• 18:26 – "ADSIZ QADIN’ TAMAŞASI HAQQINDA 
  • 14:00 – Od qoyub gedibsən bu məhəbbətə... 
  • 12:00 – Bakıda tapança gəzdirən kimdir? 
  • 23:32 – Televiziyalarda mətbəx verilişləri həddən artıq çoxdur 
  • 22:41 – Övlad arasında fərq olmaz 
  • 16:50 – Aşıq Ulduz qonşularını məhkəməyə verib 
  • 23:17 – Vanqanın verdiyi proqnozlar nə qədər düzdür? 
  • 18:00 – Savalan Talıblı:"Azad Bayramov harada üçbucaq görür onu dərhal masonluqla bağlayır" 

Banklar müştərilərinə 25 milyon verdi

Banklar müştərilərinə 25 milyon verdi Banklar müştərilərinə 25 milyon verdi Əmanətlərin Sığortalanması Fondu (ADIF) tərəfindən “Dekabank” ASC, “Kredobank” ASC, “Parabank” ASC və “Zaminbank” ASC-nin qorunan əmanətçilərinə 25,3 milyon manatdan çox kompensasiya ödənilib.

Fonddan XəzərXəbər-ə daxil olan məlumatda qeyd olunur ki, avqustun 8-də “Parabank” ASC-nin qorunan əmanətçilərinə 10,6 milyon manat, “Zaminbank” ASC-nin qorunan əmanətçilərinə 10,5 milyon manat, “Kredobank” ASC-nin qorunan əmanətçilərinə 2,7 milyon manat və “Dekabank” ASC-nin qorunan əmanətçilərinə isə 1,5 milyon manatdan artıq kompensasiya ödənilmişdir. Ümumilikdə 4 bank üzrə 25,3 milyon manatdan artıq kompensasiya ödənilib.
Banklar müştərilərinə 25 milyon verdi
25 iyul 2016-cı il tarixdə sığorta hadisəsi baş vermiş “Dekabank” ASC, “Kredobank” ASC və “Zaminbank” ASC-nin qorunan əmanətçiləri kompensasiyaların ödənilməsi üçün müvafiq olaraq “Dekabank” ASC, “Kredobank” ASC və “Zaminbank” ASC-nin baş ofisinə, “Parabank” ASC-nin qorunan əmanətçiləri isə müqavilə bağladıqları filiala müraciət edərək öz əmanətlərini geri ala bilərlər.

Kompensasiya almaq üçün ərizə formalarını qorunan əmanətçilər 1 avqust 2016-cı il tarixindən etibarən sığorta hadisəsi baş vermiş “Dekabank” ASC, “Kredobank” ASC, “Parabank” ASC və “Zaminbank” ASC-nin filiallarından, Əmanətlərin Sığortalanması Fondunun Bakı şəhəri, Bül-Bül prospekti 40 ünvanında yerləşən ofisindən və Fondun rəsmi internet səhifəsi olan www.adif.az saytından əldə edə bilərlər.

Fond məlumat üçün bildirir ki, 01 mart 2016-cı il tarixdə qüvvəyə minən “Əmanətlərin tam sığortalanması haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsinə əsasən Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurası tərəfindən əmanətlər üzrə müəyyən edilmiş və 2 mart 2016-cı il tarixdən qorunan əmanətlər üçün qüvvəyə minmiş maksimal illik faiz dərəcəsi- milli valyuta üzrə 12%, xarici valyuta üzrə 3 % həddində olan Fondun iştirakçı banklardakı bütün qorunan əmanətlər məbləğindən asılı olmayaraq 3 (üç) il müddətində tam sığortalanır.скачать dle 10.6фильмы бесплатно

Rəy yazın:
ANALOQ TV