Kolumbiyada rekord çəkidə kokain müsadirə olundu



Kolumbiya polisi ölkənin şimal-şərqində, Turbo bələdiyyəsində 8 tondan çox kokain müsadirə etmişdir. Ölkə Prezidenti Xuan Manuel Santosun dediyinə görə, bu, dövlətin tarixində aşkarlanmış ən böyük partiyadır.
Kolimbiya Müdafiə Nazirliyindən bildirilir ki, narkotik maddə ölkədəki iri kriminal bandaya - Usuqa tayfasına məxsus idi. Narkotik banan plantasiyasının ərazisində yeraltı anbarda 2,5 metr dərinlikdə aşkar edilmişdir.
Qablaşdırılmış narkotiklər Mərkəzi Amerikaya, oradan isə ABŞ-a göndəriləcəkdi. Əməliyyat zamanı bandanın üç üzvü saxlanmışdır.
Hazırda təxminən 2 min üzvü olan Usuqa tayfası narkotika ticarəti, reket, faydalı qazıntıların qanunsuz hasilatı, adam oğurluğu və qətllə məşğul olur. Son beş il ərzində cinayətkar təşkilatın 6700 üzvü həbs edilmişdir.

azerbaijan-news.azскачать dle 10.6фильмы бесплатно


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi