• 15:05 – Minnətdarlıq 
  • 18:00 – 700 ədəd çətənə kolu aşkar edilərək məhv edilib 
  • 16:30 – Qadın həyat yoldaşını bıçaqladı-Hadisə 
  • 15:00 – Neft ucuzlaşacaqmı?-Araşdırma 
  • 14:00 – Bakıda qeyri-adi oğurluq hadisəsi oldu 
  • 13:00 – Yeni televiziya kanalının yaradılması təklif olunub 
  • 12:00 – Prezident İlham Əliyev:"Qeyri-neft iqtisadiyyatımız altı ayda 1,7 faiz artıb" 
  • 11:00 – İçməli suyun verilməsi bu gün məhdudlaşdırılacaq 

Ruslan Dost Əli:"Anam olmasaydı çörək yeməzdim"

Ruslan Dost Əli:"Anam olmasaydı çörək yeməzdim" Ruslan Dost Əli:"Anam olmasaydı çörək yeməzdim" MƏNİM ŞEİRLƏRİM QARABAĞLIDIR

Daha sözlərimdə ləzzət gəzməyin,
daha sözlərimin tamı da yoxdu.
İndi dadlı yemək hər evdə bişmir,
indi dadlı söz də hamıda yoxdu...

Nə gəzir gül ətri, çiçək qoxusu,
özün bil, istərsən oxuma daha...
Sözdən dəstə tutur baxma çoxusu,
bir ləçək də girmir yuxuma daha.

Sözləri nəzərə, gözə tez gəlir,
Qəlb döyüntüsünü duyan kəslərin...
Sizin ağlınıza təzə söz gəlir,
mənim qulağıma güllə səsləri...

O...“iyirmi faiz” nə boydadırsa,
Bu xalqın o boyda davası çatmır..!
Biz dağa qaçırıq hava almağa,
Şuşada dağların havası çatmır..!

Əli çənəsində qalan şairə
yurdunun tənəsi, gileyi gəlsin..!
Torpağı işğalda olan şairin
gərək sözlərindən qan iyi gəlsin!..

İndi təbim belə xoşuma gəlməz,
indi misralarım belə, zəlildi...
Mənim şeirlərim yeriyə bilməz,
hamısı “ikinci qrup əlil”di...

Tək adam adamla yaşıd olmurmuş,
eyni yaşdakılar gör nə qədərdi;
Ay mən yaşdakılar, bir dövrdənik,
bizimlə yaşıtdı Xocalı dərdi...

Daralan ürəyin darvazasına
hələ də əl boyda qara bağlıdı...
Oxucum, bilmirəm, sən haralısan,
mənim şeirlərim Qarabağlıdı!..

**************

Bu pulun olmayan vaxtı,
derəm, noola, bircə dəfə
yeyib-içəsən, deyələr
hesabı şeirnən ödə...

Ömrün-günün qara vaxtı,
şeiri bir bəyaz boya san...
Bircə səhər üzün gülə:
məktəbə gedən oğlunun
cibinə şeir qoyasan...

Yazmağa həvəsin ola,
nəyəsə yaraya şeir...
Bir ovuc küldən ötəri
özünü yandırmayasan,
basasan yaraya şeir...

Qəm eləmə, qoca şair,
hərf-hərf oxuduğun
alnınsa... yaxşı olacaq..!
Fikrimi satışa qoymuşam,
alınsa yaxşı olacaq...

**************

Hava qaralmamış qaralan bulud,
yaxşı hiss eləyir su yoxluğunu;
Görür ki, dünyanın ürəyi yanır,
istəyir yatırsın susuzluğunu...

Bəlkə yaşam verir, bəlkə can verir,
hər damcı torpağın bir giləsinə...
Buludlar ağaca bənzəməsə də,
damcılar bənzəyir nar dənəsinə...

Fikir ver, torpağın rəngi dəyişir,
göylərdən tökülən sirr... nə gözəldi!..
Sakitcə yağışın səsini dinlə,
Allahın bəstəsi... gör, nə gözəldi!..

Yolüstü kimisə qonaq aparır,
kiminsə könlünü sevindirməyə...
Yağır, analara yardım eləyir,
dəcəl uşaqları geyindirməyə...

Bu yağan yağışa otaqdan az bax,
Dur, aç pəncərəni, duy yağışları...
Qoyma, tökülsünlər ayağın altda,
öpüb gözün üstə qoy yağışları…

**************

Yenə başda durar yapdığı çörək,
bütün yeməklərin tamı yığışsa...
Ana var, dünyada hamı var demək,
bir ana düzəlməz hamı yığışsa...

Onu qapı-baca necə sıxmasın,
mənə dar gəlirsə bu boyda ölkə...
Deyirəm, başımdan böyük çıxmasın,
böyümək ən böyük xatamdı bəlkə...

Adicə suyu da elə hər zaman,
anamın əlindən alıb içərdim.
Əlim kəsilsəydi, nə dəva-dərman? –
anam bircə dəfə öpsə, keçərdi...

İndi öpmək nədi, heç əlləri də,
sinəmin ağrıyan yerinə çatmaz...
Gecələr gözünə yuxu zor gedər,
gündüzlər əlləri bir işə yatmaz...

Günorta məktəbdən evə gələndə,
anam olmasaydı çörək yeməzdim.
Çörək olmayanda utandığından,
üzümə baxmazdı, heç nə deməzdi...

Qəbul eləməyib yoxu, yoxları,
üzümü nə zaman bozartmamışam.
İstəyim mümkünsüz olan vaxtları
uzun saçlarını az dartmamışam...

İndi nə vermərəm, öpüb gözündən,
o yorğun saçları hörməkdən ötrü..?
Gözümü çəkmirəm göyün üzündən,
bircə yol üzünü görməkdən ötrü...

Nə gərək od çatıb, kabab çəkməyə,
səsini eşitsəm həmən doyuram.
Çayı da qoymazdı özüm tökməyə,
indi paltarı da özüm yuyuram...

Orda bilərmişsən bircə sən yəni,
burda bişirdiyim yeməyin dadın...
İnan, böyümərəm, bir də sən məni
təzədən dünyaya gətirsən, qadın!..

Önündə diz çöküb, əyilmək gərək,
istəyim ruhuma qoy calaq olsun...
Ana qarışısında əyilmək, gərək,
oğulçün ən böyük ucalıq olsun..!

Yenə başda durar yapdığı çörək,
bütün yeməklərin tamı yığışsa...
Anam var, mənimçün hamı var demək,
bir ana eyləməz hamı yığışsa...

**************

Hər şeyi başqa cür düşündük əvvəl,
yaş ötdü, hər şeyin tərsini gördük.
On bir il bir məktəb bitirdik, amma
yaşadıq, həyatın dərsini gördük...

Kiçikkən yüz işə meyil salanlar,
indi ölüm-zülüm bir işə girib...
Körpəykən divlərdən qorxub yatanlar,
indi divlər ilə döyüşə girib..!

Hər yerdə bir ocaq, od çatan oğlan,
vaxt gəldi, bir anlıq sönmək istədi...
Uşaqkən quşlara daş atan oğlan,
böyüdükcə quşa dönmək istədi...

Sularda balığı xoşbəxt görənlər,
bilirəm, fikriniz dəryada qalıb...
Məftildən düzəldib “maşın” sürənlər,
indi görürəm ki, piyada qalıb...

Çərpələng uçurram hərdən havaya,
nə dərd görübdürsə yerdə, qayıtmır...
Gizlənqaç oynu da dəyişib artıq,
qaçan elə qaçır, bir də qayıtmır...

Dünyanı gözəl tək görən gözəllər,
gəlib bu dünyanın çirkinə düşüb.
Gəlinciyin“ərə verən” gözəllər,
indi gəlin olmaq fikrinə düşüb...

Hər yerdə bir ocaq, od çatan oğlan,
vaxt gəldi, bir anlıq sönmək istədi.
Uşaqkən quşlara daş atan oğlan,
böyüdükcə quşa dönmək istədi ...

**************

Bu gecə, bu gecə tamam başqadı,
düşmür, belə gecə heç ələ düşmür.
Xoşbəxtlik düşəndə insan payına,
bir belə karıxmır, bir belə düşmür...
Milyonda bir olur belə gəcədən,
siz elə bilməyin dəli olmuşam,
Allah özü keçib bizim küçədən...

Bu gecə heç kimə hökm oxunmayır,
hər kəs özü kəsir öz cəzasını...
Ya yuxusuz qalır, ya susuz qalır,
şair belə çəkir söz cəzasını...
Oğrular özləri kəsir əlini...
Bütün dünya susub sanki, elə bil
dinləyir Şopenin əsərlərini...

Bəlkə də ruhları göydə gəzənlər
bir anlıq ayılır, yuxuya dönür...
Buludlar çoxdandı su səpmirdilər,
çoxdandı toz basmış qəbirlər üstə.
Ürək sac üstəki yuxaya dönür,
bu yağış söndürür qəzəb tonqalın,
damcılar düşdükcə səbirlər üstə...

Sularda nazlanan, sularda çimən,
Ay da bu gecənin bir yaraşığı...
Bu gecə necə də gözəldir, Allah.
bu anın şəklini nə şux çəkmisən...
Bu sıx ağacların aralarından
elə süzülür ki, Ayın işığı,
elə bil meşəyə işıq çəkmisən...

Təpədən-dırnağa bu gecəki var,
vallah mənim üçün göydən düşmədi.
Bu gecə, nədənsə göyün üzündə,
xal kimi görürəm mən ulduzları...
Gözəllər yadıma bu gün düşmədi,
təkcə xatırladım xallı qızları...

Bu gecə sehrinə təzə başlayıb,
bilmirəm axırı necə olacaq.
Zaman bu gecəni hasarlamasın,
bu gecə, bu gecə elə gecədi,
mənki istəmirəm bumbuz su kimi,
içim, birnəfəsə başa çəkilsin.
Ta mənim sevgilim gecə olacaq,
ta maraqlı deyil uzun saçlılar,
təki yuxularım ərşə çəkilsin...

Bu gecə, bu gecə tamam başqadı,
düşmür, belə gecə heç ələ düşmür.
Xoşbəxtlik düşəndə insan payına,
bir belə karıxmır, bir belə düşmür...
Milyonda bir olur belə gecədən,
siz elə bilməyin dəli olmuşam,
Allah özü keçib bizim küçədən...

**************

Hamı maşınlardan aşağı düşsün,
piyada gedənlər çətirlənməsin;
Qoy bu gün hamıdan qar ətri gəlsin,
bu gün xanımlar da ətirlənməsin...

Yağır, elə yağır, adam lap deyir,
heç vaxt silinməyən bir izdi sanki...
Damlar bir-birinə yaman bənzəyir,
bütün ağaclar da əkizdi sanki...

İndi yuvalardan gələn cik-ciklər,
Quşların ən böyük qayğılarıdı...
Bizə bəxş etdiyi bu dənəciklər,
Tanrının ən gözəl duyğulardı.

Bu torpaq da duyur qulaqlarıyla,
nə boyda sevinc var saniylərdə...
Sanki uşaqdılar, uşaqlarıyla
qartopu oynayan ailələr də...

Analar gözləyər, ax... bu uşaqlar,
nə zaman yorulub gələcək bəri;
Sonra da pürrəngi bir çay dəmləyər,
düzər soba üstə yaş əlcəkləri...

Bir sual yaranır hər dəfə məndə,
bu qar uşaqların görən nəyidi?
Məni sevindirən bu qarlı gündə,
ən çox uşaqların sevinməyidi...

Küçə lampaları yanmasın barı,
bu qar küçələrə yaraşıq... yanır.
Bu gecə undun işıqforları,
bu gecə hamıya ağ işıq yanır...

Birdə görərsiniz çəkilib gedir,
daha göylər qədər uzaqdı bizə...
Üç-dörd yaşındakı körpə nə bilir,
bu qar üç-dörd günlük qonaqdı bizə...

Heyrətlə baxıram bu yağan qara,
ta donub qalmışam yolu yarıda...
Kaş bu qar özü ilə birgə apara,
anamın saçına yağmış qarı da...

Onu Tanrı çəkir bu yer üzünə,
bu qar ən təbii, ən saf boyadı...
Şair ürəyinə, şair sözünə,
onun yağmağı da poeziyadı...скачать dle 10.6фильмы бесплатно

Rəy yazın:
ANALOQ TV