• 02:05 – Gəncədə başlayıb Ankarada bitən bir ömrün hekayəsi – polkovnik Məmməd Ağpolad 
  • 19:01 – Bərzani və Bərzanilər (2) 
  • 16:30 – Şamaxı rayon Mərkəzi kitabxanasının əməkdaşı doğum gününü qeyd edir 
  • 14:30 – 32 ili pedaqoji xidmətlərə həsr edilmiş, şərəfli 60 il! 
  • 17:30 – Kürdəmirdə Yeni Azərbaycan Partiyasının yaranmasının 25 illik yubileyinə həsr olunmuş tədbir keçirilib 
  • 15:30 – KASKO BUTİK elektron sığorta platforması ictimaiyyətə təqdim edildi 
  • 21:30 – Millət vəkili:"Özünün 60,oğlunun 40 yaşı var" 
  • 17:00 – Quba-Qusar-Xaçmaz bölgəsinə səfər edən məktəblilər səfərlərini uğurla başa vurdular 

General əsgəri sevindirdi

General əsgəri sevindirdi General əsgəri sevindirdi Fövqəladə hallar naziri Kəmaləddin Heydərov 2014-cü ilin avqustunda cəbhədə gedən döyüşlərdə hər iki ayağını itirmiş keçmiş əsgər Sərxan Tahirzadəni ötən həftə Lənkəranda şəxsən qəbul edib, onun problemlərilə maraqlanıb və hər cür şəraitlə təmin olunacağına söz verib.Analoq.az modern.az-a istinadən xəbər verir ki, S.Tahirzadə bu günlərdə Fövqəladə Hallar Nazirliyinin (FHN) Akademiyasında mühasibatlıq şöbəsi üzrə müvafiq işlə təmin olunub. Eyni zamanda Bakıda onun üçün ev tutulub. Nazir onun valideynlərinin də həmin evdə yaşamasını təklif edib.İki gündür Bakıda olduğunu deyən Qarabağ qazisi Sərxan Tahirzadə açıqlamasında faktı təsdiqləyib. Şəxsən Kəmaləddin Heydərova təşəkkür etdiyini bildirib.Lənkəran rayonundan olan Sərxan Tahirzadə 2014-cü ilin avqustunda cəbhənin Ağdam istiqamətində gedən döyüşlərdə hər iki ayağını itirib. O, TİKA-nın maddi dəstəyilə Türkiyədə müalicə alaraq, vətənə qayıdıb.S.Tahirzadə Lənkəranda yaşadığı son vaxtlarda bəzi məmurların biganəliyindən narazı idi.скачать dle 10.6фильмы бесплатно

Rəy yazın:
ANALOQ TV