AÇ-2016: Türkiyə İspaniyaya qarşı



Bu gün Avropa çempionatının qrup mərhələsinin ikinci turu çərçivəsində daha 3 oyun keçiriləcək.

Analoq.Az apasport.az-a istinadən xəbər verir ki, iki matç D qrupunda, bir qarşılaşma isə E qrupunda baş tutacaq.

İlk olaraq meydana İtaliya və İsveç milliləri çıxacaqlar. Ötən oyunda Belçikaya qalib gələrək səviyyəsini ortaya qoyan Antonio Kontenin yetirmələri İsveç qarşısında da 3 xal qazanaraq qrupdan çıxmaq işini son turdan əvvəl həll etmək niyyətindədirlər. İbrahimoviç və dostları isə İrlandiya ilə görüşdə itirdikləri 2 xalı kompensasiya etmək üçün bu matçdan maksimum yararlanmaq istəyirlər.

D qrupunda oynanılacaq Çexiya - Xorvatiya qarşılaşmasını da qrupdakı vəziyyəti müəyyənləşdirmək baxımından prinsipial hesab etmək olar. Türkiyə qarşısında qələbə qazanaraq turnirə uğurlu start verən xorvatlar İspaniya məğlubiyyətindən sonra bu oyuna son şans kimi baxan çexləri əliboş yola salmaq üçün çalışacaqlar.

Türkiyə millisi isə İspaniya ilə "ölüm-qalım savaşı"na çıxacaq. Fatih Terimin yetirmələri Xorvatiyadan sonra daha bir yenilgi ilə növbəti tur xəyallarını suya sala bilərlər. Qarşısındakı rəqib dünyanın ən yaxşı komandalarından biri olsa da, "ay-ulduzlu armada" qalib gəlməyə borcludur. İspaniya yığması isə ardıcıl ikinci matçını da qələbə ilə başa vuraraq 1/8 finalı erkəndən təmin etmək istəyir.



Avropa çempionatı
Qrup mərhələsi
II tur
17 iyun

E qrupu
17:00. İtaliya - İsveç

Baş hakim: Viktor Kaşşai
Yan xətt hakimləri: Qyorgi Rinq, Vensel Tot
Əlavə köməkçi hakimlər: Tamaş Bonyar, Adam Farkaş (hamısı Macarıstan)
Dördüncü hakim: Klemen Turpin (Fransa)
Ehtiyat yan xətt hakimi: Nikola Danos (Fransa)
Hakim-inspektor: Devid Elleri (İngiltərə)
UEFA nümayəndəsi: Aleş Zavrl (Sloveniya)
Tuluza. Şəhər stadionu

1.

İtaliya

1

1

0

0

2-0

3

2.

İrlandiya

1

0

1

0

1-1

1

3.

İsveç

1

0

1

0

1-1

1

4.

Belçika

1

0

0

1

0-2

0

D qrupu

20:00. Çexiya - Xorvatiya

Baş hakim: Mark Klattenburq

Yan xətt hakimləri: Simon Bek, Cek Kollin

Əlavə köməkçi hakimlər: Entoni Teylor, Andre Marriner (hamısı İngiltərə)

Dördüncü hakim: Tasos Sidiropulos (Yunanıstan)

Ehtiyat yan xətt hakimi: Damianos Eftimiadis (Yunanıstan)

Hakim-inspektor: Vlado Sayn (Sloveniya)

UEFA nümayəndəsi: Nodar Axalkatsi (Gürcüstan)

Sent-Etyen. "Joffrua Qişar" stadionu

23:00. İspaniya - Türkiyə

Baş hakim: Milorad Maziç

Yan xətt hakimləri: Milovan Ristiç, Dalibor Corcyeviç

Əlavə köməkçi hakimlər: Danilo Qrujiç, Nenad Cokiç (hamısı Serbiya)

Dördüncü hakim: Aleksey Kulbakov (Belarus)

Ehtiyat yan xətt hakimi: Vitali Malutsin (Belarus)

Hakim-inspektor: Nikolay Levnikov (Rusiya)

UEFA nümayəndəsi: Byorn Vassallo (Malta)

Nitsa. Şəhər stadionu

1.

Xorvatiya

1

1

0

0

1-0

3

2.

İspaniya

1

1

0

0

1-0

3

3.

Çexiya

1

0

0

1

0-1

0

4.

Türkiyə

1

0

0

1

0-1

0
скачать dle 10.6фильмы бесплатно


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi
#

JeaIndege

написал 0
The Least Expensive Cialis German Cialis order cialis online Buy Retin A Online Keflex Canine