• 12:30 – Gövhər Baxşəliyeva:"Ermənilər hamıya, o cümlədən bizə təlqin edə biliblər ki,tarixən oralarda kürdlər yaşayıb” 
  • 20:30 – Rafiq Abbasov Naxçıvan Muxtar Respublikasının daxili işlər naziri vəzifəsinə təyin olunub 
  • 17:00 – Amerikadan İrəvana Ququşun konsertinə gəlmək istəyən azərbaycanlı Samirə kimdir? 
  • 15:41 – Başqa kişiylə yataqda tutulan qadını əri döyərək ölümcül vəziyyətə salıb 
  • 13:18 – Yazıçı kanal rəhbərinə məktub yazdı 
  • 22:46 – NAZNAZIN YANÇAĞI 
  • 22:10 – Yetim Qacar:"Tanıtmaq üçün tanımaq lazımdır,tanımaq üçünsə tanıtmaq" 
  • 18:26 – "ADSIZ QADIN’ TAMAŞASI HAQQINDA 

Azərbaycan BMT-də növbəti dəfə söz sahibi olacaq

Azərbaycan BMT-də növbəti dəfə söz sahibi olacaq Azərbaycan BMT-də növbəti dəfə söz sahibi olacaq Ölkəmizdə əhalinin sosial müdafiəsi sahəsində həyata keçirdiyi uğurlu islahatlar beynəlxalq təşkilatlar tərəfindən həmişə yüksək qiymətləndirilir. Həmin qurumlar hesabatlarında Azərbaycanda sürətli iqtisadi inkişafla bərabər, əhalinin sosial müdafiəsinin də yüksək səviyyədə təmin edilməsini bildirirlər. Azərbaycanın BMT-nin İqtisadi və Sosial Şurası (ECOSOC) kimi mötəbər quruma üzv seçilməsi də ölkəmizə olan inamın növbəti təzahürüdür.
Qeyd edək ki, BMT-nin bu qurumu 14 ixtisaslaşmış təşkilatın, onların funksional komissiyalarının və 5 regional komissiyanın iqtisadi və sosial sahələrdə işini əlaqələndirir. Bu quruma seçkilər BMT-nin Təhlükəsizlik Şurasından sonra ən rəqabətli seçkilər hesab olunur. ECOSOC-un 54 üzvü var. Şura üzvlərinə seçkilər BMT-nin Baş Assambleyasında regional qruplar üzrə 3 il müddətinə gizli səsvermə ilə seçilir. Hər il bu quruma 18 yeni üzv qəbul edilir. Seçilmək üçün üzv dövlətlərin ən azı üçdə ikisinin, yəni 129 dövlətin səsi tələb olunur.
Beləliklə, Azərbaycan 2017-ci il yanvarın 1-dən 2019-cu il dekabrın 31-dək ECOSOC-un üzvü olacaq. Ölkəmiz şuraya üzvlüyü zamanı BMT-nin Nizamnaməsinin məqsəd və prinsiplərinə uyğun olaraq beynəlxalq sülh və inkişafa öz töhfəsini verəcək. Bu isə Azərbaycanın BMT kimi təşkilatda növbəti dəfə söz sahibi olması deməkdir.
Bu isə təsadüfi deyil. Prezident İlham Əliyev əhalinin sosial müdafiəsinə yönələn humanist siyasət həyata keçirir, ölkə vətəndaşlarının sosial müdafiəsini gücləndirmək məqsədilə hər il fərman və sərəncamlar imzalayır. Onların icrası sayəsində vətəndaşların maaşlarında, pensiya və digər müavinətlərində əhəmiyyətli dərəcədə artımlar olur. Dövlət başçısının neçə il öncə səsləndirdiyi “Azərbaycanda heç kim yoxsulluq şəraitində yaşamamalıdır, yoxsul insan olmamalıdır” bəyanatı praktiki olaraq yerinə yetirilmişdir.
Azərbaycanda vətəndaşların sosial müdafiəsini yaxşılaşdırmaq üçün qanunvericilik bazası da təkmilləşdirilir. 2006-cı ildən etibarən ölkəmizdə yeni, beynəlxalq təcrübədə özünü doğrultmuş üçpilləli struktura (baza, sığorta və yığım hissəsindən ibarətdir) əsaslanan əmək pensiyaları sistemi fəaliyyətdədir. Ötən dövrün nəticələrini təhlil etdikdə bu sistemin səmərəliliyi aydın olur. Bu sistemin fəaliyyəti dövründə əmək pensiyalarının istər minimal məbləği (baza hissəsi), istərsə də orta aylıq məbləği əhəmiyyətli şəkildə artıb. Eyni zamanda, məcburi dövlət sosial sığortasında fərdi uçot sistemi yaradılıb və bunun nəticəsində vətəndaşların pensiya təminatı fərdi uçotun məlumatları əsasında həyata keçirilir. Bu isə pensiya təminatında sığorta prinsipinə keçid, başqa sözlə, pensiya təminatında sosial ədalətin yerinə yetirilməsi deməkdir. Yəni, kim özünün gələcək sosial təminatını yaxşılaşdırmaq istəyirsə, fərdi hesabına daha çox vəsait ödəsin.
Yeri gəlmişkən qeyd edək ki, cari ilin aprelin 1-i vəziyyətinə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu sistemində 1303,3 min nəfər pensiyaçı qeydiyyatda olub ki, bu da ölkə əhalisinin 13 faizini təşkil edir. Onların 60 faizi yaşa, 28,8 faizi əlilliyə, 11,2 faizi ailə başçısını itirməyə görə pensiya alır. Təyin edilən aylıq pensiyaların orta məbləği ötən ilin müvafiq dövrü ilə müqayisədə 8,8 faiz artaraq 189,8 manat olub ki, bu da orta aylıq əməkhaqqının 39,1 faizinə bərabərdir. Pensiyaların məbləğinin artmasına səbəb Prezident İlham Əliyevin sərəncamı ilə cari ilin fevral ayının 1-dən yaşa görə əmək pensiyasının baza hissəsinin məbləğinin 10 faiz artmasıdır. Bununla yanaşı, dövlət başçısı ikinci devalvasiyadan sonra əhalinin sosial müdafiəsini təmin etmək üçün müxtəlif kateqoriyalardan olan pensiya və müavinətlərin də məbləğini 10 faiz artırıb. Bunun sayəsində əhaliyə devalvasiyadan sonra dəyə biləcək maddi ziyanın qarşısı xeyli alınıb.
Prezident İlham Əliyev regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafına dair Dövlət Proqramının icrasının ikinci ilinin yekunlarına həsr olunmuş konfransda əhalinin sosial müdafiəsinin dövlət üçün əhəmiyyətini qeyd edərək demişdir: “Bu ilin planları ilə bağlı ilk növbədə demək istəyirəm ki, bütün sosial proqramlar tam icra ediləcək. Bildiyiniz kimi, maaşlar, pensiyalar və sosial müavinətlər qaldırıldı. Sosial müdafiə bizim siyasətimizin əsas istiqamətlərindən biridir. Azərbaycan bazar iqtisadiyyatına sadiqdir. Bazar iqtisadiyyatı Azərbaycanda uğurla inkişaf edir. Ancaq islahatları apararkən biz hər zaman sosial məsələləri yadda saxlamalıyıq. Unutmamalıyıq ki, biz xalq üçün çalışırıq. Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Onun problemlərini biz həll etməliyik. Ona görə bizim bütün səylərimiz, o cümlədən iqtisadi inkişaf bu məqsədə qulluq etməlidir. Ona görə Azərbaycanda güclü sosial siyasət aparılır, aparılacaq və imkan daxilində bütün sosial proqramlar daha da geniş şəkildə icra ediləcək”.
Əhalinin sosial müdafiəsinin ən etibarlı formalarından biri də vətəndaşların işlə təmin olunmasıdır. Bu istiqamətdə dövlətin göstərdiyi səylər məlumdur. Təkcə 2004-2015-ci illərdə ölkədə 71 mindən çox müəssisə fəaliyyətə başlayıb ki, bunun da nəticəsində 1,5 milyon nəfər işləmək imkanı qazanıb. Bu gün onların hər biri normal əməkhaqqı alır.
Dövlət Statistika Komitəsinin məlumatına görə, cari il mayın 1-i vəziyyətinə ölkə üzrə iqtisadi fəal əhalinin sayı 4937,8 min nəfərdir ki, onlardan da 4693,1 min nəfəri iqtisadi əmək fəaliyyəti ilə məşğuldur. Bu il aprelin 1-i vəziyyətinə görə isə, muzdla işləyənlərin sayı 1500 min, o cümlədən iqtisadiyyatın dövlət sektorunda 890,6 min, qeyri-dövlət sektorunda 609,4 min nəfərdir. İqtisadiyyatın neft sektorunda 34,4 min, qeyri-neft sektorunda 1465,6 min nəfər işləyir. Müəssisə və təşkilatlarda muzdla çalışanların 21,5 faizi məhsul istehsalı, o cümlədən 6,3 faizi tikintidə, 6 faizi emal sənayesində, 3 faizi kənd və meşə təsərrüfatları, eləcə də balıqçılıq sahələrində, 2,3 faizi mədənçıxarma sənayesində çalışır. Xidmət sahələrində işləyənlərin isə 22,6 faizi təhsil, 19 faizi ticarət, nəqliyyat vasitələrinin təmiri, 8,9 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 7,1 faizi dövlət idarəetməsi və müdafiə, sosial təminat sahələrinin payına düşür.
Cari ilin may ayının 1-i vəziyyətinə, məşğulluq xidməti orqanları tərəfindən ölkə üzrə rəsmi işsiz statusu verilən şəxslərin sayı 33,8 min nəfərdir. Onların 37,6 faizi qadınlardır. İşsizliyə görə müavinətin orta məbləği isə 249,2 manatdır.
Dövlət Statistika Komitəsinin verdiyi məlumata görə, bu ilin yanvar-mart aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı ötən ilin müvafiq dövrünə nisbətən 8 faiz artaraq 485,5 manat təşkil edib. Əməkhaqqı neft sektorunda 2800,9, qeyri-neft sektorunda 429,8 manat olub. Hesabat dövründə dövlət müəssisələrində çalışanların əməkhaqları 364,1, özəl müəssisələrdə işləyənlərin əməkhaqları isə 663,2 manata çatıb.
Ümumiyyətlə, ölkənin iqtisadi inkişafı, əhalinin işlə təminatı onun gəlirlərinin artmasını stimullaşdıran başlıca amillərdəndir. Son dövrlərdə ölkədə həyata keçirilən uğurlu iqtisadi siyasət, sahibkarlığın inkişafı çalışan əhalinin gəlirlərinin artmasına da müsbət təsir göstərir. Bunun nəticəsidir ki, cari ilin yanvar-aprel aylarında ölkə əhalisinin ümumilikdə gəlirləri ötən ilin eyni dövrü ilə müqayisədə nominal ifadədə 9 faiz artaraq 13789,5 milyon manata çatıb. Hər nəfərə düşən gəlirlər isə orta hesabla 1436,1 manat və ya ayda 359 manat təşkil edib.
Rüstəm KAMAL,
“Azərbaycan”
azerbaijan-news.azскачать dle 10.6фильмы бесплатно

Rəy yazın:
ANALOQ TV