamamış hərbi sursat aşkar edilməyib.

1 may 2016-cı il tarixində Agentlik tərəfindən 4 ev, 4 otlaq sahəsi, 3 əkin sahəsi və 1 kənd orta məktəbi də daxil olmaqla 13 partlayış yeri yoxlanılıb, 29 020 kv. m ərazi təmizlənib və partlamamış hərbi sursat aşkar edilməyib.скачать dle 10.6фильмы бесплатно

Rəy yazın:
ANALOQ TV