Smartfonsuz yaşamaq olmur



Almaniya alimləri qeyri-adi eksperiment vasitəsilə müasir insanın telefonsuz nə qədər davam gətirəcəyini aydınlaşdırmaq qərarına gəliblər.Nəticə gözlənilməz olub. Eksperiment iştirakçılarını gender tipi üzrə ayıraraq, 10 dəqiqə müddətinə boş otaqlarda yerləşdiriblər. Onlara gözləmək tapşırığı verilib. Könüllülər əmin idilər ki, təqribən 3 dəqiqə ərzində telefonsuz keçinə bilərlər. Amma artıq eksperimentin orta hesabla 40-cı saniyəsində iştirakçıların hamısı smartfonlarını çıxarıblar. Kişi iştirakçılar təqribən 21-ci saniyədə, qadın iştirakçılar isə 57-ci saniyədə telefonlarına əl atmağa başlayıblar.
Buradan belə nəticə çıxır ki, qadınlar kişilərə nisbətən daha səbirlidirlər. Alimlər müəyyən ediblər ki, otaqlarda gözləmə rejimində olan iştirakçılar vaxtlarının yarısını telefonlarına həsr ediblər.скачать dle 10.6фильмы бесплатно


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi