Ən varlı bankir nəşə hazırlayacaq - FOTO



Britaniyanın ən zəngin bankiri kimi tanınan multimilyarder Rocer Cenkins ABŞ-ın Kaliforniya ştatında ərazilər almağa başlayıb. O, həmin ərazilərdə çətənə əkmək və nəşə istehsalı ilə məşğul olmaq niyyətindədir.
Milli.Az The Sunday Times-a istinadən bildirir ki, Kaliforniya ştatında çətənə əkməyin və dövlət lisenziyası ilə nəşə istehsalının leqallaşdırılmasından yararlanmaq niyyətinə düşən Rocer Cenkins artıq investisiya fondu da yaradıb.
2011-ci ildə Bosniya qaçqını olan qlamur model Diana ilə boşanan və ona 300 milyon funt-sterlinq təzminat ödəyən milyarder bankir hazırda model sevgilisi Elle Makfersonla birlikdədir.
Britaniyanın "Barclays" bankının Yaxın Şərq regionunda investisiyalar departamentinin sabiq rəhbəri R.Cenkins Kaliforniyada çətənə əkilməsi üçün yaradılmış "Green Rush" fondunun səhmdarlarından biridir.
Noyabr ayında Kaliforniya senatı marixuanadan rekreativ məqsədlərlə istifadənin leqallaşdırılmasını nəzərdə tutan qanun layihəsini müzakirə edəcək. Ştatda nəşədən tibbi məqsədlərlə istifadə artıq qanuniləşib.
60 yaşlı Cenkins "Barclays" bankını 2009-cu ildə tərk edib. O, xüsusilə iri məbləğdə maliyyə vəsaitlərini mənimsəməkdə şübhəli bilinir.


Menbe- Milli.Azскачать dle 10.6фильмы бесплатно


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi