• 12:30 – Gövhər Baxşəliyeva:"Ermənilər hamıya, o cümlədən bizə təlqin edə biliblər ki,tarixən oralarda kürdlər yaşayıb” 
  • 20:30 – Rafiq Abbasov Naxçıvan Muxtar Respublikasının daxili işlər naziri vəzifəsinə təyin olunub 
  • 17:00 – Amerikadan İrəvana Ququşun konsertinə gəlmək istəyən azərbaycanlı Samirə kimdir? 
  • 15:41 – Başqa kişiylə yataqda tutulan qadını əri döyərək ölümcül vəziyyətə salıb 
  • 13:18 – Yazıçı kanal rəhbərinə məktub yazdı 
  • 22:46 – NAZNAZIN YANÇAĞI 
  • 22:10 – Yetim Qacar:"Tanıtmaq üçün tanımaq lazımdır,tanımaq üçünsə tanıtmaq" 
  • 18:26 – "ADSIZ QADIN’ TAMAŞASI HAQQINDA 

Bakıda 5 nəfərə bir bilet satılır

Bakıda  5 nəfərə  bir bilet satılır Bakıda  5 nəfərə  bir bilet satılır Bakı Beynəlxalq Avtovağzal Kompleksindən həftənin 1, 3 və 5-ci günləri Bakı-Batumi avtobus reysi fəaliyyətə başlayıb. Adambaşına açıqlanan bilet qiymətləri cazibəli göründüyündən biz də ailə üzvlərilə birgə Batumiyə yollanmaq qərarına gəldik.

Xatırladım ki, Dövlət Avtomobil Nəqliyyatı Xidməti (DANX) tərəfindən elan olunan qiymətlərə görə, gediş 5 yaşına qədər uşaqlara pulsuz, 5 yaşından 10 yaşına qədər uşaqlara isə 50 faiz endirimlədir. İlk baxışda cəzbedicidir: Wi-fi sistemi, sanitar qovşaqla təchiz olunmuş ikimərtəbəli, komfortlu avtobus... Yolboyu pulsuz çay, kofe... Bir sərnişinin mənzil başına çatması üçün lazım olan hər şey. Yaxşı olardı, amma hamısı yerinə yetirilsəydi...


"Ağıllı kassir"

İlk problem bilet almaq üçün yaxınlaşdığımız 5 nömrəli kassada yaşandı. Kassada əyləşmiş iki xanım uzun çək-çevirdən sonra gediş üçün bilet olub-olmadığına baxdı. Sərnişin sıxlığı yarandığı üçün əlavə reys açıldığını bildirdilər. Razılaşdıq. Əmin olmaq üçün xanımdan avtobusun ikimərtəbəli olub-olmadığını xəbər aldım. Xanım "əlbəttə” deyərək, bilmədiyimiz üçün sanki bizi qınaq atəşinə tutdu. Kassadan biletin 35 manat deyil, 35 manat 50 qəpik olduğu da bildirildi. 50 qəpik elə də böyük məbləğ deyil düşüncəsilə hərəkət etmədim. Axı hər gün informasiyanın içində olan biri kimi niyə aldanmalıyam?

Kassir xanım bir nəfər üçün əlavə 50 qəpiyi biletin əvvəldən satışına görə rəhbərlik tərəfindən müəyyən olunduğu üçün alındığını dedi. Biletin üzərində isə əlavə satış üçün 20 qəpik göstərilmişdi. İlk baxışda çox cüzi görünən məbləğ çoxsaylı sərnişinin bilet almasından sonra kifayət qədər böyük məbləğə çevrilirdi. Etirazımı bildirəndə isə özünü ağıllı sayan nisbətən yaşlı kassir xanım "çörəyi 50 qəpik etdilər, səsiniz çıxmadı, o boyda yola görə alınan 50 qəpiyə danışırsız?” deyərək öz aləmində məni susdurdu.
Əlqərəz vaxt yetişdi, Bakıdan Batumiyə yola düşmək üçün Beynəxalq Avtovağzala gəldik. Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin mətbuat katibi Şəfa Mehmanqızının jurnalistlərlə keçirdiyi mətbuat konfransının da iştirakçısı oldum. Hətta AZƏRTAC-a sərnişin olaraq razılıq müsahibəsi də verdim.

Yerimizi ikimərtəbəli avtobusda təzəcə hazırlamışdıq ki, başqa şəxslərin də eyni yerə biletli olduğunu öyrəndik. Sən demə bizim yerimiz 18:00 deyil, 18:10-da Bakıdan çıxacaq avtobusa imiş. Kassir xanımın dediyi kimi komfortlu, ikimərtəbəli avtobusa deyil, bildiyimiz adi birmərtəbəli avtobusa. Nə isə səsimizi çıxarmadan suyu süzülə-süzülə ikimərtəbəlidən düşüb, adi avtobusa minərək Batumiyə doğru hərəkət etdik.

5 nəfərə satılan bir bilet...

Avtobus Batumiyə səhər saat 09:00-da çatmalı olsa da 11:00-da özünü güclə avtovağzala yetirdi...

Nəhayət haqqında az qala əfsanələr dolaşan, qiymətlərinin ucuzluğundan dilə-ağıza sığışmayan söhbətləri edilən, əsrarəngiz Batumiyə çatırıq. Bura qədər olanlar "jurnal” imiş. "Kino” Batumidə çəkildi...

Avtovağzalda düşən kimi qayıdış biletimizi aldıq ki, çətinlik yaranmasın. Beləcə, Bakıda 35 manat 50 qəpiyə aldığımız bileti Batumi avtovağzalında bizə 55 manata satdılar. Burda isə gürcü kassir yarırus, yarı öz dilində avtobusun ikimərtəbəli olduğuna bizi əmin etdi. Amma gürcü kassirdən aldığımız biletin başqasına satılmadığını dəqiqləşdirməsini xahiş etdik. Məlum oldu ki, bizim 5 dəqiqə əvvəl Batumi avtovağzalında aldığımız 43, 44, 45, 46-cı yerlərin bileti Kabuletidə başqa şəxslərə də satılıb. Biletimizi dəyişməli olduq...

Amma qayıdış günü daha acınacaqlı sürpriz bizi gözləyirmiş. Avtobusa minib ikinci mərtəbəyə qalxmışdıq ki, uşaqları yerlərində oturdaq, baxdım həmin yerdə başqaları əyləşib. "Bu necə ola bilər”, deyə səslənəndə sərnişinlər təbəssümlə "sizə də 43, 44, 45, 46-ya bilet satıblar?” deyə soruşdular. Sən demə eyni yer üçün nə az, nə çox düz 5 ayrı-ayrı sərnişinə bilet satılıb. Maraqlıdır, bunun adı işini bilməməkdirmi, yoxsa bilərək pul silməkmi?
Etirazdan sonra sürücü və köməkçisi heç bir problemin olmadığını bildirərək, bizə başqa yer göstərdilər. Avtobus yola düşəndə anladıq ki, wi-fi ümumiyyətlə işləmir, yolboyu uşaqlar üçün çay istəsək də, hər dəfə "10 dəqiqəyə hazır olar” deyərək, yalnız 2 saatdan sonra polis görmüş sürücünün rəngini xatırladan çay verdilər. Sanitar qovşağın qapısı isə açılmadı. Uşağa-böyüyə, tualetə getmək istəyənə, ürəyi bulanana "növbəti dayanacağa kimi dözün saxlayacağıq” deyərək kifayətləndilər.

Bir sözlə Bakıya qayıdış əsl məşəqqət oldu. Səhər saat 10:00-da Batumidən yola düşməli olan avtobus 11:00-da hərəkət etməyə başladı.

Bakıya çatma vaxtı gecə saat 1-2 arası olacağı deyilsə də, səhər saat 06:00-dək yol gəldik... Bu gecikmənin səbəbi isə avtobus səlahiyyətliləri deyil, Gömrük Komitəsinin "Sınıq Körpü” postunda yaradılan süni sıxlıq idi (buna əvvəlki yazıda toxunmuşduq).

Beləcə, ikimərtəbəli avtobus sayəsində əsl "komfort”un nə olduğunu bir daha görməmək şərtilə gördük...

Rəsmi qurum problemlərə aydınlıq gətirir

Bakıya çatandan sonra yaşadığımız problemləri Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin səlahiyyətlilərinin diqqətinə çatdırdıq. Qurumun mətbuat xidmətindən Modern.az-a bildirdilər ki, öncədən satış üçün hətta online biletə görə də müəyyən faiz tutulur:

"Daxili reyslər üçün 20 qəpik, beynəlxalq reyslər üçün isə əlavə 50 qəpik hesablanır. Wi-fi sistemi isə Gürcüstan ərazisinə qədər işləyir. Sərhəddi keçdikdən sonra Azercell tutmur. Bu isə Azercell-in xidmətidir”.

Sanitar qovşaq məsələsinə gəlincə, qurumdan bildirdilər ki, bu xidmətdən hər dəqiqə istifadə etmək mümkün deyil:

"Avtobus təyyarə kimi deyil. Yəni hər dəqiqə açıb təmizlənməsi çətin olduğundan avtobus həmin yerdən 30 kilometr aralanmalıdır. Həmçinin bu, müəyyən dayanacaqlarda mümkündür.
Gömrükdə avtobusların saatlarla gözlədilməsi isə həmin qurumun səlahiyyətində olan məsələdir”.
Sərnişinin ikimərtəbəli avtobus əvəzinə başqa bir avtobusda yerləşdirilməsinə gəlincə, qurumdan tələbat olduğu üçün əlavə reys açıldığını əsas gətirdilər.
Gülşən RAUFQIZI
Modern.azскачать dle 10.6фильмы бесплатно

Rəy yazın:
ANALOQ TV