Antibiotiklərin fəsadı



Analoq.Az milli.Az- a istinadən xəbər verir ki, alimlər hesab edirlər ki, antibiotiklərin uzun zaman ərzində qəbulu yaddaşa pis təsir edir. Trend-in məlumatına görə, tədqiqatların nəticələri "Cell Reports" jurnalında dərc edilib.

Eksperimentlər zamanı alimlər 210 laboratoriya siçanına əvvəl adi su, sonra isə antibiotiklər əlavə veriblər. Nəticələrə əsasən, üzərində təcrübə aparılan heyvanların bağırsaqlarında mikroflora dəyişiklikləri ilə yanaşı, hippokamplarında da dəyişmələr baş verir. Hippokamp isə beyində yaddaş və emosiyaların əmələ gəlməsinə cavabdeh orqandır. Bu dəyişmələr nəticəsində hippokampların yeni əsəb hüceyrələri yaratmaq qabiliyyəti zəifləyir.

Alimlər iddia edirlər ki, siçanları əvvəlki vəziyyətə qaytarmaq bağırsaqlarındakı mikrofloranı bərpa etməklə yanaşı, fiziki məşqlərdən (siçanların qəfəslərinə qaçış üçün çarxlar qoyulur) sonra mümkün olub.скачать dle 10.6фильмы бесплатно


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi