• 14:30 – 32 ili pedaqoji xidmətlərə həsr edilmiş, şərəfli 60 il! 
  • 15:30 – KASKO BUTİK elektron sığorta platforması ictimaiyyətə təqdim edildi 
  • 21:30 – Millət vəkili:"Özünün 60,oğlunun 40 yaşı var" 
  • 17:00 – Quba-Qusar-Xaçmaz bölgəsinə səfər edən məktəblilər səfərlərini uğurla başa vurdular 
  • 15:30 – Bu zəhrimar Koroğlunu görməzdik... 
  • 14:00 – Mərakeş Krallığının Azərbaycan Resublikasinda fövqəladə və səlahiyyəti Səfiri Naxçıvan Muxtar Respublikası daimi nümayəndəliyinin rəhbəri Bəxtiyar Əsgərovla görüşüb. 
  • 23:59 – Serj Sarkisyan Putinlə görüşdə nədən danışacaq 
  • 17:30 – Azərbaycan Respublikası kənd təsərrüfatı nazirinin müavini Seyfəddin Talıbov İsrail Dövlətinin Azərbaycan Respublika- sındakı Fövqəladə və Səlahiyyətli səfiri Dan Stav ilə görüşüb. 

Kəndin içində fahişəxana

Kəndin içində fahişəxana Kəndin içində fahişəxana Abşeron rayonu, Masazır kəndinin ərazisində yerləşən “Laza” otelinin priton kimi fəaliyyət göstərməsinə dair redaksiyamıza daxil olmuş məlumatda bildirilir ki, kənd sakinlərinin kəskin etirazlarına baxmayaraq, bu günə qədər nə obyektin sahibləri bu rüsvayçılığı dayandırmaq niyyətlərini ortaya qoymayıblar, nə də rayonun hüquq-mühafizə orqanları tərəfindən bu istiqamətdə heç bir addım atılmayıb.

Qeyd edək ki, “Laza” oteli adlandırılan bu priton bilavasitə Masazır kəndinin içərisində, yaşayış evlərinin əhatəsində yerləşir. Təbii ki, bu vəziyyət kənd sakinlərini son dərəcə narahat edir. Lakin təəssüflər olsun ki, dəfələrlə müxtəlif instansiyalara olunan şikayətlərdən hələ də heç bir nəticə çıxmır. Bu əxlaqsızlıq yuvası fəaliyyətini durmadan genişləndirdikcə, ətraf evlərdə yaşayan sakinlərin də narahatlıq hissləri artır. Lakin “Laza” otelinin müdiri olan və yaxud da bu obyekti icarə əsasında işlədən Süleyman adlı şəxs qonşularının ittihamlarını tam etnasızlıqla qarşılayır. Nəzərinizə catdırırəq ki, “Laza” otelinin də, məşhur “Laza” xalça sexinin də sahibi eyni bir şəxs, Dağlar Səfərovdur.

Elə obyektlərini anadan olduğu Qəbələ rayonunun Laza kəndinin adı ilə adlandırmaq da onun öz ideyasıdır. Bir müddət əvvəl Dağlar Səfərovun əməkdaşımızla baş tutmuş telefon söhbəti zamanı dedikləri isə, bu şəxsin özünün cəzasızlığına tam əmin olduğunu bir daha büruzə vermişdi. Belə ki, otel sahibi irəli sürülən ittihamları təkzib etməyə cəhd belə göstərmədən, birbaşa əməkdaşımızı təhdid etməyə, bundan bir nəticə çıxmadıqda isə, yazılanlara etinasızlıq nümayiş etdirməyə üstünlük vermişdi. Artıq dəfələrlə qeyd etdiyimiz kimi, həm ictimaiyyətin və həm də müvafiq dövlət qurumlarının bütün səylərinə baxmayaraq, cəmiyyətimiz hələ də gizli pritonların fəaliyyəti ilə bağlı problemin effektiv həlli yollarını tapmaqda çətinlik çəkir.

Əslində müxtəlif iaşə obyektləri, sağlamlıq və istirahət kompleksləri, əyləncə mərkəzləri adı altında pərdələnən bu obyektlərin fəaliyyəti hamının və hər kəsin gözü qarşısında baş verir. Hətta hüquq-mühafizə orqanlarının xüsusilə əxlaqsızlıq yuvalarının aşkar edilməsi, fəaliyyətlərinin dayandırılması və bu işi təşkil edənlərin cəzalandırılması istiqamətində həyata keçirdikləri qəti tədbirlər belə bu qorxunc ictimai bəlanın qarşısını tam ala bilmir. Ölkənin müxtəlif yerlərində təşkil olunan əxlaqsızlıq yuvaları öz çirkin işlərini min bir üsulla pərdələməyə hələ də nail ola bilirlər. Masazır kəndi ərazisində fəaliyyət göstərən “Laza” otelinin ətrafında cərəyan edən proseslər də bunu bir daha təsdiq edir.
Mənbələr bildirirlər ki, “Laza” otelinin sahibləri hətta öz obyektlərinə yeni müştərilər cəlb etmək məqsədilə son vaxtlar ətrafda yaşayan gənclər arasında “reklam” kampaniyaları aparmaqdan belə çəkinmirlər. Bu məqsədlərlə isə, yaxınlıqda yerləşən kafe və çayxanalarda, gənclərin asudə vaxtlarını keçirdikləri məkanlarda məxsusi olaraq göndərilmiş şəxslər tərəfindən “Laza” otelinin təbliği gedir. Aydındır ki, bu gün istənilən inzibati ərazi vahidinin hüdudları daxilində hər hansı qeyri-qanuni fəaliyyət növü ilə məşğul olmaq və eyni zamanda bu fəaliyyəti həmin ərazinin hüquq-mühafizə orqanlarından gizlin saxlaya bilmək prinsip etibarı ilə mümkün deyil. Əgər belə bir “obyekt” davamlı fəaliyyət göstərirsə deməli, istənilən halda əraziyə nəzarət edən hər hansı polis orqanının bu işdən xəbəri var və çox güman ki, bu fəaliyyət üçün həmin orqanın rəhbərliyindən qeyri-rəsmi icazə də alınıb. Məhz bu səbəbdən də kənd sakinləri bu problemin həllində yerli hüquq-mühafizə orqanlarına artıq güvənmədiklərindən, kütləvi informasiya vasitlərinin köməyilə məsələni Daxili İşlər Nazirliyinin rəhbərliyinin və müvafiq struktur bölmələrinin diqqətinə çatdırmağa çalışırlar.criminal.azскачать dle 10.6фильмы бесплатно

Rəy yazın:
ANALOQ TV