Nelson Bonilla Azərbaycanı tərk edir



Azərbaycan Premyer Liqasındakı ilk mövsümündə gümüş medal qazanan "Zirə" son turda "İnter"lə qarşılaşacaq.

Analoq.Az apasport.az-a istinadən xəbər verir ki, debütant paytaxt derbisinin hazırlığına artıq start verib.

Komandanın bütün futbolçuları baş məşqçi Adil Şükürovun ixtiyarındadır. Yalnız sarı vərəqə limitini dolduran hücumçu Nelson Bonilla son turda meydana çıxmayacaq. Azərbaycan Premyer Liqasının bombardiri olan salvadorlu forvard yığma komandasına çağırıldığı üçün yaxın günlərdə Azərbaycanı tərk edərək, millinin düşərgəsinə yollanacaq.

"Zirə"nin heyətində yeganə zədəli futbolçu Luis Alberto Diezdi. Tato kimi tanınan ispaniyalı yarımmüdafiəçinin kürəyində ağrılar var. Lakin həkimlər 24 yaşlı futbolçunun zədəsinin ciddi olmadığını və onun "İnter"lə görüşə hazır olacağını bildiriblər.

Qeyd edək ki, "İnter" - "Zirə" qarşılaşması mayın 20-də baş tutacaq.скачать dle 10.6фильмы бесплатно


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi