12,9 milyon dollara satılan rəsm əsəri

12,9 milyon dollara satılan rəsm əsəri


Dünya şöhrətli amerikalı rəssam Georgia Okeeffenin “Corc gölünün əks olunması” (Leyk Corc Reflection) adlı əsəri Nyu-Yorkda keçirilən açıq hərracda 12,9 milyon dollara satılıb.
AZƏRTAC Anadolu agentliyinə istinadla xəbər verir ki, fırça ustası 1,5 metr 91 santimetr ölçüdə olan bu sənət əsərini 1921-1922-ci illər arasında tamamlayıb. Üfüqi vəziyyətdə təpələrin göl üzərində əks olunmasını təsvir edən sənət əsəri şaquli istiqamətdə olarkən rəssamın çəkdiyi qeyri-adi çiçəklərdən birinə çevrilir. Əsər ilk dəfə 1923-cü ildə Nyu-Yorkda rəsm qalereyasında şaquli vəziyyətdə nümayiş etdirilib.
Qeyd edək ki, XX əsr ABŞ müasir incəsənətinin əsas simalarından sayılan Georgia Okeeffenin “Boru Çiçeği/beyaz Çiçək No. 1” (Jimson Weed/white Flower No. 1) adlı rəsm əsəri 2014-cü ildə 44, 4 milyon dollar civarında satılıb.скачать dle 10.6фильмы бесплатно

Rəy Yazın



0 Valid XHTML 1.0 Transitional ILK-10