Ölmüş insanlar diriləcək



Tanınmış Amerika şirkəti Bioquark Inc. qeyri-adi eksperimentin aparılması üçün icazə alıb.

Analoq.Az saglamolun.az-a istinadən bildirir ki, ReAnima adlandırılan layihə çərçivəsində alimlər beyni ölmüş 20 insanı həyata qaytarmağa cəhd edəcəklər. Eksperiment Hindistan klinikalarında orqanizmin əsas funksiyaları xüsusi cihazların köməyi ilə təmin olunan beyni ölmüş insanların üzərində aparılacaq. "Diriltmə kursu" 6 həftə ərzində davam edəcək.

ScienceAlert xəbər verir ki, alimlər diriltməni müxtəlif üsullarla həyata keçirməyi planlaşdırır. Pasiyentlərin baş beyninə inyeksiya şəklində gövdə hüceyrələri, peptidlər daxil ediləcək, xüsusi lazer terapiyasından, elektrostimulyasiya metodlarından istifadə olunacaq.
Alimlərin fikirinə görə, 2-3 aydan sonra ilk nəticələri əldə etmək mükün olcaq. Alimlər istisna etmir ki, müalicə sinir hüceyrələrinin regenerasiya proseslərini işə salacaq, sinir sistemi yenidən işləməyə başlayacaq.скачать dle 10.6фильмы бесплатно


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi