• 22:28 – Göyçə ustadları antologiyası təqdim olundu 
  • 14:00 – Əhəd Abıyev:"Ev yıxan deyiləm,ev tikənəm" 
  • 13:00 – İtkin düşən 13 yaşlı Ülvidən xəbər var 
  • 12:00 – Şimali Koreyanın şərqində uçuşlar həyata keçirildi 
  • 11:00 – Lütfi Zadənin nəşinin sentyabrın 29-u Bakıya gətiriləcək 
  • 10:48 – Huşunu itirən yaşlı kişiyə təcili tibbi yardım kömək göstərmədi 
  • 10:00 – İlham Əliyev:"Bütün rayonlarda işlər daha da yaxşı gedəcək” 
  • 13:00 – Diqqəti daha çox çəkən Donald Trampın öldürülməsidir-Dünya şokdadır 

Goranboyun icra başçısı Nizaməddin Quliyev əl-ayağa düşüb

Goranboyun icra başçısı Nizaməddin Quliyev əl-ayağa düşüb Goranboyun icra başçısı Nizaməddin Quliyev əl-ayağa düşüb Vəzifəsindən alınacağını bilən Goranboyun icra başçısı Nizaməddin Quliyev əl-ayağa düşüb

Goranboyun icra başçısı Nizaməddin Quliyevin ciddi narahatlıq keçirdiyinə dair məlumatlar var. Bu barədə Bolgexeber.com-a Goranboydan daxil olan məlumatda qeyd olunur.Həmin məlumatda deyilir ki, artıq xeyli müddətdir dövlət orqanlarının əməkdaşları rayonda yoxlamalara başlayıblar. Həmin yoxlamalar isə əsasən rayonda baş vermiş yeyinti hallarını əhatə edlir.

Məlumatda vurğulanır ki, Nizaməddin Quliyev bu yoxlamalardan ona görə ciddi şəkildə narahatdır ki, bir zamanlar bu sahələr onun əsas gəlir yerləri olub. Belə ki, Quliyev müavini Baxış Abdullayevin əliylə rayona ayrılmış pulları bu və ya digər şəkildə mənimsəməyi həyata keçiriblər. Hətta bu məsələ mətbuat müstəvisində də qeyd olunub və uzun zamandır məsələnin üstünün açılması gözlənilirdi. Qeyd olunur ki, icra başçısı bu yoxlamaların ona baha başa gələcəyinin fərqindədir. Amma bunun qarşısını almaq üçün isə əlində təsir mexanizmi yoxdur. Ona görə də, nə edəcəyini bilmədiyindən əl-ayağa düşüb. Hətta belə məlumatlar da var ki, Quliyev bununla bağlı hakimiyyətdəki adamlarına minnətçi düşüb,amma icra başçısı artıq başa düşüb ki,bunun heç bir xeyri olmayacaq. Mənbə bildirir ki,onun vəzifəfən alınması,hətta həbs oluna biləcəyi haqda yuxarırdan verilən qərar qətidir. Bildiyiniz kimi bir müddət əvvəl Prezident İlham Əliyevin sərəncamları ilə Cəbrayıl, Laçın və Salyan rayonlarının icra başçıları vəzifələrindən azad olundular.

Adlarını sadaladığımız icra başçıları ölkə rəhbərliyinin etimadını doğruldub xalqın güzəranını dirçəltmək, sahibkarlara fəaliyyət göstərmələri üçün şərait yaratmaq əvəzinə rayonlarda sosial-iqtisadi durumu ağırlaşdırıblar. Dövlət büdcəsindən ayrılan milyonlarla manat vəsait ən müxtəlif maxinasiyalarla mənimsənilib, başçıların şəxsi biznesinə yatırılıb.

Barələrində qovluqlar toplanan başçıların iş prinsipləri demək olar ki, bir-birini təkrarlayır. Mərkəzi büdcədən rayon büdcələrinə ayrılan vəsait mənimsənilir, əvəzində sahibkarlardan xərac toplanılması, şəxsi maraqların təmin olunmasına yönəlik addımlar atılır. Bu əməllər rayonlarda elə belə də ağır olan sosial-iqtisadi durumu dözülməz həddə qədər ağırlaşdırır.Belə rayonlardan biri,bəlkə də ən irəlidə gedəni Goranboydur.Buna səbəbkar isə Goranboyun icra başçısının rayonda yaratdığı dözülməz mühitdir. Bu səbəbdən işdən çıxarılıacaq icra başçıları sırasında növbənin Goranboyun icra başçısı Nizaməddin Quliyevə çatması göstərilir.

Mənbə bildirir ki,icra başçılarının “təmizlənməsi” prosesi yenidən başladılıb və yaxın zamanlarda yerlərdəki “balaca padşah”lar tutduqları vəzifələrdən çıxarılması prosesi məhz Goranboyun icra başçısından başlanılanacaq.Məhz bu səbəbdən aqibəti haqda məlumatlı olan Goranboy icra başçısı Nizaməddin Quliyev təşvişə düşüb və var-dövlətini səfərbər etməyə ,malik olduğu çoxmilyonlu əmlaklarını pula çevirmək prosesini intensivləşdirib.Vəzifədən kənarlaşdırılacağını bilən icra başçısı vaxtını itirmək istəmir.bolgexeber.comскачать dle 10.6фильмы бесплатно

Rəy yazın:
ANALOQ TV