• 15:45 – Naxçıvan nümayəndəliyində Xocalı soyqırımının 26-cı ildönümü qeyd olunub 
  • 15:22 – Pakistan Səfiri Naxçıvanın daimi nümayəndəliyinə gəlib 
  • 22:44 – Bayramın- İladi Öməroğlundan bir poetik sovqat 
  • 19:41 – Milyonçu Cənnət Əliyev gitaraçı Musa Musayevi müğənni edib 
  • 16:58 – Dəhşətli yanğında ölən azərbaycanlıların sayı 5-ə çatıb 
  • 11:16 – Namiq Hacıheydərli “Canlı əfsanə”-sini təqdim etdi 
  • 11:16 – Namiq Hacıheydərli “Canlı əfsanə”-sini təqdim etdi 
  • 00:24 – Bir zaman ayılıb görəcəyik ki,...Təhminə Serra yazır- 

Türkiyənin Cerablus əməliyyatı İranı şoka saldı - İran mediası susmur..

Türkiyənin Cerablus əməliyyatı İranı şoka saldı - İran mediası susmur.. Türkiyənin Cerablus əməliyyatı İranı şoka saldı - İran mediası susmur.. İran hakimiyyəti Türkiyənin Suriyada İŞİD-ə qarşı keçirdiyi "Firat Qalxanı" əməliyyatına heç bir reaksiya verməsədə, Tehran rejiminə yaxın media orqanları Ankaranın həyata keçirdiyi əməliyyatı tənqid edən yazılar dərc edib.

Avropa.info xəbər verir ki, İranın rəsmi və yarı rəsmi media orqanları əməliyyatı tənqid və manipulyasiya edən xəbərlər yayıb.

İranın rəsmi İRNA agentliyində yer alan məqalədə, müəllif Həmid Ovzah türk ordusunun Cerablusa girməsinin bəzi suallara səbəb olduğunu yazıb.

Əməliyyatla bağlı ölkənin 88 faizində nəzarəti itirən, diktator Bəşər Əsəddən izin alınmadığı qeyd olunan məqalədə Türkiyənin Rusiya və İrana da xəbər etmədiyi bildirilir.

"Bütün bunlara rəğmən İŞİD-lə mübarizə adı altında Suriya torpaqlarına girmək beynəlxalq hüquqa ziddir" deyə İranın 4 ildir Suriya torpaqlarında əməliyyat apardığını unudan müəllif yazır.

İran rejiminə yaxınlığı ilə tanınan Fars ve Tesnim xəbər agentlikləri də Türkiyənin həyata keçirdiyi Cerablus əməliyyatını qaralama kampaniyası aparırlar.

MEHR agentliyinə müsahibə verən keçmiş İran diplomatı Sadik Meleki isə Türkiyənin demokratiyadan sui-istifadə etdiyini bildirib.

"Türkiyənin Cerablusa girməsi geopolitik üstünlük əldə etmə istəyidir. Türkiyə ABŞ-ın izni ilə Suriyaya girdi. ABŞ kimi Türkiyə də demokratiyadan sui-istifadə edir. Əsl səbəb isə ABŞ-ın bölgədə Ankaranın əliylə üstünlük əldə etmə istəyidir" deyə ABŞ-la bağladıqları müqavilələrin mürəkkəbi hələ qurumayan İran diplomatı qeyd edib.

Menbe-Avropa infoскачать dle 10.6фильмы бесплатно

Rəy yazın:
ANALOQ TV