Rusiya kanalı Kəlbəcərdən reportaj hazırladı

Rusiya kanalı Kəlbəcərdən reportaj hazırladı


BBC-nin Rusiya bürosu Azərbaycanın işğal olunmuş Kəlbəcər rayonunun Vəng kəndindən fotoreportaj hazırlayıb. Analoq.az-ın məlumatına görə erməni jurnalist Mark Qriqoryanın hazırladığı reportajda deyilir ki, Vəng kəndi maraqlı ərazidə yerləşir. Kənd de- fakto tanınmamış Qarabağ respublikasının tərkibində, de- yuri isə Azərbaycan respublikasının Kəlbəcər rayonuna məxsusdur. Kənd sakinləri isə özlərini Ermənistan respublikasının vətandaşları sayırlar.

Reportajda qeyd olunur ki, hazırda Vəng kəndində 27 ailə yaşayır. Onlar təsərrüfatla məşğul olurlar.

Qeyd edək ki, Kəlbəcər rayonunun Vəng kəndi ərazisində, Tərtərçayın sol sahilində yerləşən Xudavəng, ya da Dədəvəng kompleksi Azərbaycanın xristian memarlığının ən iri və ən gözəl abidələrindən biridir.

Əfsanəyə görə Qafqazda ilk xristian missioneri olmuş apostol Faddey-Dədə bu kompleksdə dəfn olunmuşdur. Ona görə Xudavəng kompleksinin təməlinin IV əsrdə qoyulduğu ehtimal olunur.
Kompleksdə əsas inşaat işləri XIII əsrdə Alban knyazı Vaxtanqın zamanında aparılmışdır. Monastır kompleksinin tərkibində indi iyirmidən çox tikili və tikili qalıqları vardır.

Kompleksin baş kilsəsini 1214-cü ildə knyaz Vaxtanqın arvadı Arzu xatun tikdirmişdir. Uca günbəzi və əzəmətli həcmi ilə bütün kompleksin dominantı olan Arzu xatun məbədi Qafqaz Albaniyasının xristian memarlığının şah əsərlərindəndir. Ehtimal edilir ki, kilsənin interyerindəki freskaları Arzu xatun və onun qızları işləmişlər.

Kilsənin qərb və şimal baştağları daş üzərində incə oyma naxışlarla bəzədilib. Kompleksin əsas dini hissəsi plan və kompozisiyası ilə fərqlənən bir-birinə bitişik 7 həcmdən ibarətdir.
Kompleksin əsas binası Böyük Həsən kilsəsidir. Dini binalardan cənubda isə, yamacda mülki tikililər, eləcə də saray, yaşayış və təsərrüfat binaları yerləşir. Kompleksə daxil olan binalar çoxəsrlik inşaat mədəniyyətini, orta əsr Azərbaycan xristian memarlığının müxtəlif tiplərini dolğun nümayiş etdirir.

Xudavəng monastır kompleksində çoxlu inşaat kitabələri və yazılar qalmışdır. Onlarda göstərilən bir sıra adlar: Arzu xatun, Tursun, Seyti, Hasan, Avaq, Şəms, Altun, Ağbux, Qaragöz və s. bu abidəni ucaldanların etnik mənsubiyyətinin — türklüyünün dəqiq göstəricilərindən biri sayılmalıdır. Bu abidənin çoxsaylı oyma daş bəzəklərində Azərbaycanın müsəlman memarlığı ilə birbaşa bağlılıq da aydın hiss olunur.

Hazırda erməni işğalı altında olan alban Xudavəng monastır kompleksini erməni tədqiqatçıları erməni abidəsi kimi təqdim etməyə çalışırlar.скачать dle 10.6фильмы бесплатно

Rəy Yazın



0 Valid XHTML 1.0 Transitional ILK-10