İtaliya Avropada Azərbaycanın ən böyük tərəfdaşıdır

İtaliya Avropada Azərbaycanın ən böyük tərəfdaşıdır
Tarix: 30-05-2016, 20:00 Oxunma Sayı: 172 dəfə oxundu. Toplam: nəfər paylaşdı.


Mayın 26-da Milli Məclisin Azərbaycan-İtaliya parlamentlərarası işçi qrupunun üzvləri İtaliya Respublikası Senatının Avropa İttifaqının siyasəti daimi komissiyasının üzvləri ilə görüşüblər. Görüşdə Azərbaycan-İtaliya əlaqələri müzakirə edilib.
İşçi qrupun rəhbəri Azər Kərimli deyib ki, ölkələrimiz arasında əlaqələr son 10 ildə dinamik inkişaf edir. Bu inkişaf həm hökumətlər, həm də parlamentlər arasında özünü qabarıq göstərir. O, Milli Məclisin Sədri Oqtay Əsədovun 2010-cu ildə İtaliyaya olan rəsmi səfərini xatırladıb. Bildirib ki, bu kimi səfərlər iki ölkə arasındakı münasibətlərin daha da dərinləşməsinə xidmət edir. Onun sözlərinə görə, parlamentlərarası dostluq qrupları bir-biri ilə sıx əlaqə saxlayır. Bunun nəticəsidir ki, İtaliya Avropada Azərbaycanın ən böyük tərəfdaşıdır.
A.Kərimli iki ölkə arasındakı əlaqələrin inkişafında Heydər Əliyev Fondunun böyük rolu olduğunu vurğulayıb. Bildirib ki, fondun təşkilatçılığı ilə bugünədək İtaliyada bir neçə layihə icra olunub. Xüsusən də mədəniyyət sahəsində xeyli uğurlu addımlar atılıb. İtaliyanın Roma, Milan və Vatikan kimi şəhərlərində Azərbaycan Mədəniyyət Günləri keçirilib.
İtaliya Senatının Avropa İttifaqının siyasəti daimi komissiyasının sədri, senator Vanino Kiti də ölkələrimiz arasında əlaqələrin yüksək səviyyədə olduğunu deyib. O qeyd edib ki, Azərbaycan son illərdə sürətlə inkişaf edən ölkələr sırasındadır. Görüşdə İtaliyanın yer aldığı TAP layihəsindən də söz açılıb. Vurğulanıb ki, bu layihənin icrasına başlanıldıqdan sonra ölkələrimiz arasındakı əlaqələr daha da möhkəmlənəcək.
* * *
İtaliyalı qonaqlar Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvləri ilə də görüşüblər. Komitənin sədr müavini Sevinc Fətəliyeva Azərbaycan ilə İtaliya arasında mövcud olan dostluq əlaqələrinin uğurla inkişaf etdiyini söyləyib. O, bu səfərin əlaqələrimizin inkişafına müsbət təsir göstərəcəyinə ümidvar olduğunu deyib. Qeyd edib ki, yüksək səviyyəli qarşılıqlı səfərlər əlaqələrimizin daha da inkişafında mühüm rol oynayır. O, hər iki ölkənin qanunverici orqanında dostluq qruplarının uğurlu fəaliyyətindən söz açıb.
S.Fətəliyeva qonaqlara ölkəmizdə gedən inkişaf prosesləri, reallaşan irimiqyaslı layihələr, həyata keçirilən demokratik islahatlar, iqtisadi, sosial sahələrdə əldə olunan nailiyyətlər, parlamentlər səviyyəsində əməkdaşlıq barədə məlumat verib.
Senator Vanino Kiti Azərbaycanda müşahidə etdiyi islahatlardan, iqtisadi inteqrasiyadan məmnunluq hissi keçirdiyini bildirib. Qeyd edib ki, Azərbaycanın bu cür dinamik inkişafı çox təqdirəlayiqdir və beynəlxalq aləmdə yüksək qiymətləndirilir. Qonaq təmsil etdiyi ölkədə Azərbaycana böyük marağın olduğunu da vurğulayıb.

Elgün MƏNSİMOV,
“Azərbaycan”
azerbaijan-news.azскачать dle 10.6фильмы бесплатно

Rəy Yazın



0 Valid XHTML 1.0 Transitional ILK-10