Qəşəm Nəcəfzadə vəsiyyət elədi



Oğlanlarım, mən sizin yerinizə olsaydım atamı çox sevərdim
Adına şeir yazardım hətta.
Alnı nədi, heç qoymazdım şəkilləri qırışlana


Yadıma salardım
O mənim beşiyimi tavana necə mismarlamışdı,
Mən də onun baxışlarını könlümə elə yazardım.
Sizə iki şeir yazdım, oğlanlarım
Birini uşaqlığınıza,
Bunu da böyüklüyünüzə...
Birin qucağıma alanda
Birini qucağımdan düşürəndə...

Mən dəqiq bilirəm,
Bütün ataları övladları öldürür
Bunu bilirsinizmi, siznənəm, eyy
Hə, siznən
Onnan
Sənnən...

Bütün ayrılıqlar qəflətən və özü də səbəbsiz olur.
Ağlınıza gəlirmi ki, bir gün atanızın ayaqqqabılarını
Qapıda görməyəcəksiniz?
Ən birinci qapıdan ayaqqabılar yığışdırılır,
Adamı yaman yandırır ayaqqabı yeri...

Dəfn mərasimi qədər həyatda qəddar heç nə yoxdur...
Sizin yerinizə olsaydım bunu həmişə yadımda saxlardım.

Yuxudan tez durardım ki, atamı çox görüm
Başdaşı üçün şəkillərinə baxmazdım...
Öləndən sonra şeirlərini oxumazdım

Mən sizin yerinizə olsaydım atam haqqında xatirə danişmazdım....скачать dle 10.6фильмы бесплатно


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi
#

JeaIndege

написал 0
Generic Cialis No Prescription Cialis Canada Generic viagra Amoxicillin Before Food Comprar Cialis Generico Espana