• 12:30 – Gövhər Baxşəliyeva:"Ermənilər hamıya, o cümlədən bizə təlqin edə biliblər ki,tarixən oralarda kürdlər yaşayıb” 
  • 20:30 – Rafiq Abbasov Naxçıvan Muxtar Respublikasının daxili işlər naziri vəzifəsinə təyin olunub 
  • 17:00 – Amerikadan İrəvana Ququşun konsertinə gəlmək istəyən azərbaycanlı Samirə kimdir? 
  • 15:41 – Başqa kişiylə yataqda tutulan qadını əri döyərək ölümcül vəziyyətə salıb 
  • 13:18 – Yazıçı kanal rəhbərinə məktub yazdı 
  • 22:46 – NAZNAZIN YANÇAĞI 
  • 22:10 – Yetim Qacar:"Tanıtmaq üçün tanımaq lazımdır,tanımaq üçünsə tanıtmaq" 
  • 18:26 – "ADSIZ QADIN’ TAMAŞASI HAQQINDA 

Magistrlərə və doktorantlara hərbi xidmətdən möhlət hüququ veriləcək

  • Tarix: 03.06.2016, 15:00,
  • Bölmə: Manşet / Ölkə
  • Baxılıb: 5277
Magistrlərə və doktorantlara hərbi xidmətdən möhlət hüququ veriləcək Magistrlərə və doktorantlara hərbi xidmətdən möhlət hüququ veriləcək Ölkə başçısı cənab İlham Əliyevin təşəbbüsü ilə Milli Məclisə yeni qanun layihəsi daxil olub. Təhsildə fasiləsizliyi təmin etmək və ixtisaslı kadrların hazırlanmasına nail olmaq məqsədilə "Hərbi xdimət və hərbi vəzifə haqqında" Qanuna dəyişiklik təklif olunur. Qüvvədə olan qanunvericilik aktının 21.1.4-cü maddəsində təkcə bakalavr təhsili alanlara deyil, eləcə də bundan sonra magistr və doktorantlara hərbi xidmətdən möhlət verilməsi nəzərdə tutulur.

Milli.Az xəbər verir ki, bu barədə Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Zahid Oruc bildirib.



Onun sözlərinə görə, Azərbaycanda elmi və təhsilin fundamental problemlərindən biri olan bu məsələnin həllini tapması cənab prezidentin yeni təhlükəsizlik siyasətinin tərkib hissəsidir: "Ordu peşəkarlardan ibarət olmaqla bərabər, alimlər də elm səngərində döyüşməyə hazılanmalıdırlar. Hər il daha çox qocalan elm adamlarımızın orta yaşı 55-dən yuxarı idi. 30 yaşlı gənc alim tapmaq Sokratın məlum axtarışlarına bənzəyirdi. Orta məktəblərimizdə tədrisi aparan müəllim korpusunun 90 faizi xanımlardan ibarətdir. Magistr pillləsində də eyni tendensiya gedirdi və elmin ağır yükü qadınlarımızın zərif çiyinləri üzərinə qalmışdı. Nəhayət, dövlət rəhbəri tərəfindən özünün əhəmiyyətinə görə misilsiz olan belə bir addım atıldı. Milli Məclis gələn həftə layihəyə baxacaq və plenar iclasa çıxararaq qəbul edəcək. Ümidvarıq ki, qanunun yeni variantından artıq bu ildən yararlanmaq mümkün olacaq və müvafiq səfərbərlik idarəsi qüvvəyə minəcək yeni müddəaları rəhbər tutacaq".

İlkin İzzətскачать dle 10.6фильмы бесплатно

Rəy yazın:
ANALOQ TV