Bakının Binəqədi rayonunda bədbəxt hadisə baş verib.



Bakının Binəqədi rayonunda bədbəxt hadisə baş verib.

Analoq.Az bildirir ki,Milli.Az-ın musavat.com-a istinadən məlumatına görə, Bakı sakini, 80 yaşlı Eyvaz Eyvazov Biləcəri qəsəbəsində dəmir yolu stansiyasını keçmək istəyib. Hadisə axşam saatlarında baş verdiyi üçün yaşlı kişi teplovozun gəlişindən xəbərsiz olub.

Sol ayağından xəsarət alan 80 yaşlı Eyvaz Eyvazov dərhal xəstəxanaya çatdırılıb. Həkimlər onun ayağını amputasiya ediblər.

Eyvaz Eyvazov vaxtilə sözügedən stansiyada elektrik işləyib. Daha sonra təqaüdə çıxan kişi ehtiyatsızlıqdan xoşagəlməz hadisənin qurbanına çevrilib.

Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində araşdırma aparılır.скачать dle 10.6фильмы бесплатно


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi