• 19:30 – Masallı sakini Ermənistan vətəndaşı olmaq istəyir 
  • 10:30 – Brilliant Dadaşova:"Efirdən bixəbər, səriştəsiz "aparıcılarımız” get-gedə çoxalır” 
  • 15:22 – Pakistan Səfiri Naxçıvanın daimi nümayəndəliyinə gəlib 
  • 22:44 – Bayramın- İladi Öməroğlundan bir poetik sovqat 
  • 19:41 – Milyonçu Cənnət Əliyev gitaraçı Musa Musayevi müğənni edib 
  • 16:58 – Dəhşətli yanğında ölən azərbaycanlıların sayı 5-ə çatıb 
  • 11:16 – Namiq Hacıheydərli “Canlı əfsanə”-sini təqdim etdi 
  • 11:16 – Namiq Hacıheydərli “Canlı əfsanə”-sini təqdim etdi 

Bağdadda partlayışlar

Bağdadda partlayışlar Bağdadda partlayışlar İraqın paytaxtı Bağdadda törədilmiş iki partlayış nəticəsində 44 nəfər həlak olmuş, 91 nəfər yaralanmışdır. “Əl-Ərəbiyyə” telekanalının xəbərinə görə, bu barədə yerli polis məlumat vermişdir.
Hüquq-mühafizə orqanları güman edir ki, ölənlərin və yaralananların sayı arta bilər. Hər iki partlayışı terrorçu-intiharçılar həyata keçirmişlər. Bağdaddakı operativ qərargahın rəsmi nümayəndəsi Səəd Məən bildirmişdir ki, terror aktlarından birini paytaxtın şimalındakı bazarda qadın törətmişdir. Hələlik heç bir terrorçu təşkilat partlayışlara görə məsuliyyəti üzərinə götürməmişdir. Bununla belə, terror aktlarını İŞİD qruplaşmasının həyata keçirdiyi ehtimal olunur.
Xatırladaq ki, İŞİD ötən həftə Bağdad və onun ətrafında partlayışlar törətmiş, nəticədə 100 nəfər həlak olmuşdur. Terror aktları şəhər sakinlərinin hiddətinə səbəb olmuşdur. Onlar hökuməti əmin-amanlığı təmin etməyi bacarmamaqda günahlandırmışlar.

.azerbaijan-news.azскачать dle 10.6фильмы бесплатно

Rəy yazın:
ANALOQ TV