Mərhəm Coğazlı



Bax Allah

Qələm qaşlarının üstünə düşən
Gözlərə naz edən telə bax Allah
Bu qədər şirinlik,məlahət olmaz
Dilə bax,dilə bax,dilə bax Allah.

Durna boğazıtək billur buxağa
Pətəktək bal dadan qönçə dodağa
Laləyə bənzəyən alma yanağa
Sinəsində bəyaz tülə bax Allah.

Bir baxışla Coğazlını qandıran
Kədərini,qüssəsini dandıran
Günəş olub,çöhrəsində yandıran
Şəhla gözlü bu gözələ bax Allah.

23.04.2016

Bəlkə ölmüşəm,heç xəbərin yoxdu

Gözəlim,sən çıxıb gedəndən bəri
O gündən qəlbimdə kədərim çoxdu
Soruş bir tanışdan məni ötəri
Bəlkə ölmüşəm,heç xəbərin yoxdu.

Sənsən tək həyatda mənim nisgilim
Çəkməkdən adını,quruyub dilim
Halımdan bixəbər olan sevgilim
Bəlkə ölmüşəm,heç xəbərin yoxdu.

Mərhəməm,olmuşam sənsiz birtəhər
Qəlbimi bürüyüb qüssə,qəm,qəhər
Nə olar gül üzlüm,qayıt bu səhər
Bəlkə ölmüşəm,heç xəbərin yoxdu.


Ana!

Elə bir möcüzə edəydi Allah
Yenidən mən uşaq olaydım ana
Dil açıb,ilk dəfə ana deyəydim
Ağrını,acını alaydım ana.

Bir kəlmə deməzdim sözünün üstə
Əlimi ataydım gözünün üstə
Başımı qoyaydım dizinin üstə
Sübhəcən xeyala dalaydım ana.

Yanımda mən səni tapanmayanda
İyləyib,ətrini duyanmayanda
Mərhəməm,laylansız yatanmayanda
Ağlayıb,qışqırıq salaydım ana.скачать dle 10.6фильмы бесплатно


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi
#

JeaIndege

написал 0
Spirulina generic cialis Amoxicillin Rss Feed Cialis Efectos Secundarios Mujeres Ou Acheter Du Cialis Pas Cher