"Dağlıq Qarabağ münaqişəsi nə qədər uzansa, müharibə riski bir o qədər artacaq"



Dağlıq Qarabağda münaqişə nə qədər uzun müddət davam edəcəksə, tərəflər bir o qədər intensiv silahlanacaq, Ermənistan və Azərbaycan arasında müharibə daxil olmaqla yeni eskalasiya riski daha artıq olacaq. Analoq.Az bildirir ki,Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bunu Vyanada Almaniyanın xarici işlər naziri Frank-Valter Ştaynmayer deyib.

Onun sözlərinə görə, 6 həftə əvvəl təmas xəttindəki qızğın döyüşlər göstərir ki, çoxillik status-kvo uzunmüddətli perspektivdə qənaətbəxş deyil.

Nazir qeyd edib ki, ATƏT münaqişənin nizamlanmasında vacib rol oynayır: "Fikrimizcə, məqsəd təmas xətti üzrə atəşkəs rejimini gücləndirmək, etimadın möhkəmləndirilməsi üzrə tədbirləri razılaşdırmaq və danışıqlar prosesinə başlamaqdır. Bu, müəyyən vaxt tələb edəcək".скачать dle 10.6фильмы бесплатно


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi