Tahir Talıblı:"Məhəmməddən Quran qalar,halal gedər, haram qalar"



DƏRD

Ayrılıq elə dərd deyil
Ayrılıq ağrıdı, gülüm.
Ayrılıq can almasa da
Ayrılıq ağrıdır, gülüm.

Çeşid-çeşid dərdlər varsa
Gəlib də qəsdinə dursa
Sən allahın altında dur
Allahın üstündə dursun.

İçimdə dərdlər ağrıyır,
Gözümdə dərdlər səyriyir
Məni sizdən nə ayırır
Çəkdiyim dərdlər ayırır.

***********

Ömründə ən uca yer
Ölümə yıxıldığın yerdi.
Ən çox özünə bənzəyən
Ən çox sıxıldığın yerdi.

İçin-içində qurduğun
Yorub-yortub yorulduğun
Son ümidi də qırdığın
Yanıb-yaxıldığın yerdi.

Öz-özünə darıldığın
Axıb-axıb durulduğun
Bəlkə bir gün var olduğun
Bir gün yox olduğun yerdi.

***********

Hər şeyi unutmaq olar
Uca tanrının adına
Aldanıb qalmaq da olar
Bir ölümün umuduna.

Dünya kimdi əndirdiyin
Kimdi köntöy dindirdiyin
Kimdi yenə mindirdiyin
Bir dəlisov cin atına?

Sular dəyə-dəyə gedir
Daşı döyə-döyə gedir
Adam gizlənməyə gedir,
Bəlkə də torpaq altına.

***********
Tahir Talıblı:"Məhəmməddən Quran qalar,halal gedər, haram qalar"

Bədən ki, var, qan gölüdü
Ağrıdan, ofdan ayrılsa
Duman dağların gülüdü
Çəkilən ahdan ayrılsa.

Nədi yüz yol cannan əziz
Nə sağ, nə sol cannan əziz
Lap sən də ol cannan əziz
Can nədi, ruhdan ayrılsa.

Haqq üzünə varan qalar
Məhəmməddən Quran qalar
Halal gedər, haram qalar
İçimiz vəhdən ayrılsa.


***********

Uzaqda yurd qoxusu var.
Neçə bələn, dağ ayırır.
Təzə qürbət qorxusu var
Gözlərim qürbət səyriyir.

Yanır, yanır…
İçim qürbət havasına
Yenə içimə çəkilləm,
Çıxıb göyümə çəkilləm
Yenə məni qınasalar.

Qat-qat qürbətlər görünür,
Durub göz-gözə qalalı
Nə var ağrıdan anarı,
Nə var dərddərddən balalı.

Gəldi bu da son, çatdı
Qürbət çıxmadı içimnən
Keçdi karvannar da getdi
Tək mənmi qaldım köçümnən.


Tahir Talıblı:"Məhəmməddən Quran qalar,halal gedər, haram qalar"


***********

Marığa yata-yata gəlib
Adam sata-sata gəlib
Yannan tuta-tuta gəlib
Yannarın yançaq adamı.

Heç bilməzsən nə karədi
Aladı, buladı, kərədi
Özünnən də yekə heyvərədi
Su yerin sucaq adamı.

Hər yerdə «hörmət» saxlayıb
Erməniynən «ülfət» saxlayıb
Baş kəsib arvad saxlayıb
Xalqın bu «qoçaq» adamı.

Pis toxumdu, gəlib düşüb
Artıb, mərələyib, şişib
Hündür yerlərdə əyləşib
Dünyanın alçaq adamı.


***********


Canımızdan şirə çəkir
Əcəl dartıb gora çəkir
Bu yol bizi hara çəkir
Şah olub onda bilərsən.

Gedə-gedə heçə çıxır
Özəşikdi öcə çıxır.
Can boğazdan necə çıxır
Ah olub onda bilərsən.

Tək çəkilən, dərdə nə var,
Ta qalmağa yerdə nə var.
Bilməzsən göylərdə nə var
Ruh olub onda bilərsən.


Tahir Talıblı:"Məhəmməddən Quran qalar,halal gedər, haram qalar"скачать dle 10.6фильмы бесплатно


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi