Ziya Məmmədov Cavid Qurbanova qarşı savaş açdı

Ziya Məmmədov Cavid Qurbanova qarşı savaş açdı
Tarix: 1-06-2016, 23:00 Oxunma Sayı: 410 dəfə oxundu. Toplam: nəfər paylaşdı.


Aprel ayının sonuncu günü Baku Crystal Hall-da “Azərbaycan Dəmir yolları” Qapalı Səhmdar Cəmiyyəti sədrinin müavini Əlirza Süleymanov iki övladından birinə toy məclisi düzənləmiş, dostlarını bir yerə toplayaraq şad gününün sevincini onlarla paylaşırdı. Heç şübhəsiz ki, 2016-cı ilin aprel ayının son günü Əlirza Süleymanovun həyatında ən xoş günlərdən biri idi. Ancaq məclisdə iştirak edənlərin bəziləri Əlirza Süleymanovun sifətində gizli bir kədər hiss edirdilər. Övladinin ən xoşbəxt günündə Əlirza Süleymanovun sifətindəki gizli kədərin səbəbinə keçmədən, ötən əsrin 70-ci illərin sonu, 80-ci illərin əvvəllərinə qayıdaraq bir məlumatı oxucularımızla bölüşmək istərdik. Ötən əsrin 70-ci illərinin sonu, 80-ci illərin əvvələrində Moskva Dəmir Yolu Nəqliyyatı Mühəndisləri İnstitutunda üç azərbaycanlı gənc, Arif Nəriman oğlu Əsgərov, Musa Sədi oğlu Pənahov və Əlirza Məmməd oğlu Süleymanov təhsil alırdı. Moskvanın soyuq mühiti Azərbaycanın müxtəlif əyalətlərindən olan bu üç gənci yaxın dosta çevirmişdi. Əlirza Seleymanov yaşça həm Musa Pənahovdan, həm də Arif Əsgərovdan böyük idi. Buna görə onun tələbə dostlar arasında xüsusi yeri vardı. Soyuq və uzun Moskva qış gecələrində tələbə dostlar gələcəklə bağlı xəyallarını bölüşərdilər. İllər keçəcək onların bu xəyallarının bir hissəsi gerçək olacaq. Onların hər üçü ixtisaslarına uyğun olaraq Azərbaycan Dəmir Yolları İdarəsində rəhbər şəxslər olacaqlar. Arif Əsgərov hətta 2004-2009–cu illərdə Azərbaycan Dövlət Dəmir Yolunun rəisi, 2009-2015-ci illərdə isə «Azərbaycan Dəmir Yolları» Qapalı Səhmdar Cəmiyyətinin sədri vəzifələrinə qədər yüksəlməyə başaracaq. O, Azərbaycan Respublikası Prezidentinin 9 fevral 2015-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Nəqliyyat nazirinin müavini təyin edilmişdir. Musa Pənahov isə 1993-2004-cü illərdə Azərbaycan Dəmir Yolu İdarəsinin iqtisadi məsələlər üzrə rəis müavini vəzifəsində çalışdıqdan sonra 2004-cı ildə yeni yaradılan Nəqliyyat Nazirlyinə nazir müavini vəzifəsinə təyin edilir və bu günə kimi bu vəzifədə çalışır. Əlirza Süleymanov isə 1997-ci ildə Azərbaycan Dəmir Yolu rəisinin müavini vəzifəsinə təyin olunur və Arif Əsgərovun rəhbərliyi dövründə vəzifəsini qoruyub saxlayır. Məlumatlı şəxsin sözlərinə görə, Moskvadakı tələbəlik həyatı bu üç şəxsi bir-birinə o qədər bağlayıb ki, birlikdə çalışdıqları illərdə müxtəlif ziddiyətlər onların münasibətlərinə kölgə sala bilməyib. Ancaq nəqliyyat naziri Ziya Məmmədovla “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanov arasında soyuq sular axmağa başladıqdan sonra onların özləri istəmədən belə seçim qarşısında qalıblar. Belə ki, onlar ya tələbəlik illərinin dostlarını, ya da birbaşa tabe olduqları şəxsi seçməli idilər. Məhz belə bir seçim qarşısında qalan Musa Pənahov və Arif Əsgərov aprelin 30-da Əlirza Selymanovun övladının toy mərasimində iştirak edə bilməyiblər. “Azərbaycan Dəmir Yolları” QSC-nin dəhlizlərində gəzən söz-söhbətə görə Əlirza Süleymanovun övladının toy mərasiminə Musa Pənahova Arif Əsgərovun iştirakını nəqliyyat naziri Ziya Məmmədov qadağan edib. Həmin söz-söhbətə görə, bu vəziyyət Musa Pənahova çox pis təsir edib və səhhətinin pozulmasına səbəb olub. Əlbəttə, təxminən 40 illik dostluq etdikləri, ən əsası da ömürlərinin ən gözəl çağlarını, tələbəlik illərini bir yerdə keçirdikləri gənclik dostunun övladının toyunda rəhbərliyin mövqeyinə görə iştirak edə bilməmək çox pis haldır. Dostlrının sədaqətli insan kimi tanıdıqları Musa Pənahova bu olayın pis təsir etməsi isə əlbəttə təbii haldır.
Nəqliyyat naziri Ziya Məmmədovla “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov arasında münasibətlərin getdikcə gərginləşməsi, nüfuz savaşına çevrilməsinin təsiri Musa Pənahovla Arif Əsgərovun Əlirza Süleymanovun övladının toyunda iştirakına mane olmaqla yekunlaşmır. Bu iki şəxs arasında açıq savaşa çevrilən münasibətlər həm də “Azərbaycan Dəmir Yolları” QSC-nin işinə mənfi təsir edir. Xüsusilə də prezident İlham Əliyevin sahibkarlığa mane olan hallara qarşı kəskin mübarizə elan etdiyi, dövlətin qeyri-neft məhsullarının ixracını stimullaşdırmaq məqsədilə bir sıra ciddi tədbirlər keçirdiyi bir zamanda dəmir yolunun fəaliyyəti çox mühüm əhəmiyyət kəsb edir. Ancaq hal-hazırda dəmir yolu ilə yük daşımalarda yaranmış vəziyyət onu deməyə imkan verir ki, vəziyyət heç də ürək açan, dövlət başçısının “Azərbaycan Dəmir Yolları” QSC-i qarşısında qoyduğu vəzifələrə uyğun deyil. Belə ki, indi kənd təsərrüfatı məhsullarının ixracatında önəmli zaman kəsiyidir. Ancaq işadamları, fermerlər kənd təsərrüfatı məhsullarını ixrac etmək üçün vaxtlı-vaxtında, tələb olunan keyfiyyətdə yük vaqonları tapa bilmirlər. “Azərbaycan Dəmir Yolları” QSC-dəki mənbənin sözlərinə görə, Səhmdar Cəmiyyətin iş adamlarını müfaviq yük vaqonları ilə təmin etmək üçün bütün imkanları olsa da, qurumun bəzi vəzifəli şəxsləri bu prosesi pozmaqla məşğuldurlar. Məlumatlı şəxsin sözlərinə görə, hal-hazırda QSC-də Cavid Qurbanovun fəaliyyətinin sabotaj olunması prosesi gedir. Bəzi qüvvələr vaqonlarla bağlı süni qıtlıq yaradaraq bir tərəfdən Cavid Qurbanov haqqında vəzifəsinin öhdəsindən gələ bilməyən şəxs obrazı yaradır, digər tərəfdən də vaqonlara görə rüşvət almaqla özlərinə böyük var-dövlət toplamaqla məşğuldurlar. Mənbə iddia edir ki, bu prosesdə ən böyük məsuliyyət Yük Daşımaları Departamentinin üzərinə düşür. Yük Daşımalrı Departamentində isə ancaq Əşrəf Məmmədəliyevin “qayda-qanun”ları işləyir.

Əşrəf Məmmədəliyev sayağı demokratiya

Ötən sayımızda “Azərbaycan Dəmir Yolları” QSC-nin Yük Daşımaları Departamentinin rəisi Əşrəf Məmməliyevin hakim partiyanın sıralarına 2012-ci ildə daxil olduğunu yazmışdıq. Bu yazıdan sonra Ə.Məmmədəliyevlə yaratdığımız telefon əlaqəsi zamanı Departament rəisi demokratik ölkədə yaşadığımızı, buna görə 2012-ci ildən əvvəl YAP-a daxil olmamağında heç bir problem görmədiyini söylədi. Əlbəttə, demokratik prinsip və dəyələr Azərbaycanın əsas qanunda, Konstitusiyasında öz əksini tapıb. Konstitusiyanın vətəndaşlara, o cümlədən də Əşrəf Məmmədəliyevə verdiyi hüquqları heç kim şübhə altına ala bilməz. Ancaq hörmətli Ə.Məmmıdəliyev unudur ki, ölkədə dəmir yolu ilə bütün hərəkət, həmçinin dövlət başçısının xidməti vaqonu da məhz onun başçılıq etdiyi department tərəfindən idarə olunur. Digər tərəfdən YAP-a üzvülük önəmli məsələ deyildisə, Ə.Məmmədəliyevin 2012-ci ildə bu partiyaya daxil olmağa hansı zərurətdən irəli gəlib. Əşrəf Məmmədəliyevin başçıqlı etdiyi Departamentdə baş verənlər isə belə deməyə mkan verir ki, demokratiya anlayışı ona özünə lazım olanda yada düşür. Ancaq tabeliyindəki işçilər əmək haqqları ilə bağlı QSC-nin sədrinə mürciət edəndə, Ə.Məmmədəliyev onların Konstitusiaon hüquqlarını belə tanımaq istəmir. Qeyd edək ki, Konstitusiyanın 57-ci maddəsinə görə, Azərbaycan Respublikası vətəndaşlarının dövlət orqanlarına şəxsən müraciət etmək, habelə fərdi və kollektiv yazılı müraciətlər göndərmək hüququ vardır. Hər bir müraciətə qanunla müəyyən edilmiş qaydada və müddətlərdə yazılı cavab verilməlidir.Bu maddənin ikinci hissəsində isə deyilir ki, Azərbaycan Respublikası vətəndaşlarının dövlət orqanlarının və onların vəzifəli şəxslərinin, siyasi partiyaların, həmkarlar ittifaqlarının və digər ictimai birliklərin, habelə ayrı-ayrı vətəndaşların fəaliyyətini və ya işini tənqid etmək hüququ vardır. Tənqidə görə təqib qadağandır. Təhqir və böhtan tənqid sayıla bilməz.
YAP-a 2012-ci ildə daxil olmasını demokratiyanın verdiyi üstünlüklərlə qapamağa çalışan Ə.Məmmədəliyev tabeçiliyində çalışanları QSC-nin rəhbərinə müraciət etdiklərinə görə təqib edir. Qeyd edək ki, Ə.Məmmədəliyevin rəisi olduğu Yük Daşımaları Departamentinin on nəfər dispeçiri əməkhaqqları ilə bağlı QSC-nin sədri cavid Qurbanova müraciət ediblər. Əslində, müraciət edənlərin sayı daha çox olmalı imiş. Ancaq Ə.Məmmədəliyevin adamları bu müraciətdən xəbər tutan kimi dərhal onun qarşısını alıb, bütün dispeçerlərin imzalama prosesində iştirakını əngəlləyiblər. Bundan sonra isə müraciətdə imzaları olan şəxsləri qəbul edən Ə.Məmmədəliyevin müavini Pənah Kərimov onlara hədə-qorxu gəlir ki, Departament rəhbərliyinin xəbəri olmadan niyə QSC-nin sədrinə şikayət ediblər? Bu da Ə.Məmmədəliyevin demokratiya anlayışı?
Qeyd edək ki, Yük Daşımaları Departamentinin dispetçilərinin əmək haqqları həqiqətən çox aşağıdır. Dispeçerlər təxminən 220-250 manat əmək haqqı alırlar. Manatın iki dəfə devalvasiyaya məruz qalmasından sonra bu 220-250 manatın alıcılıq qabiliyyəti ən azı 40 faiz azalıb. Belə bir vəziyyətdə onların şikayət etməsi təbii deyilmi? Lakin Ə.Məmmədəliyev və onun müavinə görə dispeçerlərin belə bir hüququ yoxdur. Baxmayaraq ki, Konstitusiyamız onlara belə bir hüquq verir və kimsənin bu hüququ onlardan almasını qadağan edir. Ancaq “demokrat” Ə.Məmmədəliyevin öz “qayda-qanun”ları var…

"Yeni Sözçü" qəzetiскачать dle 10.6фильмы бесплатно

Rəy Yazın



0 Valid XHTML 1.0 Transitional ILK-10