Rayan Qiqqz boşanır



İngiltərənin "Mançester Yunayted" klubunun baş məşqçisi Lui van Qalın köməkçisi, "qırmızı şeytanlar"ın sabiq ulduzu Rayan Qiqqz boşanır. 43 yaşlı sabiq futbolçunun ailəsinə sürəkli xəyanət etdiyi bəlli olub.
Analoq.Az xəbər verir ki, Milli.Az Daily Mail-ə istinadən bildirir ki, boşanmanın təşəbbüskarı R.Qiqqzin arvadı, 37 yaşlı Steysi Qiqqzdir.
S.Qiqqzin səbr kasasını dolduran son damla ərinin Uorslidə bir restoranda iki ofisiant qadınla "macəra" yaşamasıdır. Qiqqzlər ailəsinin Uorslidə 6 milyon funt-sterlinq dəyərində malikanəsi var.
İlkin məlumatlara görə, Rayan Qiqqz mənəvi təzminat qismində arvadına 20 milyon funt-sterlinq ödəyəcək.

Rayan Qiqqz indiyədək arvadına dəfələrlə xəyanət edib. Son dəfə reportyorlar onu oteldə qlamur model İmocen Tomasla "tutmuşdular" və Qiqqz də həmin modelin susması üçün ona 150 min funt ödəmişdi. Daha öncə isə o, qardaşının arvadı ilə "eşq gecəsi" keçirmiş və bu xəbər yayılandan sonra Qiqqzlər ailəsində böyük qalmaqal qopmuşdu.

Görünən budur ki, boşanma Rayan Qiqqzə onun 40 milyon funtluq varidatının tam yarısı hesabına başa gələcək.
Rayan və Steysi Qiqqzlər 2002-ci ildə birlikdə yaşamağa başlamış, 2007-c ildə ailə qurmuşdular.
Onların iki övladı var.скачать dle 10.6фильмы бесплатно


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi
#

JeaIndege

написал 0
Viagra Achat Pfizer Isotretinoin Worldwide No Rx By Money Order viagra Costo Cialis Cialis 5 Mg Avis D'Utilisateurs