Nəbi Xəzri



Bilsəm gələcəyəm dünyaya bir də...


Elə qəribədir söz də, fikir də

Bu necə duyğudur,qəlbimdə bu an?

Bilsəm gələcəyəm dünyaya bir də

İstərdim göz yumub gedim dünyadan.



Görürəm qar olur yağan yağışlar

İl qışa calanır bahar çağından.

Yumağa cevrilib dostlar, tanışlar

Dərin bir kədərin ağırlığından.



Bəlkə bir ümmandım, damlaya döndüm.

Kiməsə fərəhdir kiminsə dərdi.

Düşmən fərəhini görüb düşündüm

Axır düşmənlərə sevinc də verdim.



Dərdin özündə də yaşayır qurur

Əgər ağlasa da o için-için.

Hamıdan kənarda bir gözəl durur

Ah çəkir əlcatmaz məhəbbətiyçin.



Görürəm torpaqdan çinarlanıram

Aya, ulduzlara yol alıram mən.

Oğul şöhrətiylə vüqarlanıram

Nəvələr boyunda ucalıram mən.



Sözlər talelərə axır aramla,

Sən yenə ellərin gəz ürəyini.

Mənim sevgi dolu misralarımla

Açır sevgililər öz ürəyini.



Sahilə baxıram səhər çağında

Verirəm dənizə susmaz qəlbimi.

Xəzərin əbədi coşqunluğunda

Hər dalga ucalır abidə kimi.



Yox, necə ayrılsın söz də,f ikir də

Bu nədim dünyadan, qədim dünyadan.

Bilsəm gələcəyəm dünyaya bir də

Yenə istəmərəm gedim dünyadan...скачать dle 10.6фильмы бесплатно


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi