• 02:05 – Gəncədə başlayıb Ankarada bitən bir ömrün hekayəsi – polkovnik Məmməd Ağpolad 
  • 19:01 – Bərzani və Bərzanilər (2) 
  • 16:30 – Şamaxı rayon Mərkəzi kitabxanasının əməkdaşı doğum gününü qeyd edir 
  • 14:30 – 32 ili pedaqoji xidmətlərə həsr edilmiş, şərəfli 60 il! 
  • 17:30 – Kürdəmirdə Yeni Azərbaycan Partiyasının yaranmasının 25 illik yubileyinə həsr olunmuş tədbir keçirilib 
  • 15:30 – KASKO BUTİK elektron sığorta platforması ictimaiyyətə təqdim edildi 
  • 21:30 – Millət vəkili:"Özünün 60,oğlunun 40 yaşı var" 
  • 17:00 – Quba-Qusar-Xaçmaz bölgəsinə səfər edən məktəblilər səfərlərini uğurla başa vurdular 

“Jurnalistlər o pulu tapsınlar, soxsunlar gözlərinə…” – Məhərrəm Qasımlıdan xəstə aşıqla bağlı şok açıqlamalar

  • Tarix: 01.06.2016, 22:00,
  • Bölmə: Manşet
  • Baxılıb: 5394
“Jurnalistlər o pulu tapsınlar, soxsunlar gözlərinə…” – Məhərrəm Qasımlıdan xəstə aşıqla bağlı şok açıqlamalar “Jurnalistlər o pulu tapsınlar, soxsunlar gözlərinə…” – Məhərrəm Qasımlıdan xəstə aşıqla bağlı şok açıqlamalar Aşıq Azərin səhhətinin ağırlaşması onun ailə üzvlərinin ciddi narahatlığına səbəb olub. Bir çox müalicələrə baxmayaraq aşığın vəziyyətini yüngülləşdirmək mümkün olmayıb.

Bir tək çarə Türkiyədə 100 min dollar məbləğ tələb edən əməliyyatdır ki, Azərin də buna imkanı yoxdur. Artıq xeyli müddətdir mətbuatda aşığa dəstək olmaq üçün imkanlı insanlara, sənətçilərə müraciət ünvanlanıb. Ancaq o məbləği düzəltmək mümkün olmayıb.

Yalnız bir dəfə sənət dostlarının təşəbbüsü ilə aşıq Azərə dəstək olmaq üçün xeyriyyə konserti keçirilib. Həmin konsertdən əldə olunan gəlir də aşıq Azərə çatdırılıb. Azərin dediyinə görə, həmin məbləği müalicəsinə xərcləsə də, vəziyyəti hələ də ağır olaraq qalır.
Ötən gün Aşıq Azər dövlət başçısına da mətbuat vasitəsilə müraciət edərək kömək istədi.
Bəs Aşıqlar Birliyi bu məsələdə aşıq Azərə nə dərəcədə dəstək ola bilir?


Kirpi tv “Şərq” qəzetinə istinadən xəbər verir ki, Aşıqlar Birliyinin sədri Məhərrəm Qasımlının cavabı sözün həqiqi mənasında təəssüf yaradıb.
Belə ki, Aşıqlar Birliyinin sədri funksiyasını yerinə yetirən Məhərrəm Qasımlı çox əsəbi formada aşıq Azərin xəstəliyinə reaksiya verib: “Aşıq Azərin xəstəliyindən xəbərim var. Amma Aşıqlar Birliyi nə edə bilər ki? Saytlar, mətbuat Aşıqlar Birliyi barədə yazanda gülməli rəqəmdən danışırlar. Aşıqlar Birliyinin 1 milyon büdcəsi var. O büdcədən 60 min manat Aşıq Azərə verilsin. Jurnalistlər, saytlar Aşıqlar Birliyinin büdcəsində olan o pulu tapsınlar, soxsunlar gözlərinə. Bizim o qədər pulumuz hardandı?
Qaldı Azərə yardıma, mən özüm şəxsi büdcəmdən ona yardım etmişəm. Aşıq Azərin səhhətindən Səhiyyə Nazirliyinin də xəbəri var. Onlar gücləri çatanı yəqin ki, ediblər. Aşıq Azərin böyük istedadı olduğunu da qəbul edirəm, bunu heç kim dana bilməz. Ürəyim də ona yanır. Amma bu məsələnin həllində mənim səlahiyyətim yoxdu. Mən Azərlə də danışmışam, demişəm ki, “sən birdəfəlik mətbuata bir məlumat ver ki, mən sənə kömək etmişəm”, mənim yaxamdan əl çəksinlər. De ki, bir də mətbuat məni narahat etməsin! Mənim artıq səbrim qalmayıb ki, jurnalistlərin suallarına cavab verim. O xəstədi, Allah canına dəyməsin, mən nə edə bilərəm?”.
Məhərrəm Qasımlı “Aşıqlar Birliyinin, bir çox aşıqların, sənətkarların adından ölkə başçısına bəlkə müraciət ünvanlayasız” ” sualına isə belə cavab verib:
“Mən kiməm ki, Azərin xəstəliyinə görə müraciət edim. Hər şeyin bir qaydası, qanunu var. Hər insana görə Prezidentə müraciət etmək olmaz. Bu, qanuna ziddi. Axı mən niyə Azərə görə Prezidentə müraciət edim ki? Azər istedadlı aşıqdı. Amma indiki halda o statusa sahib deyil ki, onun üçün Prezidentə müraciət edim. Azər Xanlaroğlu nə Alim Qasımov deyil, nə də Ədalət Nəsibov deyil ki, ona görə müraciət ünvanlayaq. Onun sənət titulları imkan vermir ki, Prezidentə məktub ünvanlayaq ki, Azərə kömək olsun. O, Ədalət Nəsibov olsaydı, Aşıqlar Birliyi müraciət ünvanlaya bilərdi, bu məsələni rəsmi qurumların qarşısında qaldıra bilərdi. İndi hansı qanunla bunu edə bilərəm ki? Onun səhhəti ilə millət vəkili Qənirə Paşayeva da maraqlanıb, lazımi yerlərə məlumat verib. Qənirə xanımın ona kömək etməyə gücü çatmırsa, mən nə edə bilərəm? Aşıqlar Birliyi statusu olan sənətkara görə Prezidentə müraciət edə bilər. Mənim buna haqqım yoxdu axı”.скачать dle 10.6фильмы бесплатно

Rəy yazın:
ANALOQ TV